Fənn: Azərbaycan dilində işgüzar və akademik kommunikasiya



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə5/8
tarix02.01.2022
ölçüsü0,72 Mb.
#45997
1   2   3   4   5   6   7   8
Kommunikasiya. Mühazirə-1

aparılır: a) ailədə, küçədə, bazarda, iş yerində, nəqliyyatda, məişət məclislərində, 

çayxanalarda  və  s.  b)  ictimai  yerlərdə,  elmi  konfranslarda,  simpoziumlarda, 

iclaslarda, tədris auditoriyalarında, radio və televiziya verilişlərində və s.  

          Hər bir şəraitdə adamların normal fikir mübadiləsi, bir-birini anlaması üçün 

müəyyən  qaydalara,  şərtlərə,  etik  normalara  əməl  olunmalıdır.  Bunlardan  ən 

başlıcası ünsiyyətin səmimiliyidir. Bu o deməkdir ki, birinci şəxs danışarkən digəri 

(və  ya  digərləri)  onu  axıra  qədər  dinləməli,  müsahibinə  fikrini  açıqlamağa  imkan 

verməli,  sonra  söhbətə  qoşulmalıdır.  Müsahibi  mətləbdən  uzaqlaşdığı,  lüzumsuz 

məsələlərdən danışdığı, təfərrüata yol verdiyi zaman dinləyən tərəf “İcazə verin”, 

“Üzr istəyirəm”, “Sizin bu fikrinizə kiçicik bir düzəliş vermək istəyirəm”, “İcazə 



 

verin  fikrinizə  bir  qədər  aydınlıq  gətirim”  və  s. kimi  replikalarla  onun  danışığına 

müdaxilə  edə  bilər.  Diskussiyada  iştirak  edənlər  öz  mövqeyini  dəyişmək 

istəmədikdə  belə  deyilməlidir:  “Mən  sənin  fikirlərini  qiymətləndirirəm.  Lakin  öz 



fikirlərimə  daha  çox  əminəm”.  Danışan  həmkarının  fikirləri  ilə  razı  olmaya  bilər, 

lakin  bununla  belə  ortaq  məxrəcə  gəlmək  üçün  yolların  axtarılmasından  imtina 

etməməlidir.  Fikirlər  qarşılıqlı  anlama  şəraitində,  etik  normalar  çərçivəsində 

müzakirə edilməli, problemin həlli yolu tapılmalıdır.  

  

Rəsmi yerlərdə vacib məsələlərlə bağlı aparılan dialoqlarda tərəflər səbrli və 



təmkinli  olmalı,  danışığın  etik  qaydalarına  əməl  etməlidirlər.  Lakin  bəzən  belə 

olmur.  Tərəflər  mümkün  qədər  daha  çox  danışmağa,  haqq-nahaq  müsahibini 

susdurmağa,  öz  dediyini  sübut  etməyə  çalışır,  ucadan,  qışqıra-qışqıra  danışırlar. 

Diskussiya  zamanı  dialoqun  tələb  olunan  qaydada  səmərəli  keçməsi  üçün 

aşağıdakılar nəzərə alınmalıdır:  

1. Müzakirəyə çıxarılan məsələnin mahiyyəti düzgün anlaşılmalıdır.  

2.Müzakirədə 

müdafiə 


olunacaq 

mövqe 


və 

ideyalar 

dəqiq 

müəyyənləşdirilməlidir. 



Müzakirə 

olunan 


məsələdən 

yayınmaya 

yol 

verilməməlidir.  



3.  Diskussiyaya  hazırlaşarkən  bütün  mümkün  məlumat  mənbələri  (ilkin 

mənbələr, statistik məlumatlar, ədəbiyyat və s.) nəzərdən keçirilməlidir.  

4. Fikir ayrılığının yaranacağı gözlənilərsə tərəflər öz mövqeyinin müdafiəsi 

üçün  dəlillər,  sübutlar  hazırlamalıdır.  Sübutlar  məntiqi  təfəkkürə  əsaslanmalı, 

inandırıcı olub qarşı tərəfi qane etməlidir. Dəqiq və aydın faktlar ən yaxşı təkzib 

üsuludur. Əsaslandırma dəqiq faktlar üzərində qurulmalıdır.  

5.  Rəqib  opponentini  diqqətlə  dinləməli,  onun  fikrinin  doğru  məqamları  ilə 

razılaşmalıdır.  

6. Mövqeyinin səhv olduğu sübut edilmiş tərəf opponentinin haqlı olduğunu 

etiraf etməyi bacarmalıdır.   

7. Adamlar deyil, yalnız onların ideyaları tənqid olunmalıdır.  

8.  Tənqid  zamanı  emosiyaya  qapılmamalı,  qəzəblənməməli,  təhqir  və 

istehzaya yol verilməməlidir.  

9.  Diskussiyanın  məqsədi  qalibi  müəyyən  etmək  deyil,  ümumi  razılığa  nail 

olmaqdır.  

10.  Çıxışların  sonunda  yekun  nəticələr  qeyd  edilməlidir.  İstər  adi  danışıq, 

istərsə də diskussiya prosesində normal nitq tonuna da riayət olunmalıdır.      

 Sualvermə, söhbətəqoşulma, cavabvermə. İctimai yerlərdə natiqə, ya da hər 

hansı  bir  adama  söylənilən  fikirlə  bağlı  veriləcək  suallar  münasiblik,  lazımlıq, 

aidlik və s. baxımından ölçülüb-biçilməli, götür-qoy edilməlidir. Bəsit suallar onun 

sahibinin  səviyyəsinin,  dünyagörüşünün,  bilik  və  məlumatının  səthiliyini  büruzə 

verir. Sualı yenidən başqa cür təkrar etmək, deyilmiş və hamıya aydın olan məsələ 




 

barədə sual vermək, mətləblə heç bir əlaqəsi olmayan bir şeyi soruşmaq məsləhət 



görülmür.  Rəsmi  yerlərdə,  verilişlərdə  ənənəvi,  bir  növ  qəliblənmiş  ,  çeynənmiş 

suallar  da  dinləyiciləri  təmin  etmir.  Televiziya  verilişlərindəki  söhbətlərin  birində 

aparıcı  müsahibinə  belə  suallar  verirdi:  “Eldar  müəllim,  olduğunuz  kimi  olmaq 

istəyirsiniz, 

yoxsa 

göründüyünüz 

kimi?”;“Siz 

nədən 

sevinir, 

nədən 

kədərlənirsiniz?” və s.  

Bu cür məntiqsiz və mənasız suallara radio və televiziya verilişlərində tez-

tez  təsadüf  olunur.  Şübhəsiz  ki,  suallar  (xüsusilə  rəsmi  yerlərdə,  geniş 

auditoriyalarda,  radio  və  televiziya  verilişlərində  qoyulan  suallar)  ölçülüb-

biçilməli,  onların  əhatəli,  düşündürücü,  məntiqli,  maraqlı  olmasına  diqqət 

yetirilməlidir.  

           Sualların  verilməsində  nəzakət  qaydaları  gözlənilməlidir.  Hər  hansı  bir 

məsələni  araşdırmaq,  öyrənmək,  müsahibi  söhbətə,  dialoqa  cəlb  etmək  məqsədilə 

belə ifadələri  işlətmək daha  münasib olar:  Zəhmət olmazsa, deyin görüm;  Zəhmət 

olmazsa, başa salın; Deyə bilməzsiniz ki... Sizin fikrinizi bilmək olar və s. 

          Suala  cavab  aldıqdan  sonra  müsahibə  razılıq  əlaməti  olaraq  belə  ifadələr 

işlədilə bilər: “Danışığınızdan məmnun oldum”. Çox sağ olun; Sizdən razı qaldım; 

Təşəkkürümü bildirirəm; Minnətdaram və s. kimi ifadələr işlədilməlidir.  

         Söhbət,  məlumat,  mühazirə  və  s.  müsahibi  qənaətləndirmirsə,  qarşı  tərəfə 

belə  ifadələrlə  müraciət  etmək  olar:  Fikriniz  aydın  olmadı,  xahiş  edirəm,  bir  də 

təkrar  edin;  Zəhmət  olmasa,  nümunə  göstərin;  Bu  məsələyə  sizin  şəxsi 

münasibətiniz necədir? Siz buna əminsinizmi?; Düşünmək lazımdır; Mən ayrı yolu 

seçərdim; Siz bu təklifə necə baxırsınız?; Siz yəqin ki, bu barədə maraqlanırsınız; 

Siz belə fikirləşmirsiniz ki?...  

         Danışan sözünün axırında dinləyicilərə razılıq əlaməti olaraq belə ifadələrdən 

istifadə  edə  bilər:  “Diqqətinizə  görə  təşəkkür  edirəm”;  “Sizi  yordum,  vaxtınızı 

aldım” və s.  

         Suallar xüsusi nəzakət və razılıqla qəbul edilməlidir. Bu, natiqin, müəllimin, 

suala cavab verən digər şəxsin mimikasında əks olunmalıdır. Verilən suala dərhal 

münasibət  bildirilməlidir:  “Sual  yerində  verilmişdir”.  “Yaxşı  sualdır”.  “Mən  bu 



sualı  gözləyirdim”.“Düşünülmüş  sualdır”  və  s.    Sual  bəsit  və  məsələyə  dəxli 

olmayanda  və  ya  düzgün  qurulmadıqda:  “Bu  nə  sualdır?”;  “Belə  də  sual 



olar?”;“Sual  verəndə  yaxşı-yaxşı  fikirləşmək  lazımdır”;“Mane  olmayın,  imkan 

verin işləyək”;“Səni heç cür başa sala bilmərəm” kimi ifadələr işlətmək məsləhət 

deyildir.  Bunun  əvəzində  “Gərək  bu  sualı  belə  qoyaydın”;  “Bəlkə,  soruşmaq 



istəyirsən?...”;“Bu sualı başqa şəkildə də vermək olar” və s. kimi ifadələrlə natiq 


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin