Xoyəginə (qayğanaq). İki çalınmış yumurta qovurulan
yağa tökülür, hər iki üzü bişirilir, sonra üzərinə bal və ya şəkər
tozu tökülməklə süfrəyə verilir.
Həlisə. Yaxşı bişirilmiş buğda içi, lobya, noxud, yağ və
tel-tel ayrılmış mal ətindən ibarətdir. Bəzən tərkibinə sarıkök və
zəfəran əlavə edilir.
Darunçərgi (toyuqiçi). Xırdalanmış qoz ləpəsi, zoğal və
albalı turşusu, gavalı qurusu, kişmiş və qaysı yağda qovurulmuş
soğanla qarışdırılır, bir yerdə yenidən qovurulur. Ayrıca, yaxud
toyuq içinə qoyulmaqla yeyilir.
1
Bu məlumat Lahıc qəsəbə orta məktəbinin müəllimi Əliyeva Ceyran tərə-
findən təqdim olunmuşdur.