2.2.Distant təhsil. Distant təhsil texnologiyasının xüsusiyyət və
xarakteristikaları, istifadə olunan program təminatları
Bu gün İKT-nin təhsilə tətbiqi sahəsində inkişaf əsasən 2 istiqamətdə davam edir:
1.
Ənənəvi təhsil formalarının təkmilləşdirilməsi, yeniləşdirilməsi və tədrisin
keyfiyyətinin yüksəldilməsində İKT-dən istifadə.
2.
Təhsil prosesində yeni metodların yaradılması və yeni metodlardan istifadə
etməklə distant (məsafədən) təhsil texnologiyasının tətbiqi.
Son illərdə distant təhsil forması təhsil və informasiya mədəniyyəti sahəsində qlobal
(köklü) dəyişikliklərə səbəb olmuş və hazırda inkişaf etmiş dövlətlərin əsas təhsil
formasına çevrilməkdədir. Distant təhsil formasının inkişafı yeni təhsil
müəssisələrinin, fakültələrin yaranmasına təkan verir və bu növ təhsil formasında
təhsil almaq istəyənlərin sayının sürətlə artmasına və beləliklə də təhsilə yeni əlavə
xərclərin cəlb olunmasına səbəb olur. Lakin, artıq distant təhsil sisteminə keçmiş
dünya ali məktəblərinin təcrübəsi sübut edir ki, bu forma təhsil sisteminin təşkilinə
xərclənən vəsait tezliklə özünü doğruldur və müəssisəyə əlavə böyük gəlirlərin daxil
olmasına yaxşı zəmin yaradır.
Distant təhsil formasının inkişafı fərdi kompüterlərin və internet şəbəkənin yaranması
ilə sürətlənmiş və hal-hazırda ən populyar təhsil formasına çevrilməkdədir. Distant
təhsilin baza xüsusiyyətlərinə əsasən aşağıdakılar aid edilir:
Əhalinin təhsil alma imkanlarının artması: Məsələn, əgər vaxt amili ənənəvi
formada təhsil iştirakçılarının müəyyən mənada fəaliyyətini məhdudlaşdırırdısa,
distant təhsil zamanı bu məhdudiyyətlərin demək olar ki, bütünlüklə aradan
qalxır.
İnformasiyanın radikal olaraq tamamailə yeni forma və məzmunda
çatdırılmasının təmin olunması: Məsələn, multimedia sistemlərinin tədris
fəaliyyətində geniş tətbiqi, informasiyanın qeyri-standart üsullarla təqdimatı, iri
həcmli avtomatlaşdırılmış sorğu sistemlərindən istifadə imkanlarının
genişlənməsi (elektron kitabxana xidmətləri, elektron konferensiya və s.)
42
Biliklərin daha təkmil qaydada qiymətləndirilməsi imkanlarının artması, test
texnologiyasının tətbiqi və nəticələrin analitik sistemlərin köməyi ilə təhlili və
s.
Distant təhsillə məşqul olan tədris müəssisələrini əsasən 3 koteqoriyaya ayırmaq olar:
1.
Yalnız distant təhsillə məşqul olan təhsil müəssisələri. Bu koteqoriyadan olan
təhsil müəssisələrinin sayı çox deyildir.Bu müəssisələr əsasən ABŞ-da daha geniş
yayılmışdır və onlar virtual universitetlər adlandırılır.Virtual universitet heç bir
tədris müəssisəsindən aslı olmayan sərbəst tədris müəssisəsidir.Virtual universitet
öz tədris xidmətlərini distant üsul ilə təklif edirlər. Bu cür tədsir mərkəzlərinin
digər əyani formalardan fərqi, onların tədris proqramları və kurslarının
vəsaitlərinin olmaması, həmçinin tədris binasının, yataqxanaların, otaqların, akt
zallarının olmamasıdır.
2.
Mütəxəssislərin təkmilləşdirilməsi və yenidən hazırlanması üzrə fəaliyyət göstərən
müəssisələr. Hazırda dünyada bu növ fəaliyyətlə məşqul olan çoxlu sayda təhsil
müəssisələri mövcuddur və bu müəssisələr fəaliyyətlərini əsasən distant yolla
həyata keçirməyə üstünlük verirlər. Dünyanın bir çox aparıcı ali məktəblərində
mütəxəssislərin təkmilləşdirilməsi və yenidən hazırlanması fakültələri və ya
kursları mövcuddur. Distant təhsil üsulu belə mobil qrupların çevik yaradılmasına,
onlarla işin səmərəli təşkilinə yaxşı imkanlar yaradır və bu həm virtual qrup
nümayəndəsinin həm də onun tədrisinin təşkili ilə məşqul olanların işinin təşkili
üçün böyük imkanlar açır. Qeyd etmək lazımdır ki, əksər distant təhsil
müəssisələri təkmilləşdirmə və yenidən hazırlanma təhsilinin təşkilində
öyrənənlərin sifarişlərinə əsaslanır ki, bu da sonda yaxşı effektin alınmasına səbəb
olur.
3.
Eyni zamanda həm ənənəvi təhsil, həm də distant təhsillə məşqul olan təhsil
müəssisələri: Hazırda dünyanın demək olar ki, bütün aparıcı ali təhsil müəssisələri
distant təhsil formasından çox geniş istifadə edirlər və bu növ təhsil forması ilə
məşqul olan altqurumlar həmin müəssisələrin Açıq Təhsil Fakültələri adlanırlar.
Açıq təhsil fakültələrində işin uğurlu təşkili hər şeydən əlavə müəssisəyə əlavə
gəlirlərin və dividentlərin cəlb olunmasına gözəl imkanlar açır və s[13, s.21-22].
|