51
Bütün tip təhsil sistemlərində təhsil pillələri arasında keçid, öyrənənin(şagirdin,
tələbənin və s.) biliklərinin yoxlanılması və qiymətləndirilməsi ilə həyata keçirilir. Bu
baxımdan ATS-in həmin sahəyə tətbiqi prinsipial xarakter daşıyır və təhsilin
avtomatlaşdırılması zamanı prioritet mövqe tutur. ATS-in əsas funksional kompleks alt
sisteminə aid edilən TYQKS-nin əsas üstünlükləri aşağıdakılardır:
Təhsil pillələrinin sayına qoyulan məhdudiyyət götürülür və təhsilin
kəsilməzliyi təmin olunur;
Çoxballı sistemin tətbiqinə keçid biliklərin daha dəqiq qiymətləndirilməsi üçün
yaxşı imkanlar yaradır;
Test tapşırıqlarının özlərinin qiymətləndirilməsi alqoritmləri bir çox
problemlərin operativ həll olunmasına şərait yaradır. Məsələn, keyfiyyətsiz və
ya təhsil standartlarına uyğun gəlməyən tədris elementlərinin operativ şəkildə
təhsil sistemindən çıxarılması və ya redaktə olunması;
TYQKS-nin tərkibində həm də, öyrənənlərin şəxsi qiymət kartlarının
avtomatlaşdırılmış analizi alt-sisteminin olması, ATS-in digər kompleks alt
sistemlərinin fəaliyyət göstərməsi üçün zəruri parametrləri müəyyən edir.Təhsil
standartları bazasının hazırlanması və təhsil standartları minimumlarının
operativ olaraq dəyişdirilməsi “Təhsil müəssisələrinin maliyələşdirilməsi”,
“Pedaqoji kadrların attestasiyası”, “Təhsil strukturlarının fəaliyyətlərinin
analizi
” və s. kimi funksiyaların avtomatlaşdırılması üçün nəzərdə tutulan bu
alt-sistem tədrisin təşkilində və idarə olunmasında mühüm yer tutur.Bu sistem
həm də ənənəvi və avtomatlaşdırılmış dərsliklərdəki mövzuların operativ şəkildə
korrektəsinə və təhsil sistemində şəffaflığın təminatına xidmət edir[13,s.25-28].
Dostları ilə paylaş: