* * *
Mənə xiniki
Tanman tınıki
Baxne Məliki
Ye bor nimiki
Mınəvvər
Vərhəvər
Dımtəvər (S: 14; T: 2).
* * *
Üşüdüm, ha üşüdüm,
Dağdan alma daşıdım.
Almacığı aldılar.
Mənə zülüm verdilər.
Mən zülümdən bezaram.
Dərin quyu qazaram.
Dərin quyu beş keçi,
Hanı bunun erkəci?
Erkəc qaya başında,
Ha eylədim gəlmədi.
Çiyid verdim yemədi.
Çiyid qazanda qaynar.
Qənbər bucaqda oynar.
Qənbər getdi oduna.
134
Qarğı batdı buduna.
Qarğı döyür, qamışdı,
Beş barmağım gümüşdü.
Gümüşü verdim tata,
Tat mənə darı verdi.
Darını səpdim quşa,
Quş mənə qanad verdi.
Qanadlandım uçmağa,
Haqq qapısın açmağa.
Haqq qapısı bağlıdı.
Qapıçı qapı toxur.
İçində bülbül oxur
(S: 24; T:1).
LAHICLARIN MƏRASĠM FOLKLORU
1
Mərasimlər mövsüm və məişət olmaqla iki növə bölünür.
Bu baxımdan qış və yaz fəsli mərasimlərlə zəngin olur. Qonşu-
ların çillə ərəfəsində bir-birinin evlərinə yığışması, müxtəlif çə-
rəzlər və yeməklərin (hədik, qovurğa, qara halva, təndirdə bora-
nı külləməsi, boranının dilimlənərək bişirilməsi, nəzirlik səmə-
ninin bişirilməsi, ət və buğdadan hazırlanan həlisə yeməyi və s.)
hazırlanması, maraqlı nağıl və məzəli əhvalatların söylənilməsi
qış mərasimlərinin əsas əməllərindən idi.
Xıdır Nəbi bayramı geniş şəkildə keçirilməsə də, bu mə-
rasimlə əlaqədar yarı acımış və ya acımış xəmirdən adına “xıdı-
ri” deyilən xüsusi çörək növü bişirilirdi.
Artıq yazın yaxınlaşması ilə əlaqədar çərşənbələr qeyd olu-
nardı. Əsasən gənc oğlan və qızlar çərşənbə günü axar su başına
gedər, od qalayar, odun və suyun üstündən atlanaraq oxuyardılar:
Baxti-man, baxt Əli,
Çorşənbihon pırənbəri (tərcüməsi: bəxtimə bəxt ver Əli,
çərşənbələrdə pırənbər yetir).
Pırənbəri
2
əsasən çərşənbələr günü südlə bişirilən südaşı
yeməyi idi, amma həmin gün başqa yeməklər də bişirilərdi. Bu-
laqdan, yaxud axar sudan evlərə gətirilən sudan həyətlərə səpər-
dilər. Hər çərşənbə insanları yaxşı günlərə bir addım yaxınlaşdı-
rır deyə, düşünürdülər.
1
Bu məlumat AMEA Folklor İnstitutunun doktorantı Əliyev Dadaş tərəfin-
dən təqdim olunmuşdur.
2
Ənbər dolu, digər mənası ənbər ətirli.
135
Novruz lahıclılar üçün xüsusi ovqat yaradan bir bayram
idi. Hətta tarixi əsası olmasa da, onlar bu bayramı imam Həzrəti
Əlinin adı ilə bağlayaraq, bu bayramı bir qədər də əzizləyirdilər.
“Cənabi Əlinin bayramı” adı verilmiş Novruz üçün məxsusi şir-
niyyatlar bişirilər, xonçalar tutular, altı növdə üst qarası olan (oş
şeşdı rənga) plov bişirilərdi. Tonqalda Lahıc meşələrində bitən
və yananda gözəl ətir saçan ardıc kolları yandırılardı. Yemək
süfrəsi bitdikdən sonra qapılardan evlərə qurşaqları əvəz edən
dəsmallar atılardı. Kişdinşundan adlanan bu adət üzrə dəsmalla-
ra bayramlıq bağlanardı. Bundan başqa bayram günü kənd
uşaqları evlərə gedər, bayramlıq istəyərdilər. Bu zaman hamı
bayramlaşar, yaxın qohumlar isə hədiyyələrlə bir-birinin evləri-
nə gedərdilər. Təbrik zamanı müxtəlif ifadələr söylənərdi: “İdiş-
mun müborək (bayramınız mübarək)”,”Nügə solişmun mübo-
rək, (yeni iliniz mübarək )”, “Hazorto əzin id vinin (Min belə
bayramlar görəsiz)” və s. Bu gediş-gəlişlər və bayramlaşmalar
insanları bir-birinə yaxınlaşdırar və mehribanlıq yaradardı.
Təbiətlə bağlı mərasimlərdən biri də uzunmüddətli yağan
yağışa görə keçirilən “Güdül” mərasimi idi . Bu zaman bir çöm-
çəni gəlincik kimi bəzəyər, ev-ev gəzdirər və yağışın tez kəsmə-
si istəyi ilə bu nəğməni oxuyardılar.
Güdül, güdül gərdunim
–
Güdül, Güdül, gəzdirək
Güdüle poyi rə vəçinim
–
Güdülün payını yığaq
Umruz in qəlle afdo
–
Bu gün balaca bir gün çıxsın
Səböh ye kələ afdo
–
Sabah lap böyük bir gün çıxsın
Ədərd in qəlle afdo
–
Balaca bir gün dərdindən
Rura bə həq çarxunim
–
Üzümüzü Allaha çevirək
Poy doragora gedeyi boşi
–
Pay verənin oğlu olsun,
Na doragora kileyi boşi
–
Verməyənin qızı olsun,
Bı tənür parı ıp ol boşı.
–
Təndirə düşüb qızarsın.
Məişətdə keçirilən hər bir mərasim insan həyatının mühüm
bir mərhələsini müşaiyət edir. Yeni doğulmuş körpə üçün birinci
10 günlük ərzində adqoyma mərasimi (şöxeyr) keçirilərdi.
136
Lahıcda tarixən dinə və dini mərasimlərə çox önəm veril-
mişdir. Məhəmməd Peyğəmbərin nəvəsi İmam Hüseynin qətli
ilə əlaqədar keçirilən Aşura mərasimlərinə burada xüsusi hazır-
lıq görülərdi. 2 aylıq matəm üçün 3 rəngdə xeymə bəzədilərdi,
sonra mərasim olan məscidlərə gətirilərdi və bu zaman əzadar-
lar növbəli şəkildə bir-birini salamlayardı :
– Təziyədaran,salamun-əleyk,
Hüseyn-əzadar, əleykəssəlam.
Mərasim zamanı çay, şərbət, süd və s. nəzirlər paylanardı.
Həmçinin “İmam Hüseynin qətli”, “Qasımın toy otağı”, “Uşaq-
ların su istəməsi” səhnələri şəbih tamaşaları kimi göstərilərdi.
Lahıcda digər bir dini mərasim də var idi ki, bu da ziya-
rətlərlə bağlı keçirilərdi.
Toy mərasimləri əhalinin imkanlarına uyğun keçirilsə də,
burada icra olunan qaydalar hamı üçün eyni idi. Adətən mərasi-
mə qədər toyun bir neçə mərhələsi keçirilərdi :
1. Qızgörmə
2. Qızın və valideynlərinin razılığı
3. Kiçik xonçaya cavab olaraq qız evində şirin çay verilməsi
4. Qızgildən gələn xonça
5. Böyük xonça
6. Böyük xonçaya cavab olaraq qızgildən şirniyyatlarla gə-
lən dolu xonçalar
7. Hiynəbərun−xına apardı
8. Varaşıs− toyqabağı son sövdələşmə
9. Cehiz yazma
10. Qız toyu
11. Oğlan toyu
12. Cehiz gətirmə
13. Gəlin gətirmə
Gəlin gətiriləndən üç gün sonra onun gəldiyi evdə “üzə
çıxdı” edilər, bəy isə dostları ilə bərabər qaynatasıgilə qonaqlığa
çağırılardı.
137
Lahıcda yas mərasimləri elə qurulmuşdu ki, ölü sahibi mad-
di cəhətdən heç bir sıxıntı keçirməzdi. Matəm mərasiminə gələn
əksər adamlar ölünün dəfni üçün qəbrin qazılmasında, cənazə
daşınmasında və digər mərasimi aktlarda təmənnasız iştirak edər,
sonda qapıdan başsağlığı verib evlərinə dağılışardılar. Ölü üçün
“üç gün” mərasimi keçirilir, ağlaşma qurulur və buradakı ça-
ğırışlar, ağılar, mərsiyyələr əsasən Azərbaycan dilində söylənilir.
Dostları ilə paylaş: |