ATS-lər avtomatlaşdırılmış informasiya sistemi olaraq, virtual siniflərdə
(auditoriyalarda) təhsil prosesinin keyfiyyətinin yüksəldilməsi məqsədilə yaradılır və
49
öyrənən, öyrədən tədris-metodiki, didaktik və digər təhsil yönümlü materialları özündə
birləşdirən avtomatlaşdırılmış informasiya sistemlərinə deyilir.
Avtomatlaşdırılmış Təhsil Sistemləri və bu məqsədlə yaradılmış köməkçi vasitələr
müxtəlif iş rejimlərində fəaliyyət göstərən obyektlərin işini tənzimləyir və həmin
obyektlərin müstəqil idarə olunmasının təmin edilməsində istifadəçiyə kömək edir.
ATS-nin bəzi əsas üstünlükləri kimiriyazi modellərlə adekvatlılığın və idarəetmə
orqanlarının yaxşı təsəvvür olunması imkanlarının olmasını, modelləşdirilən obyektin
indeksasiyalaşdırılması imkanlarını,elektron mühazirələrin virtual auditoriyalarda
genişləndirilmiş istifadəçi heyəti üçün yararlılığını və s göstərmək olar[13,s.24].
Ümumiyyətlə ATS-nin tətbiqi xüsusi yanaşma tələb edir. Bu tələblər əsasən aşağıda
gösərilən mərhələləri əhatə edir:
Ənənəvi Təhsil Sistemindən (ƏTS) Avtomatlaşdırılmış Təhsil Sisteminə keçid
inqilabi
xarakter daşımamalıdır. Yəni mövcud təhsil sistemini deklorativ
qaydada dəyişdirmək yolverilməzdir və burada bütün islahatlar tədricən
həyata keçirilməlidir.
ATS-lər təhsilin müxtəlif sahələrini əhatə edən kompleks alt sistemlərdən
ibarət olması məqsədəuyğundur və bu alt sistemlər hazırlanarkən müəyyən
50
qanunauyğunluğa riayət olunması, bütün prosesin texnoloji mərhələlər və
tələblər əsasında aparılması diqqətdə saxlanılmalıdır.
ATS-in tətbiqinə tam həcmdə deyil,minimum sayda pilot təhsil
müəssisələrində tədricən başlanılmalı və bu zaman ortaya çıxan problemlər
aradan qaldırıldıqca sistem seçilmiş müəssisələrdə daha geniş miqyasda
tətbiq olunmalıdır. Sonrakı mərhələdə pilot təhsil müəssisələrinin sayı
artırılmalıdır.Yalnız ATS-nin pilot müəssisələrdə tətbiqindən gözlənilən
nəticələr özünü doğrultduğu halda onun müəssisələrdə tam tətbiqinə
başlanması məqsədəuyğun sayıla bilər.
Avtomatlaşdırılmış Təhsil Sistemləri əsasən bir-birinə bağlanmış 5 əsas kompleks alt
sistemləri əhatə edir. Həmin alt sistemlərin birgə tətbiqi ATS-in tam funksional
fəaliyyət göstərməsinə imkan yaradır. Kompleks alt sistemlərə aşağıdakılar aid edilir:
Dostları ilə paylaş: