monoloqludur, işgüzar kommunikasiya qarşılıqlı əlaqə, münasibətlər prosesidir,
ikitərəflidir-dialoqludur.
Kommunikasiya şərti olaraq aşağıdakı mərhələlərə bölünür:
1.informasiya mübadiləsinin başlanğıcı;
2.ideyaların söz, simvol, məlumatlarla təcəssümü;
3.informasiyanın seçilmiş rabitə vasitəsilə ötürülməsi;
4. informasiyanın verbal və qeyri-verbal formada qəbul edilməsi;
5.əks-əlaqə mərhələsi kimi informasiyanı qəbul edənin ona cavabı.
Kommunikasiya və işgüzar kommunikasiya iştirakçıların aktivlik dərəcəsinə
görə də fərqlənir. Kommunikasiyada həmişə bir nəfər aktiv olur, digəri və ya
digərləri informasiya almaqda passivdirlər; rollar dəyişə bilər-qanunauyğunluq
dəyişmir. İşgüzar kommunikasiyada eyni zamanda bütün tərəf-müqabilləri az və
ya çox dərəcədə aktiv ola bilir, danışan (və ya yazan) nitqini, sadəcə, dinləməklə
(və ya yazmaqla) ifadə etmir və bu təkcə informasiya qəbul etməyə (və ya
ötürməyə) yönəlmir, həm də növbəli şəkildə şərhinə qarşılıqlı, aktiv reaksiya
verir.Aktivlik şəxsi düşüncənin və sərbəstliyin nəticəsidir; ünsiyyət, bir proses
kimi, şəxsiyyətdən ideya zənginliyi, fərdiliyini dərk və ifadə etməyi tələb edir, bu,
nitq fəaliyyətinin vacib şərtidir.
Kommunikasiya şəbəkə funksiyasındadır-informasiya eyni zamanda
işarələnmiş ünvan sahiblərinə göndərilir, bu halda informasiya alanların sayı
kommunikasiyanın xarakterinə təsir göstərmir, böyük kollektiv olsalar da, onlar bu
məlumatı fərdi, tək-tək qəbul edirlər. İşgüzar kommunikasiyada isə informasiya
tərəf-müqabilləri arasında qarşılıqlı dəqiq ünvanlanma tələb edir.
Kommunikasiyada effektivlik informasiyanı göndərmək və almaq dərəcəsi
ilə qiymətləndirilir, əvəzində informasiya alana onu mütləq dərk etmək tələbi
qoyulmur-informasiya verən zaman ötürdüyünün fərqinə varmır. Deməli,
kommunikasiyada informasiya dərk edilməyə də bilər.İşgüzar kommunikasiyada
isə effektivlik ilk növbədə tərəf-müqabillərin necə anlamasıdır. Anlamaq həm
ünsiyyətə, həm də tərəflərə aid edilir, danışıqda informasiyanı qəbul etmək olar,
anlamağın bir səviyyəsi də insanın həm özünü anlamağı, informasiyanı
ünvanlanmış adamların bunu başa düşə bilməsidir.Anlamağın nəticəsi son
instansiyada gerçəkləşir-eyni xəbəri müxtəlif səviyyədə başa düşmək olar və
bundan asılı olaraq, cavab da fərqli olacaq. Anlaşıqlı olmadığı halda
kommunikasiya baş tutmaya bilər, tərəf-müqabilləri arasında ya fikir ümumiliyi
baş verəcək, ya da verməyəcək.
Hər bir insan özünəməxsus ünsiyyət tərzinə malikdir. İstənilən həmsöhbət
təkrarsızdır. Buna baxmayaraq, onları müəyyən ümumi xarakterik cəhətlərinə görə
5
qruplaşdırmaq mümkündür.Ünsiyyət insan fəaliyyəti, insanın iştirak etdiyi proses
olduğu üçün, ünsiyyət zamanı ilk növbədə nitq etiketinin xüsusiyyəti nəzərə alınır.
Mənşəyinə görə etiket (etiquette) fransız sözü olub, davranış və ünsiyyət
normalarına əməl edilməsini nəzərdə tutur. Nitq etiketi dedikdə, nitq davranışının
qaydaları, ünsiyyətin nitq formulları sistemi başa düşülür.Nitq etiketinə yiyələnmiş
olmağın səviyyəsi insanın peşə yararlılığı səviyyəsini müəyyən edir. Bu, ilk
növbədə, dövlət qulluqçularına, siyasətçilərə, müəllimlərə, hüquqşünaslara,
həkimlərə, menecerlərə, sahibkarlara, jurnalistlərə, xidmət sahəsində çalışanlara,
yəni öz işinin xüsusiyyətinə görə daim insanlarla ünsiyyətdə olanlara aiddir.
Nitq etiketinə malik olmaq nüfuz qazanılmasına kömək edir, inam və
hörmət yaradır.Nitq etiketi qaydalarını bilmək, onlara əməl etmək insana özünü
inamlı və sərbəst hiss etmək imkam verir, insan öz səhvləri və düzgün olmayan
hərəkətləri üçün narahatlıq keçirməkdən və başqalarının istehza hədəfi olmaq
qorxusundan qurtarır.
İntensiv nitq fəaliyyəti (linqvointensiv) tələb edən peşə sahibləri tərəfindən
nitq etiketlərinə əməl edilməsi həm də tərbiyəvi əhəmiyyətə malik olaraq, istər-
istəməz cəmiyyətin həm nitq, həm də ümumi mədəniyyətinin yüksəlməsinə səbəb
olur. Bu və ya digər müəssisənin, istehsal sahəsinin, ofisin kollektivinin üzvləri
tərəfindən nitq etiketi qaydalarına qüsursuz şəkildə əməl edilməsi müştərilərdə,
həmtəsisçilərdə, tərəfdaşlarda xoş təəssürat yaradır, bütün müəssisənin müsbət
imicini mühafizə edir. Bəs nitq etiketinin formalaşması və ondan istifadəni
müəyyən edən amillər hansılardır? Nitq etiketi işgüzar münasibətlərə daxil olmuş
tərəfdaşların xüsusiyyətləri, onların sosial statusları, peşəsi, milliyyəti, dini, yaşı,
cinsi, xarakteri nəzərə alınmaqla qurulur. Nitq etiketi ünsiyyətin baş verdiyi
vəziyyətlə də müəyyən edilir. Bu, bir təqdimat, konfrans, simpozium, müşavirə,
6
məsləhət, firmanın yubileyi və s. də ola bilər.Nitq etiketi müəyyən mənada
cəmiyyətin mənəvi vəziyyətini, onun əxlaqi dayaqlarını əks etdirir.
Azərbaycan dilinin özünəməxsus dil xüsusiyyətləri vardır.Adət-ənənələrdə olan
keyfiyyətlər dilə də sirayət etmişdir: böyüklərin yanında (və ya onlardan icazəsiz)
danışmaq olmaz, bir söz soruşulursa, ətraflı cavab verilməlidir (vaxt qıtlığı nəzərə
alınmır), rastlaşarkən tanımadığın adamlarla da salamlaşmalısan və s. Doğrudur,
Avropaya sürətli inteqrasiya dildə də bəzi ümumi qaydalar yaratmışdır, lakin milli
qaydalar əsasən gözlənilir.
İstənilən ünsiyyət aktları başlanğıc, əsas və yekun hissəyə malikdir. Əgər
nitqin ünvanlandığı adam nitqin subyektinə tanış deyilsə, ünsiyyət tanışlıqdan
başlayır. Tanışlıq etiketləri: İcazə ver(in) sizinlə (səninlə) tanış olum və s.
Müəssisə, ofis, idarələrdə məmurlardan biri ilə danışıqlar aparmalı və ona
özünüzü təqdim etməlisinizsə, aşağıdakı formullardan istifadə edə bilərsiniz: İcazə
verin (izninizlə) özümü təqdim edim.;
Bir çox ölkələrdə artıq illərdən bəridir ki, tanışlıq zamanı vizit kartlarından
istifadə olunur. Bizdə də artıq bu təcrübədən istifadə edilməyə başlayıb. Vizit kartı
tanışlıq zamanı qarşı tərəfə təqdim olunur. Kartın təqdim edildiyi adam onu almalı,
ucadan oxumalı, sonra söhbətin keçirildiyi otaqda, arxasında əyləşdiyi masanın
üzərinə, qarşısına qoymalıdır ki, həmsöhbətinin adını düzgün tələffüz etsin.
Dostları ilə paylaş: |