Elektron konferensiyalar: Çox vaxt kompüter konferensiaları adlandırılan elektron
konferensiyalar məsafədən aslı olmayaraq müxtəlif iştirakçıların vahid mövzu
ə
trafında müzakirələr aparmasına, qərarlar qəbul etməsinə və qəbul olunmuş
qərarların icrasına birgə nəzarət etməsinə imkan verən internet şəbəkəsinin
xidmətlərindəndir. Bu zaman elektron konferensiya iştirakçılarının eyni vaxtda
kompüter arxasında onlayn rejimdə olması tələb olunur. Konkerensiya iştirakçılarının
aparat təminatı elektron poçt istifadəçilərinin aparat təminatı ilə əsasən üst-üstə
düşürməlidir.Proyektorların tətbiqi elektron konferensiaların daha səmərəli təşkilinə
gözəl imkanlar açır. Konferensiyanın təşkilində istifadə olunan aparatların proqram
təminatı isə bütün istifadəçilər üçün eyni olmalıdır. Elektron konferensiya rejimini
dəstəkləyən ən populyar proqramlardan biri kimi Skayp (Skype) proqramını
göstərmək olar. Bu proqram istifadəçilər arasında multimedia tipli əlaqələrin
qurulması üçün çox mükəmməl imkanlar yaradır.
Elektron konferensiyalarda iştirak edənlər vaxt baxımından bir-birindən asılı
olurlar (sinxron təhsil forması), iştirakçıların 1-i üçün nəzərdə tutulan audio, video və
yazılı məlumat bütün iştirakçılar tərəfindən eyni vaxtda qəbul olunur və onların
verdiyi cavablar da bütün iştirakçılar tərəfindən eyni vaxtda qəbul edilir. İnternetin bu
xidməti virtual tədris qruplarının yaradılmasına və onların qabaqcadan bəlli olan dərs
cədvəli əsasında mühazirələrdə, seminar və təcrübə məşqələlərində iştrakının təmin
olunmasına yaxşı şərait yaradır. Elektron konferensiya iştirakçılarının elektron
ünvanlarının olması, yəni elektron poçt xidmətinin imkanlarından tam istifadə etmək
bacarıqlarının olması vacib şərtlərdəndir, lokal kompüter şəbəkəsində təşkili üçün isə
şə
bəkənin mütləq FTP serverlə təchiz olunmalıdır. Belə server bütün konfrans
36
iştirakçıları üçün nəzərdə tutulan məlumatları özündə saxlayır və iştirakçıların həmin
məlumatlardan yararlanması üçün geniş imkanlar yaradır. Elektron konferensiya
iştirakçılarının mətn, qrafik, audio və video və s. məlumatlarla, eyni zamanda bu
məlumatlardan yararlanmaq üçün nəzərdə tutulan təlimatların çatdırılması imkanları
bu növ xidmətlərin didaktik xüsusiyyətlərini özündə əks etdirir.
Dostları ilə paylaş: |