Təhsil sistemlərinin ən əsas problemlərindən biri təhsil standartları məsələsidir.Təhsil
pillələri arasında keçid təmin edən meyar ölçüsüdür. Bu standartların müəyyən
olunması, operativ olaraq dəyişdirilməsi və s. kimi problemlər ƏTS-in (Ənənəvi Təhsil
Sistemi) ən böyük problemlərindəndir. ATS-TSS bu tip problemləri həll etmək üçün
53
yaradılır.Qeyd etdiyimiz kimi Təhsil Standartları milli xarakter daşıyır, ölkədə təhsilin
keyfiyyət ölçüsüdür.Bu isə öz növbəsində ATS-TSS-dən istifadəni zəruri edir.
ATS-də “Təhsil Standartları Sistemi” kompleks alt-sistemi aşağıdakı mürəkkəb
məsələləri həll edir:
Ənənəvi və Avtomatlaşdırılmış dərsliklərinin (DM) hazırlanması standartlarını
müəyyən etmək;
Təhsilin ixtiyari pilləsində təlim/tədris olunan fənnin mənimsənilmə
minimumularını (ATS-TYQKS vasitəsilə) müəyyən etmək;
Təhsili idarə edən subyektlərin fəaliyyətinin ekspertizası, pedaqoqların
attestasiyası,elektron dərsliklərin sertifikatlaşdırılması, təhsil müəssisələrinin
lisenziyalaşdırılması və digər bu kimi problemləri həll etmək üçün nəzərdə
tutulmuşdur[13,s.25-28].
Dostları ilə paylaş: