Microsoft Word diplom isi n'rmin docx



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə47/53
tarix02.01.2022
ölçüsü0,57 Mb.
#46169
1   ...   43   44   45   46   47   48   49   50   ...   53
Təhsildə İKT

Fəsil 3: TƏHSILDƏ İKT-NIN ISTIFADƏSININ SƏMƏRƏLILIYI 

3.1. Yeni və interaktiv təlim texnologiyalarında İKT-dən  istifadənin 

üstünlükləri, ənənəvi və interaktiv təlimin səciyyəvi xüsusiyyətləri və onların 

müqaisəli təhlili 

İ

nformasiya-kommunikasiya  texnologiyalarından  istifadə  tətbiq  olunarkən 



onun  əvəzolunmaz,  yeni  imkanları  özünü  faydalı  şəkildə  göstərməkdədir.  Bunlar 

tədris zamanı müəllim və şagird arasındakı interaktivlik, zamandan səmərəli istifadə 

edilərək,  vaxta  qənaət,  təhsil  alanların  daha  optimal  və  obyektiv  şəkildə 

qiymətləndirilməsinin  nəticəsidir. 

Müasir  dünyada  informasiya-kommunikasiya 



56 

 

texnologiyalarının  (İKT)  tədrisə  tətbiqi  təhsilin  ayrılmaz  hissəsinə  çevrilib.  Artıq 



təhsil  müəssisələrini  informasiya-kommunikasiya  texnologiyaları  olmadan  təsəvvür 

etmək  mümkün  deyil.  Tədrisdə  kompüterdən  istifadə  hər  şeylə  maraqlanan,  çox  və 

daha  dərin  məlumat  almağa  çalışan şagird  üçün informasiya  mühitinin  yaranmasına 

kömək  edir.  Kompüter  müəllim  və  şagird  arasında  elektron vasitəçi  rolunu oynayır, 

tədris  prosesini  daha  maraqlı,  rəngarəng,  əyani  edir,  onu  intensivləşdirir.Məlumdur 

ki, İKT-dən istifadə etməklə müasir və interaktiv təhsil modelinin həyata keçirilməsi 

məktəbin  və  müəllim  heyətinin  qarşısına  yeni  tələblər  qoyur.  Pedaqoji  heyətin  İKT 

savadlılığını 

artırmadan, 

təlim-tədris 

prosesinə 

innovativ 

yanaşmasını 

formalaşdırmadan  İKT-nin  təhsil  sisteminə  səmərəli  tətbiqinə  nail  olmaq  qeyri- 

mümkündür.  Bütün  müasir  dövrün  tələblərindən  irəli  gələn  dəyişikliklərin 

məktəblərdə uğurla və səmərəli tətbiq edilməsi avtomatik olaraq müəllimin də tədris 

prosesinə  fərqli  yanaşmasını  zəruri  edir.    Bu  səbəbdən  də  müəllimlərin  İKT 

bacarıqlarına  yiyələnməsi,  tədris  prosesində  İKT  bacarıqlarından  pedaqoji  alət  kimi 

istifadə etməsi artıq zəruri prosesdir. 

Müasir müəllim: 

1.

  şagirdə  öyrənmə  yollarını  öyrətməli,  onlarda  sərbəst  olaraq  onun  üçün  lazım 



olan  informasiyanı  düzgün  mənbələrdən  və  vaxt  itkisinə  yol  vermədən 

axtarmaq,  tapılmış  informasiyanı  sistemləşdirmək  və  özü  üçün  daha  yararlı 

informasiyaları seçmək, seçilmiş informasiyaları analiz etmək və əldə edilmiş 

informasiyanı  özününküləşdirərək  məsələyə  şəxsi  münasibətini  bildirmək 

bacarığı formalaşdırmalıdır; 

2.

  şagirdə  özünə  inam  hissini  aşılamalı  və  auditoriya  qarşısında  özfikirlərini 



sərbəst təqdimetmə bacarığı formalaşdırmalıdır; 

3.

  istənilən  fənnin  tədrisində  yuxarıda  sadalananların  həyata  keçməsi  üçün 



ş

agirdləri daim yeni informasiya texnologiyalarından istifadəyə yönəltməlidir.  

  İnformasiya  və  kommunikasiya  texnologiyalarının  köməyi  ilə  şagird  informasiyanı 

sərbəst əldə etməyə çalışır, onun düşüncəsi və psixoloji bacarığı inkişaf edir. Ən əsası, 

ş

agird  tədris  prosesinin  aktiv  iştirakçısına  çevrilir.  Bununla  yanaşı  olaraq,  kompüter 




57 

 

texnologiyalarından  istifadə  müəllimi  şagirdlər  üçün  yeganə  həqiqət  söyləyən 



informasiya mənbəyi olmaqdan azad edir, o, şagird üçün artıq əməkdaşa çevrilir. İKT-

nin  tədris  zamanı  tətbiqi  müəllim  üçün  də  bir  çox  imkanlar    yaratmışdır.  Belə  ki,  o, 

dərsdə  vaxta  qənaət  edir,  informasiyanı  dəqiq  çatdırır,  müxtəlif    texniki  təlim 

vasitələrindən eyni zamanda istifadə edir, daha böyük həcmdə informasiyanı çatdırır, 

müxtəlif  prosesləri,  xüsusilə  məktəb  laboratoriyalarında  həyata  keçirilməsi  mümkün 

olmayan prosesləri modelləşdirir. Bundan başqa, informasiyanı istənilən kimi - qrafik, 

cədvəl,  şəkil  təqdim  edir,  müəllimə  həmkarları  tərəfindən  hazırlanmış  metodiki 

üsullardan  istifadə  etməyə  və  onların  tətbiqinə  kömək  edir,  dərsə  uyğun  olaraq  hazır 

işdən  istifadə  edir.  Məhz  bu  göstəricilərə  görə  informasiya-kommunikasiya 

texnologiyaları ilə tədris ənənəvi tədris üsulundan daha üstündür. Hazırda müəllimlər 

İ

KT-nin  tədrisdə  tətbiqinin  müsbət  nəticələr  verdiyini  vurğulayırlar.  Belə  ki,  yeni 



texnologiyaların tədrisdə tətbiqi dərsi canlandırdığı üçün sinifdə hətta ən zəif oxuyan 

ş

agird  belə  prosesdən  kənarda  qalmır.  Dərsin  informasiya  texnologiyalarının  tətbiqi 



sayəsində  daha  maraqlı  aparılması  istənilən  şagirdin  diqqətini  tədrisə  yönəldir. 

Məsələn,  yeni  elektron,  interaktiv  “MİMİO”  qurğuları  təlim-tədris  prosesini  yalnız 

ş

agirdlər  deyil,  həm  də  müəllimlər  üçün  bir  növ  əyləncəyə  çevirir.  Ona  görə  də 



yeniliklər  həm  təlim,  həm  də  tərbiyə  prosesinin  kamilləşməsinə  kömək  edir. 

Ümumiyyətlə,  artıq  kompüterlər  tədricən  təhsildə  yalnız  informatika  kursunun 

tədrisaləti  olmaqdan  çıxaraq  bütövlükdə  təlim-tədris  kompleksinin  güclü  inkişaf 

vasitəsinə çevrilmişdir. 

     İnformasiya  texnologiyalarının  təhsildə  sistemli  tətbiqi  zamanı    əldə    edilən  

nəticələr  göstərir  ki,  informasiya texnologiyaları  təhsildə mühiti tam dəyişdirir,dərs 

prosesinin    yeni  mərhələyə  qalxmasına  imkan  yaradır.  İnformasiya  kommunikasiya 

texnologiyalarının  geniş  və  hərtərəfli tətbiqi nəticəsində insan fəaliyyəti, bütövlükdə 

cəmiyyət      dəyişikliklərə    məruz    qalır,    tamamilə    yeni    reallıqlar,  dəyərlər,  sosial-

psixoloji    mühit    formalaşır.  Ölkə    Prezidentinin  sərəncamı  ilə  təsdiq    edilmiş    “ 

Ümumtəhsil  məktəblərinin  İKT  ilə  təminatı Proqramı ”  bu istiqamətdə atılmış ən 

ə

həmiyyətli addım olmuşdur.  




58 

 

Müasir  dərsin  bütün  mərhələləri  şagirdin  maraq  dairəsinə,  yaş  səviyyəsinə 



uyğun  qurulmalıdır.  Müasir  dərsi  İKT-siz  təsəvvür  etmək  çətindir.  Müasir  dərs 

dedikdə,  ilk  növbədə,  göz  önündə  İKT  bacarıqları  olan  müəllim  və  kompüter, 

proyektorla  təchiz  olunmuş,  müasir  tələblərə  cavab  verən  sinif  otağı  canlanır. 

İ

nformasiya və kommunikasiya vasitələrinin köməyi ilə şagirdlərdə həm intellektual 



və  yaradıcılıq  bacarıqları,  həm  də    müxtəlif  informasiya  növləri  ilə  işləmək 

bacarıqları  inkişaf  edir.  Müasir    şəraitdə  müəllimdən    şagirdlərin  şəxsi  

keyfiyyətlərinə arxalanan  üsullardan istifadə edilməsi tələb olunur.Müasir  müəllim 

tədris  zamanı  müasir  tələblərə  cavab  verən  dərs  hazırlamaq  üçün  İKT-ni  effektli 

tətbiq  etməlidir.Həmçinin  dərsin  gedişi  zamanı  internet  resurslarından  istifadəyə 

üstünlük  verərək  şagirdləri  internetdən  düzgün  istifadə  etməklə  kreativ  biliklərə 

yiyələnməyə  sövq  etməlidir.Elektron  əyani    metodik  vəsaitlər  fənn  müəlliminin 

resursudur,  ona  dərsə  hazırlıq  zamanı  metodik  kömək  göstərir.Elektron  dərsin 

üstünlüklərindən  biri  də  odur  ki,  dərsin  bütün  mərhələləri  slaydlarda  öz  əksini 

tapir.Bu  da  dərsin  operativliyini  ve  marağını  artırır.  Dərs  zamanı    İKT-nin  son 

yeniliklərindən  biri    olan  “ağıllı”  lövhədən  istifadə  edilməsi    isə    şagirdlərin  dərs 

prosesinə diqqət və marağını artırır,onları axtarışa sövq edir. 

   Qeyd  etmək  lazımdır ki,  rəqəmsal  tədris  resursları  yazılı  vəziyyətdə  təqdim  oluna 

bilməz. Əks halda onun didaktik keyfiyyəti itirilmiş olar.  

   Ənənəvi  metodikada  müəllim müəyyən bilikləri verməyə və onları tələb etməyə 

vərdiş  idi,  lakin    interaktiv  tədrisin  istifadəsində    fərqli  olaraq    şagird  özü  əsas  rol 

oynayır  və  biliklərin  mənimsənilməsinə    özü  yol  açır.  Bu  da    onların  tədris 

motivasiyasına  təsir  edir.  Müəllim  bu  situasiyada  aktiv  köməkçi  kimi  çıxış  edir  və 

onun başlıca funksiyası tədris prosesinin təşkili və stimullaşdırılmasıdır.  

Təhsilin  informatlaşması,yeni  pedaqoji  texnologiyalardan  istifadə    ənənəvi 

təhsiliyeni çalarlarla zənginləşdirir. Ənənəvi təlimdə əks-əlaqənin həyata keçirilməsi 

baxımından informasiya-qarşılıqlı əlaqə yaradılmasında 2 fəal tərəf var: öyrədən və 

öyrənən. İKT əsaslı təlim prosesində isə operativ əks-əlaqə baxımından öyrədən və 

öyrənənin  yeni  interaktiv  tərəfdaşı  meydana  gəlir.  Artıq  müəllim  şagird  üçün 




59 

 

informasiya  mənbəyi  deyil.Müəllimin  əks-əlaqə  yaratmaq,  sagirdin  biliyini 



qiymətləndirmək  imkanı  tədricən  məhdudlaşır,  bu  imkanların  bir  qismi  İKT 

vasitələrinə  transfer  olunur.  Bu  zaman  öyrədən  daha  çox  məsləhətçi-tyutor 

funksiyası  daşıyır.  Müəllim  şagirdlərinə  informasiya  ötürülməsinə  vaxt  sərf  etmir. 

Tədris  materialının  şagirdlərə  nəql  edilməsi,  fərdi  qaydada  mənimsənilmiş  tədris 

materiallarının onlardan qəbul edilməsi (tapşırıqların yoxlanılması, dərsin sorğusu və 

s.)  kimi  mərhələlərə  vaxt  itirilmir.  Qazanılan  əlavə  vaxt  ərzində  şagirdlər  digər 

yaradıcı  məsələlərin  həllinə  imkan  qazanırlar.  Beləliklə,  tədris-informativ  qarşılıqlı 

ə

laqənin  strukturu  tədricən  dəyişir,  informasiya  -  təhsil  mühiti  formalaşdıqca 



öyrədən,  öyrənən  və  İKT  vasitələri  arasında  yeni  səviyyəli  informasiya  mübadiləsi 

imkanları yaranır. 

     Yeni  pedaqoji  texnologiyaların  tətbiqində  əsas  məqsəd  demokratikləşdirmə, 

humanistləşdirmə,  fərdiləşdirmə,  inteqrasiya  və  humanitarlaşdırma  prinsiplərini 

həyata 

keçirə 


bilən, 

müasir 


tələblərə 

cavab 


verən 

məktəblilərin 

yetişdirilməsi,  intellektual  zənginliyə  və  potensial  gücə  malik  olan  nəslin 

formalaşdırılmasıdır.Ölkəmizdə  aparılan  islahatların,  təhsil  quruculuğunun  indiki 

mərhələsində  əsas  diqqət  qarşıya  qoyulan  vəzifəyə  uyğun  olaraq  təhsilin 

məzmununun  yenişləşməsinə,  yeni  pedaqoji  texnologiyalar  əsasında  həyata 

keçirilməsinə  yönəlmişdir.Qabaqcıl  pedaqoqlar  dünya  təcrübəsinə  əsaslanaraq    yeni 

pedaqoji  texnologiyaların  şəxsiyyətə  yönəlmiş  təlim,fəal  idrak,  inkişafetdirici 

təlim,qabaqlayıcı  təlim,təlim-  tərbiyə  sisteminin  çevikliyi,  əməkdaşlıq,  dialoji  təlim 

prinsiplərini  tədris prosesinə gətirmişlər.Pedaqoji texnologiyalardan istifadənin əsas 

istiqamətləri  innovasiyalarla  əlaqədər  biliyin,  müvafiq  anlayışların  düzgün 

mənilmsənilməsi, müasir təlim prinsipləri, təlim metodlarından öz yerində maksimum 

səmərəli istifadə olunması ilə bağlıdır. Yeni pedaqoji texnologiyalardan istifadə edən 

müəllimin novatorluğu, onun yenilikçi kimi dünya təcrübəsindən istifadə edərək, yeni 

tədris  metodları,  dərs  tiplərini  müəyyənləşdirməsi  təhsildə  inkişaf  üçün  geniş 

imkanlar yaradır. Yeni pedaqoji texnologiyalar fəal (interaktiv) təlimə əsaslanır. Fəal 

təlim  müəyyən  olunan  komponentlərlə  şərtlənir.  Bura  fəal  təlimin  məzmunu, 



60 

 

metodları,  öyrədici  mühit,qiymətləndirmə  daxildir.    Fəal  təlim  müəllim  və  şagird 



işgüzarlığının,  şagird  təfəkkürün  inkişafında  əsas  rol  oynayan  təlim  metodudur. 

Ş

agirdlərdə  inkişafedici  mühitə  yol  açır.  Tədris  prosesinin  səmərəsini  artırır, 



yeniliklərdən  istifadə  etməklə  nəticənin  əldə  edilməsində  köməkçi  vasitə  rolunu 

oynayır, şagirdləri maraq və fəaliyyətə yönəldir,məqsədə çatmaqda aparıcı mövqeyə 

malik olur. Dərs zamanı şagirdlərdə qazanılmış bilik və bacarıqların tətbiq edilməsi, 

öz  fikrini  əsaslandırıb  müdafiyə  etməsi,  sərbəst  düşünmə  qabiliyyətinin 

formalaşdırılması  təmin  olunur.  Şagirdlərin  fəallığı,  müstəqil  olaraq  bilikləri  əldə 

edib  mənimsəmələri,  öz  qabliyyətlərinin  gerçəkləşməsi  və  təşəbbüskarlığa  cəhd 

etmələri fəal təlimin əsas üstünlüklərindən sayıla bilər. 

    Təhsil 

sistemində 

aparılan 

islahatlar 

müasir 


dərsin 

məzmununun 

təkmilləşdirilməsi,  yeni təlim texnologiyalarının tətbiqini tələb edir. İnteraktiv təlim 

metodlarından istifadə təhsilin keyfiyyətinə öz müsbət təsirini göstərir. Bu gün təlim-

tərbiyə  prosesində  şagirdlərə  daha  çox  müstəqillik  verilməli,  öz  fikirlərini  sərbəst, 

çəkinmədən 

söyləməyə, 

arzu 


və 

istəklərinə 

müvafiq 

məşğuliyyətlər  seçməyə  şərait  yaradır.  Təhsildə  yeni  təlim  metod  və 

texnologiyalardan  istifadə  daha  yüksək  nəticələrin  əldə  edilməsinə  gətirib  çıxarır, 

ş

agirdlərdə  müstəqillik,  işgüzarlıq,  təfəkkür  fəallığı,  məsuliyyət  kimi  keyfiyyətlər 



formalaşdırır.  Yeni  təlim  texnologiyalarının  tətbiqi  ilə  keçirilən  müasir  dərslər 

ə

nənəvi dərslərdən bir çox üstün cəhətləri ilə fərqlənir. 



Ə


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin