Lahıcların mətbəxi çox zəngindir. Onlar ət yeməklərinə
və plova üstünlük verirlər.
Lahıc dolması. Döyülmüş qoyun ətindən və heyva yarpa-
ğından hazırlanır. Dolmanın ətirli heyva yarpağı ilə hazırlanma-
sı yağlı ətdən mümkün olan mədə pozulmasının qarşısını alır.
Burada ət yarpağın içinə qoyulmur, sadəcə yarpaq uzunsov şə-
kildə olan ət küftəsinə bükülür.
Nuntari (sulu çörək). Ətsiz yemək olub, bir çox meyvə
(alma, heyva, kişmiş, şabalıd) və tərəvəzdən (kartof, soğan, lob-
ya) istifadə edilməklə bişirilir. Axırda yumurta və nanə əlavə
edilir. Bu növ təam adətən boyat çörəklə yeyilir.