s.maddi daşıyıcılarla mübadilə, bu və ya digər məzmunun bir şüurdan digərinə
(kollektiv və ya fərdi) ötürülməsidir. Ünsiyyət anlayışına çox yaxındır, ilk baxışda
eyni təəssürat yaranır, yaxud eyni bir təzahür müxtəlif sözlərlə adlanır.Eynilik həm
verməsidir.Ünsiyyət sosial xarakter daşıyır, birgə fəaliyyətin tələblərindən yaranan
insanların qarşılıqlı əlaqəsinin ayrılmaz hissəsi, idrak və ya emosional-
ötürülməsidir, mövcudluğu yalnız rabitə zamanı aşkara çıxır-əlaqə kəsilirsə,
kommunikasiya da pozulur; ünsiyyət kommunikasiyanın mütləq elementlərindən
3
İşgüzar kommunikasiya və kommunikasiya terminləri arasında real
anlaşmada məzmun, məna fərqi vardır. Oxşarlıq özünü daha çox kommunikasiya
anlayışında göstərsə, elmi ədəbiyyatda bu terminlər sinonim kimi işlənsə də,
onların hər birinin özəlliyi var. Bu anlayış özündə ümumi dil, ümumi yaddaş,
ümumi düşünmək meyarının estetik tələblərini, fikir və təfəkkür mədəniyyətini,
nəsillərə ötürmə mexanizmini ehtiva edir. İşgüzar kommunikasiya ünsiyyətə
əsaslanır, zəruri əhəmiyyət kəsb etdiyi üçün dəyərini daim qoruyub saxlayır, lakin
o həm də müstəqil anlayışdır.
İşgüzar kommunikasiyanın əsas funksiyaları informasiyavericilik (həqiqi,
yaxud yalan məlumatların verilməsi), interaktivlik (insanlar arasında qarşılıqlı
fəaliyyətin təşkili), perspektivlik (ünsiyyət tərəfdaşlarının bir-birini “həzm etməsi”
və bu əsasda qarşılıqlı anlaşmanın yaradılması).Bu sahədə kommunikativ
maneələr çoxdur: inamsızlıq; fikrini izah edə bilməmək; nitqin qüsurluluğu;
dinləməyi bacarmamaq və s.
İşgüzar kommunikasiya birgə fəaliyyətdə məqsədə çatmaq üçün
iştirakçıların intellektual informasiya mübadiləsi, qarşılıqlı əlaqədə münasibətlərin
formalaşmasıdır.İşgüzar həyatın sürəti insanlar arasında kommunikasiya
vərdişlərinin olmasını zəruri edir. Kommunikasiya subyektin bu və ya digər
obyektlə informasiya əlaqəsidir-insanların bir-biri ilə, eləcə də texniki vasitələrin
(media, radio, televiziya, internet və s.) köməyi ilə informasiya almaq və ötürmək
vərdişlərinin məcmusudur, böyük auditoriya üçün nəzərdə tutulur.
İşgüzar kommunikasiya işgüzar münasibətlərin qarşılıqlı təzahürüdür,
informasiyanın müxtəlif forma və məzmununda insanları və xidmətləri
əlaqələndirən nitq sözünün sinonimi və texnologiyasının komponentidir.Lakin
kommunikasiya bir informasiya ötürücüsündən məlumatın qəbul edən tərəfdən
alınmadırsa, işgüzar kommunikasiya insanlar arasında nitq mübadiləsidir.Semiotik
münasibətdə onların arasında oxşar və fərqli cəhətlər vardır: əgər ünsiyyətin
tərəfdaşları arasında qarşılıqlı əlaqə yaranıbsa, həmin terminləri tam mənasında
sinonim kimi qəbul edə bilərik; bu münasibətlər prosesin müəyyən keyfiyyətlərini
ehtiva edir, o zaman bu terminlər arasında fərq yaranır:
1.Kommunikasiya informasiya prosesidir, o təkcə insanlarla yox, texniki vasitələr,
hətta süni dillərlə də həyata keçirilə bilər, işgüzar kommunikasiya isə insanlar
arasında olur, həm praktik, həm də mənəvi informasiya xarakteri daşıyır;
2. Kommunikasiya subyektin bu və ya digər obyektlə əlaqəsidir, bu zaman təkcə
insan yox, hər canlı (heyvan) və ya maşın (texniki vəsait) obyekt rolunda eynilə
insan kimi çıxış edə bilər. İşgüzar kommunikasiya isə yalnız fərdi subyektlər –
insanlar arasında baş verir;
4
3. Kommunikasiya informasiya ötürmə prosesidir, bu funksiyada o, birtərəflidir-
Dostları ilə paylaş: