61
2. Müəllimin əsas funksiyası şagirdlərə
məlumat
çatdırmaq
və
onun
mənimsənilməsi üçün sərait yaratmaqdır
2.
Müəllim
ilk
növbədə
idrak
fəaliyyətinin əlaqələndiricisi, şagirdlərin
məsləhətçisi və köməkçisi kimi çixiş
edir.
3.Müəllim- şagird münasibətlərində
avtoritar üslubun üstünlüyü.
3.
Müəllim
və
ş
agird
arasında
ə
məkdaşlıq, məktəbləlilərin dəlillərinə
və fəaliyyətinə böyük diqqət.
4. Dərs tədris fənni çərçivəsi ilə ciddi
məhdudlaşır
4.Müasir nəzəriyyə müxtəlif fənlərdən
dərs deyən bir neçə müəllim tərəfindən
keçirilən fənlərarası dərsləri istisna
etmir.
5. İnkişafedici və tərbiyəedici amil kimi,
ə
sasən, təhsilin məzmunu götürülür
5.Təhsilin
məzmunu
ilə
yanaşı
ş
agirdlərin tərbiyə və inkişafında təlim
metodları və təşkilati formalar da
mühüm rol oynayır
6.Dərs demək olar ki, həmişə adi
qaydada keçilir.
6.Ənənəvi olaraq digər formaların
ə
lamətləri dərs sayilan və ona qarşı
qoyulan bəzi elementləri (məs: seminar-
dərs,oyun- dərs, yarış- dərs, konfrans-
dərs və s.) assimilyasiya edir
7. Müəllim bütün funksiyaları özündə
saxlayır.
7.
Müəllimin
funksiyalarının
bir
hissəsinin
ş
agirdlərə
verilməsi
səciyyəvidir: bilik və bacarıqların
yoxlanılması
və
qiymətləndirilməsi
(qarşılıqlı və özünüqiymətləndirmə),
işin planlaşdırması, tədqiqat və özünü
qiymətləndirmə elemetləri
62
Ə
nənəvi dərsdə şagirdlər məlumatları yalnız yadda saxlayır ,nəticələri isə özü
çıxarmır, necə deyərlər, biliyi hazır şəkildə alır. Öyrədici fəaliyyət ilk növbədə
müəllimin fəallığı əsasında həyata keçirilir.Məlumatlar o zaman bilik kimi çıxış edir
ki, onlar real həyatda tətbiq edilməsi üçün dərk olunub. Şagirdin cavabına qoyulan
tələblərin əsasını əslində biliklərin mənimsənilməsinin yoxlanılması yox, verilən
məlumatların yadda saxlanılması təşkil edir. Eyni zamanda ənənəvi təlim prosesində
biliklərin praktiki tətbiqini təsəvvür etmək üçün şagirdə müvafiq imkanlar yaradılmır.
Dərsin məzmunu adətən çox nəzəri öyrənilir və həyatın tələbatlarına
uyğunlaşdırılmır.Bunun nəticəsi olaraq təlimin səmərəliliyi azalır, çünki onun
keyfiyyəti şagirdin əqli qabiliyyətlərin və hafizənin inkişaf səviyyəsi, idrak
motivasiyasının olub/olmaması kimi psixoloji amillərdən birbaşa asılı olur.
Deməli, ənənəvi təlim üsulunun tətbiqi zamanı şagirdlərin dərketmə fəallığı passiv,
reproduktiv (təkraredici) xarakter daşıyır. Ənənəvi təlim sisteminin ən mürəkkəb
problemlərindən biri istifadə olunan pedaqoji texnologiyaların qeyri-çevik olmasıdır.
Müasir informasiya – kommunikasiya dövründə təhsilin əsas problemi belə bir faktla
şə
rtlənir ki, elmin müxtəlif sahələrində toplanmış bilik kütləsi elə sürətlə artır ki,
təlimin ənənəvi sxem və prinsipləri əsasında bunları həm çatdırmaq, həm də
mənimsəmək əslində qeyri-mümkün işə çevrilir. Əgər əvvəllər bilikləri əldə etmək
üçün şagirdi iki əsas bilik mənbəyi (müəllim və dərslik) qane edirdisə bu gün onlar
çoxsaylı məlumat mənbələri ilə müqayisədə uduzur. Bu səbəbdən müasir təlimin
başlıca vəzifələrdən biri öyrənməyi oyrətməkdir, yəni şagirdləri biliklərin müstəqil
ə
ldə edilməsinə yiyələndirməkdir. Yalnız təlim metodlarının keyfiyyətcə
dəyişdirilməsi, onların şəxsiyyətə, onun tələbatlarına yönəldilməsi, bilikləri
mənimsəmə zamanı yaradıcı təfəkkürdən fəal istifadə edilməsi şəraitində təlim böyük
səmərə verə bilər. Eyni zamanda şəxsiyyətyönülü tədris prosesi həmçinin tərbiyəvi
proseslərin keyfiyyətinə də təsir edəcək: idrakı və sosial fəallığı, şəxsiyyətin dəyərləri
və vərdişləri formalaşdıracaq. Bu tələbləri nəzərə almaqla məhz məhsuldar, yaradıcı
təfəkkürü və yeni biliklərə müstəqil yiyələnmə üsullarını özündə birləşdirən
fəal/interaktiv təlim texnologiyalarına üstünlük verilməsi tamamilə təbiidir.
63
Fəal (interaktiv) dərs ənənəvidən onunla fərqlənir ki, uşaqlar özləri biliyi əldə edir,
onlar fəaldır, təlim prosesinə cəlb olunurlar, müəllim bələdçi rolunu oynayır, amma
sinfə hakim olmur, sinifdəki iqlim uşaqların sərbəstləşməsinə səbəb olur, uşaqlar öz
fikirlərini söyləməyə qorxmurlar. Baxmayaraq ki, o ənənəvi dərsdən fərqlənir, fəal
(interaktiv) dərsin dəqiq strukturu var və qarşıya qoyulan məsələləri həll etməyə
imkan verir, uşaqlar biliklərə yiyələnir, tədris proqramı zərər çəkmir. Fəal(interaktiv)
təlimin əsas üstünlüyü - real idrak motivasiyasının (biliklərə yiyələnmək həvəsinin)
yaranmasıdır. Bu da idrak fəaliyyətinin gedişində şagirdlərin təfəkküründə gerçək
ziddiyyətlərin həlli imkanlarına əsaslanır. Real ziddiyyətlərdən yaranan emosiyalar
ə
qli ehtiyatların səfərbərliyini təmin edir, idrak fəaliyyətini şövqləndirir, diqqəti uzun
müddət cəmləməyə imkan yaradır. Müasir dərsin əsas cəhətlərirndən biri şagirdlərin
fəallığıdır ki, buna da interaktiv (fəal) təlim metodlarından və İKT-dən istifadə
etməklə nail olmaq mümkündür.
Dostları ilə paylaş: