məharət tələb edir. Səbrlə, təmkinlə həmsöhbətə qulaq asmaq, onu diqqətlə
dinləmək yüksək mədəniyyətin, nəzakətliliyin, nəcib əxlaqın təzahürüdür. Bu
keyfiyyət hər bir savadlı və mədəni adam, xüsusən natiq üçün olduqca vacibdir.
(Ə.M.Bəhmənyar). Mustafa Kamal Atatürk analara müraciətlə deyirdi: “Ey ana,
istəsən ki, övladın əsl vətəndaş olsun, ona təkcə danışmağı deyil, dinləməyi də
10
Nitqi dinləmək bacarığına istənilən səviyyədə sahib olmayan adamların
başqasına qulaq asmağa səbri çatmır, yersiz replikalarla müsahibinin sözünü
ağzında qoyur, başqaları ilə danışır, nə söylənilən fikri lazımi dərəcədə dərk edir,
nə də digərlərinə bunun üçün imkan yaradır. Bir türk zərbi-məsəlində deyilir ki,
qulaq asmaq lazım gələndə birinci, danışmaq lazım gələndə axırıncı ol. Nə qədər
yerinə düşən kəlamdır. Təxmini statistikaya görə insan bir günlük vaxtının 30%-ni
danışmağa, 45%-ni isə eşitməyə, dinləməyə sərf edir. Ünsiyyət zamanı ötürülən
informasiyanın 60%-i eşitmə, dinləmə vərdişlərinin zəifliyi, mövzuun dinləyən
üçün maraqsız olması və s. səbəbindən ya yarımçıq, ya da dolaşıq bir şəkildə
qavranılır. Bunu nəzərə alıb düzgün danışmaqla yanaşı, nitqi qavrama vərdişlərinə
də yiyələnmək lazımdır. Ünsiyyət prosesində dinləyici informasiyanı sadəcə olaraq
qəbul etməməli, o, mimikası, jesti, replikaları və s. ilə müsahibinə həmrəy
olduğunu və ya olmadığını, etirazını danışana anlatmalıdır. Bu cür əks-əlaqə nitqin
təsirini duymaq, lazım gələrsə onun istiqamətini dəyişmək, söhbəti qısaltmaq və ya
genişləndirmək və s. danışana kömək edir. Müsahibin nitqi sona kimi səbrlə,
təmkinlə dinlənilməlidir. Ona aşağıdakı hallarda müdaxilə edilə bilər:
1. Danışan bəhs etdiyi məsələdən uzaqlaşdıqda. Belə hallarda çox zaman
dinləyicilər, “mətləbə gəl”, “əsas məsələdən danış” və s. kimi replikalarla
danışanı istiqamətləndirirlər.
2. Məlum olan əşya və hadisə barədə danışıldıqda.
3. Bəhs olunan məsələ ilə bağlı səhvə və ya dolaşıqlığa yol verildikdə.
4. Müsahibin nitqini qüvvətləndirmək, fikrini təsdiq və təqdir etməyə
ehtiyac duyulduqda.
5. Hər hansı məsələ barədə uzun-uzadı danışıldıqda.
Müsahibin nitqinə müdaxilə bütün hallarda hörmət və nəzakət
Dostları ilə paylaş: