Əgər texnologiyalar və təlim metodu tələbə və müəllimin məqsədləri və
imkanlarına cavab verirsə, distant təhsil ənənəvi təhsil forması qədər səmərəli
ola bilər. Dünyada distant təhsilin imkanları getdikcə artır. Bir çox təhsil
müəssisələri və treninq mərkəzləri fəal şəkildə məktəbdən başlamış ali təhsilə və
İKT-nin imkanlarnın kifayət qədər artdığına görə təhsilin distant formada keçirilməsi
üçün kompüter texnologiyalarının imkanlarından kifayət qədər istifadə olunur. Bu
sistemlər üçün Proqram paketləri yaradılır, İnternetdə istifadə olunan proqramların
imkanlarından istifadə olunur, e-təlimlərin keçirilməsi üçün saytlar yaradılır. Bu
45
məqsəd ilə bir çox təşkilarlar öz məhsullarını dünya bazarlarına çıxartmışdır. Bu
proqramlar müştəri/server prindipi əsasında işləyirlər.Serverdə lazım olan proqram
paketi yüklənildikdən sonra, tədris keçmək istəyən tələbələr onların ünvanlarına
girərək özlərinə uyğun dərslikləri seçib öz təlim kurslarını keçməyə başlayırlar.
Distant təhsilin keçirilməsi məqsədi ilə aşağıdakı texnologiyalardan istifadə olunur:
Telekonferanslar: audiokonferensiyalar, videokonferensiyalar, kompüter
telekonferensiyaları;
İnternet şəbəkəsinə əsaslanan texnologiyalar: MOO (Multi-user Object
Oriented), MUD (Multi User Domain), IRC, WWW, FTP, Elektron poçt
(e-poçt) və Paylanma (listserv) texnologiyaları.
Audiokonferensiyalar
- Bu iştirakçiların səsli konferensiyaları keçirilən
telekonferensiya növüdür.Audiokonferensiyaları rəqəmli və ya analoqlu əlaqə xətləri
ilə təşkil etmək olar.Bu texnologiyalardan birtərəfli video sputnik TV, həmçinin
elektron yığıncaqların keçirilməsi üçün istifadə edirlər. Verilmiş telekonferensiya tipi
distant təhsil kurlarının keçirilməsi üçün məhdud imkanlar verir.
Videokonferensiyalar
– Video əks, səs və verilənlərin aparatura və müvafiq
proqram təminatları olan iki və ya daha artıq nöqtədə mübadiləsi üçün nəzərdə
tutulmuşdur. Onun iştirakçıları real vaxtda bir-birlərini görə və eşidə, həmçinin
verilənlər mübadiləsi apara bilərlər. Müvafiq sistem təhsil alanlarla müəllim arasında
heç bir yol xərci çəkmədən əlaqə yaratmağa, məlumat mübadiləsi aparmağa və dərs
prosesində tələbələrin tapşırıqlar üzərində birgə işləmə imkanlarının məhsuldarlığını
artırmağa malikdir. Müxtəlif növ informasiya mübadiləsi sistemlərini, əlaqənin
rahatlığını və s nəzərə alaraq, videokonferensiya texnologiyalarını distant təhsil
sistemində effektiv saymaq olar.Bəzi ölkələrdə videokonferensiyaların keçirilməsi
üçün ayrıca televiziya kanalları açılır və distant təhsil kurslarının keçirilməsi üçün
istifadə edilir.