Microsoft Word diplom isi n'rmin docx



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə49/53
tarix02.01.2022
ölçüsü0,57 Mb.
#46169
1   ...   45   46   47   48   49   50   51   52   53
Təhsildə İKT

3.2.Təhsildə istifadə olunan müxtəlif  program təminatlarının üstünlükləri 

ə

nənəvi təhsildən fərqi 

Elm  və  texnikanın  sürətlə  inkişaf  etdiyi  müasir  və  müxtəlif  program 

təminatlarının istifadə olunduğu dövrdə müəllimlər də yeni texnologiyalardan istifadə 

etmək bacarıqlarına yiyələnməlidir. Əgər bu gün şagirdlər dünənki kimi öyrədilirsə, 

deməli  onların  gələcəyi  oğurlanır.  XXI  əsr  yüksək  kompüter  texnologiyaları  əsridir 

və  müasir  təlim  metodları  ənənəvi  təlim  üsullarından  fərqlənir.  Dünya  təcrübəsi 

göstərir  ki,  texnologiyalar  müasir  tədrisdə  mühüm  rol  oynayır.Onlardan  ən  mühüm 

olanı və hal-hazırda daha çox istifadə ediləni isə “ağıllı” lövhələrdir.Müasir tədris və 

təlim  müəllimdən  əyanilik  və  bununla  yanaşı  dərsə  emosionallıq  və  rəngarənglik 

qatmağı tələb edir. Qeyd etdiyimiz meyarlara əsaslanan fəal təlimin təşkilində istifadə 

olunan  Promethean  interaktiv  lövhələri  müəllimin  əvəzolunmaz  köməkçilərindən 

biridir.Activİnspire  proqramında  hazırlanmış  resurs  müəllimin  dərsinə  rəngarənglik 

qatır,  əyaniliyi  təmin  edir.   Fəal-interaktiv  təlimin  tələblərinə  uyğun  dərsin  təşkili 

prosesini  asanlaşdırır.  Dünya  statistikasına  nəzər  salsaq,  görərik  ki,  ən  keyfiyyətli 



64 

 

dərslərdə  nəzəriyyəyə  nisbətən  təcrübəyə  daha  çox  üstünlük  verilir.  Bu  lövhələr 



biliklərin təcrübə əsasında qazanılmasına zəmin yaradır. 

Promethean interaktiv lövhələrində hazırlanmış elektron dərs  şagirdin diqqətini 

cəmləməyə  imkan  verir,  qavrama  qabiliyyətini  artırır.   Bu  lövhələrin  digər 

lövhələrdən  üstün  cəhəti  iki  interfeysinin  olmasıdır.  İbtidai  siniflər  üçün  nəzərdə 

tutulmuş  Activ primary interfeysi şagirdin özünü sanki sehrli bir  aləmdə hiss etməyə 

sövq  edir.  Bununla  da  dərsə  daha  böyük  maraq,  rəngarənglik  qataraq  effektivliyi 

artırır. 

Promethean  interaktiv  lövhələrindən  istifadə  edən  müəllim  təlim  prosesində 

ə

lavə vasitələrə çox az müraciət edir.  Artıq təlimdə plakatlardan, stikerlərdən, rəngli 



markerlərdən və  əlavə  silgidən  istifadəyə  ehtiyac  qalmır.  Bütün  bu imkanlar hamısı 

Activinspire  proqramının  daxilində  nəzərə  alınmışdır.  Bu  lövhə  vasitəsilə  müəllim 

ə

yanilik  üçün  şagirdə  keçəcəyi  mövzunu  əhatə  edən  şəkillər,  səs  faylları, 



videoçarxlar   təqdim  edə  bilər.  Promethean  interaktiv  lövhələri  xüsusi  imkanlara 

malikdir.  Bu  imkanlardan  biri  də  riyazi  alətlərin  proqram  daxilində  istifadə 

olunmasıdır.  Ehtiyac  duyulduğu  anda  riyazi  alətlər  -  transportir,   pərgar,  xətkeş 

asanlıqla  lövhəyə  gətirilə  və  dərs  prosesində  istifadə  oluna  bilir.  Bu  alətlərin 

obyektlərin,  şəkillərin  ölçüsünü  böyütməklə  hətta  arxa  sıralarda  əyləşən  şagirdlərin 

dərsdə  aktivliyini,  diqqətinin  cəmlənməsini  təmin  etmək  olar.  Promethean 

lövhələrinin imkanları bununla bitmir, əlavə funksiyalardan istifadə etməklə müəllim 

fasilitator rolunu oynayaraq istiqamətləndirici olub şagirdin tədqiqatçı olmasına şərait 

yarada  bilər.  Məsələn,  sehirli  qələm,  konteyner,  gizlilik  kimi  funksiyalar  şagirdin 

araşdırma  nəticəsində  doğru  cavab  tapmasına  kömək  edir.  Bununla  da  şagird  təkcə 

cavabın tapılması deyil, eləcə də problemin tədqiqi prosesində iştirak etdiyi üçün onu 

daha  yaxşı  anlayır  və  yadda  saxlayır.Şagirdlər  kimi  müəllimlərin  də  bu  lövhəyə 

münasibəti  çox  yaxşıdır.  İKT  bacarığı  olan  müəllimlər  lövhənin  üstünlüklərini 

öyrənir, fərqli elektron dərs nümunələri hazırlayır və dərslərində tətbiq etməklə onun 

tədris prosesinə nə qədər müsbət təsir göstərdiyinin şahidi olurlar. Bunun sayəsində 

hətta  sadə  İKT  bacarığı  olmayan  müəllimlər  məhz  elektron  lövhənin  imkanlarından 




65 

 

yararlanmaq  üçün  könüllü  olaraq  ilkin  mərhələdə  İKT  kurslarından  keçərək  ikinci 



mərhələdə  Promethean lövhələrinin istifadə qaydalarını öyrənir  və dərslərində geniş 

istifadə edirlər[24].  

Azərbaycan  Respublikası  Təhsil  Nazirliyi  təhsilin  keyfiyyətini  artırmaq, 

qabaqcıl  beynəlxalq  təcrübəyə  uyğunlaşdırmaq  məqsədilə  təhsilalanlar  və 

təhsilverənlər üçün  elektron resursların hazırlanması istiqamətində müvafiq layihələr 

və  tədbirlər  həyata  keçirib.  Görülən  tədbirlər  çərçivəsində  hazırlanmış  elektron 

resursları  bir  mənbədə  cəmləyərək  təhsil  portalı  yaradıb.  Portal  vasitəsilə  hər  bir 

istifadəçi  elektron  dərsliklərə,  videodərslər,  elektron  tapşırıqlar  və  digər  elektron 

resurslara çıxış əldə edə bilər.Lakin bir çox müəllim və valideynlərin bundan xəbəri 

yoxdur.Buna  görə  də  valideynlər  arasında  maarifləndirmə  işləri  görülməli,  bu 

resursların  təqdimat  çarxı  onlara  nümayiş  etdirilməlidir.  Hər  bir  valideyn  övladının 

təhsil  sahəsində  irəli  getməsini,  nailiyyətlər  qazanmasını  istəyir.  Əgər  valideyn  bu 

portalın  onun övladına  biliyini genişləndirmək  və  möhkəmləndirməkdə nə  dərəcədə 

müsbət  təsir  edəcəyini  bilsə,  bu  məsələyə  səthi  yanaşmaz,  əksinə,  övladına  dəstək 

olar[5]. 

Təhsil  Nazirliyi  tədris  sistemində  qabaqcıl  müəllimlərin  dərslərini  videoçəkiliş 

edərək  interaktiv  texnologiyaları  tətbiq  etməklə  şagirdlər  üçün  maraqlı  videodərslər 

yaratmışdır.  Əgər  şagird  dərs  zamanı  hər  hansı  mövzunu  yaxşı  dinləyə  bilməyibsə, 

başa  düşməyibsə  və  ya  müəyyən  səbəblərdən  dərsdə  iştirak  etməyib  və  bununla  da 

keçirilən  mövzu  ilə  bağlı  heç  bir  anlayışı  yoxdursa,  bu  zaman  o,  internet  vasitəsilə 

videoportala  daxil  olub  müvafiq  fənni  seçməklə  həmin  mövzunu  tapıb  izləyə  bilər. 

Videodərslərin  adi  dərsdən  əsas  üstünlüyü  odur  ki,  şagird  bu  dərsləri  bir  neçə  dəfə 

təkrar  izləmək  imkanına  malikdir.  Bununla  da  şagird  dərsi  tam  mənimsəyənə  qədər 

təkrar  izləyə  bilər.  Bu  da  şagirdin  dərsi  anlama  keyfiyyətini  artırır.  Şagird  hər 

videodərsi  dinlədikdə  ona  bir  neçə  test  təklif  olunur,  bu  testləri  cavablandırmaqla 

sonda  topladığı  bala  əsasən  dərsi  nə  dərəcədə   mənimsədiyini  anlaya  bilər. 

Videodərsləri məktəbdə tədris prosesində də istifadə etmək olar. Bu artıq müəllimin 

yaradıcı yanaşmasından asılıdır[7]. 




66 

 

Yenilikləri  asanlıqla  qəbul  edən  gənc  nəsil,  bu  gün  bu  yenilikləri  məktəbdən  və 



müəllimlərdən  də  gözləyir.  Bu  yenilik  məhz  şagirdləri  yeni  bir  aləmə  aparan 

Promethean lövhədir. Bu lövhədə maraqlı, rəngarəng,bir-birinə bənzəməyən  dərslər 

hazırlamaqla  onların  marağını  artırmaq,  diqqətini  cəlb  etmək  olar.  Müasir  dövrün 

müəllimi  daim  üzərində  çalışmalı,  yenilikləri  öyrənməli,  axtarışda  olmalı,  öyrədici 

təlimlərdə tez-tez iştirak etməlidir. 


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin