Fəsil 2: İKT-NIN TƏHSILDƏ TƏTBIQININ FORMALARI VƏ ONLARIN
KEYFIYYƏTƏ TƏSIRI
2.1.Təhsildə istifadə olunan İKT avadanlıqları,program təminatları. Multimedia
texnologiyasının və Elektron Tədris Vəsaitlərinin (ETV) yaradılması
Təhsildə istifadə olunan İKT avadanlıqları dedikdə həm bu məqsədə xidmət edən
elektron aparat, həm də proqram təminatı başa düşülür. Bildiyimiz kimi İKT
avadanlıqlarına aid edilən ən əsas aparat komputer və ona əlavə olunan giriş -çıxış
30
qurğularıdır. Kompüterin giriş-çıxış qurğuları dedikdə klaviatura, monitor, mouse
(sıçanı), skaner, printer, plotter, qrafiki planşet (digitizer), web-kamera, TV-tüneri və s.
misal göstərmək olar.Kompüter və onun giriş-çıxış qurğuları İKT-nin təhsildə
tətbiqində əsas rol oynayan vasitlərdəndir. Lakin, bununla yanaşı İKT-nin təhsilə
tətbiqi məqsədilə təyinatından asılı olaraq aşağıdakı qurğuların da olması vacib
şə
rtlərdəndir:
-
Skaner: Skaner kompüterin xarici qurğusu olub mətn və qrafik informasiyanı
səth üzərindən oxuyan və kompüterin yaddaşında yerləşdirən qurğudur. Fərdi
kompüterlərə USB portu vasitəsi ilə qoşulur. Skaner mətn və ya təsvir üzərində
hərəkət etdikdə kağız üzərində hərəkət edən lazer şüası mətni və ya təsviri
skanerləyir və təsvirə uyğun informasiyanı işığa həssas yanmkeçiricilərdə əks
etdirir. Nəticədə alınmış işıq siqnalı elektrik siqnalına çevrilir və naqil vasitəsi
ilə kompüterə ötürülür. Kompüterə ötürülən siqnal özündə təsvirə uyğun olan
nöqtələrin sayını və təsvirin rəngini təzahür etdirir.
-
Printer: Kompüterin xarici qurğusu olub informasiyanı kağız üzərinə cap etmək
üçündür. Kompüterdə alınmış nəticəni, mətn materiallarını, təsvirləri kağıza
köçürtmək üçündür. Printerlər matrixli ( lent ilə ),şırnaqlı (maye mürəkkəb ilə)
və lazerli ( metal tozu ilə) olmaqla 3 yerə bölünür. Kağız üzərində şəklin qeyd
edilməsi üsuluna görə isə printerlər iki qrupa bölünür: zərbli və zərbsiz çap
qurğuları. Zərbli çap qurğularına misal olaraq matris çap qurğularını göstərmək
olar. Belə rinterlərdə çap başlığı ilə kağız arasında rəngli lent olur. Çap
başlığında simvol formalaşandan sonra iynələr hərəkətə gəlir, rəngli lentə zərbə
vuraraq kağız üzərində simvolu formalaşdırır. Zərbsiz çap qurğulara misal
olaraq lazer və şırnaqlı çap qurğularını göstərməli olar. Şırnaqlı printerlərdə
çap başlığı mürəkkəblə doldurulur. Başlıqda çox kiçik ölçülü deşiklər olur və
bu deşiklərdən mürəkkəbi kağız üzərinə püskürdülür. Lazer çap qurğularında
şə
killər kağız üzərinə aralıq məlumat daşıyıcısı vasitəsilə yazılır. Şəkil lazer
ş
üanın köməyi ilə əvvəlcə aralıq məlumat daşıyıcısına yazılır və daha sonra bu
məlumat daşıyıcısının üst qatı quru toz ilə örtülür. Ağ kağız bu barabanın üstü
31
ilə dartılaraq yüksək istilik hesabına barabandakı şəkil kağız üzərinə hopur.
Lazer qurğularının çap keyfiyyəti və sürəti çox yüksəkdir.
-
Mikrofon: Səsin elektrik siqnallarına çevrilməsini təmin edən giriş qurgusudur.
Mikrofonun köməyi ilə audio məlumat kompütə daxil edilir.
-
Veb kamera: video informasiyanı kompüterə daxil edən giriş qurgusudur.
-
Səsgücləndirici (çıxış qurğusu kimi) audio məlumatları dinləmək üçün istifadə
olunur.
-
Qrafiki planşet: Əllə çəkilən şəkilləri sxemləri, imzaları, xəritələri birbaşa
kompüterə daxil edən giriş qurğusudur. Gurğu qrafiki planşetdən və qələmdən
ibarətdir.
-
TV-tüner: müxtəlif formatlı (PAL, SEKAM və s.) televiziya siqnallarını qəbul
edib monitorda göstərilməsini təmin edən giriş qurğusudur.
-
Qrafikçəkən qurğu: kompüterdən alınan qrafiki məlumatları, mürəkkəb
sxemləri və təsvirləri kağız üzərinə köçürən qurğudur.
-
Strimmer: Məlumatı maqnit lenti üzərində saxlayan qaddaş qurğusudur.
-
Plotter : Geniş ölçülü mətnlərin, şəkillərin, qrafika və çertyojların çap olunması
üçün qurğudur.
-
Multimedia qurğuları: Kompüterə mətnin, səsin, şəkilin və görüntülərin birgə
emal edilməsini təmin edən qurğulardır. Bu qurğular özündə mikrofonu, veb
kameranı, səs kolonkasını və səs kartını birləşdirir. Səs kartından audi-video
informasiyanı ikili rəqəm koduna çevirmək və əksinə əməliyyatı yerinə
yetirmək məqsədilə istifadə olunur. Bu qurğuların köməyi ilə computer
şə
bəkələri üzərində və avtonom olaraq audio-video konfransların təşkili
problem aradan qaldırılır.
-
Modem (modulyator, demodulyator): Əlaqə kanallarının (telefon xətləri, radio
kanalları və s.) köməyi ilə məlumatları uzaq məsafələrə ötürmək və qəbul
etmək üçün istifadə olunan qurğudur. Konstruktiv olaraq modemlər 2 formada
olur: Daxili və xarici. Daxili modemlər kompüterin ana platası üzərində
qurulur,xarici modemlər isə ardıcıl COM və ya USB portlara goşulur. Modem
32
qurğusunun köməyi ilə kompüterlər Beynəlxalq computer şəbəkəsinə -
İ
NTERNETə qoşulur[13, s.9-11].
Pedaqoji təlim-tədris funksiyasını reallaşdırmaq üçün xüsusi hazırlanmış və ya
uyğunlaşdırılmış dəfələrlə istifadə olunan kompüter proqramı təlim məqsədli proqram
təminatı (TMPT) adlanır.Bu terminin sinonimi kimi: təlim məqsədli proqram
vasitələri, komputer təlim vasitələri, təlim məqsədli komputer proqramları, pedaqoji
məqsədli komputer proqramları və s. ifadələr istifadə oluna bilər.
Bu proqramlar hər hansı bir sahədə kompüter vasitəsilə informasiya əldə etmə və
biliklər formalaşdırma prosesinə, bacarıq, vərdişlərin inkişaf etdirilməsinə, nəzarət və
ya
testləşdirməyə
istiqamətləndirilmişdir.Bu
təlim
proqramlarının
özünün
yaradılmasını və istismarını asanlaşdıran proqramlardan əsas fərqidir.
Müasir dövrdə dağınıq təlim proqramlarının tam kompüter təlim proqramlarına
transformasiyası baş verir.Bəzi hallarda TMPT hazırlayanlar onu komputer təlim
texnologiyası
məsələlərinin
reallaşdırılaması
üçün
"naviqatorlar"
ə
sasında
birləşdirirlər.Müasir TMPT-ları təhsil standartlarına uyğun gəlməli, kompüterləşdirilən
təlim metodikalarını dəstəkləməli, müasir instrumental vasitələr əsasında
reallaşdırılmış olmalıdır.TMPT-nin təlim prosesində yeri və tətbiq üsulu təyin
olunmalıdır.Təlim proqramları hazırlayanlar, həmçinin telekommunikasiyanın aktiv
inkişafı ilə əlaqədar məsələləri nəzərə almalı, təlim və tədris əlavələrinin
reallaşdırılmasına hazır olmaldırlar.Bununla yanaşı TMPT-yə daxil olan
informasiyanın etibarlılığı və onun təhsil standartlarına uyğun təlim vasitəsi kimi
faydalılığı məsələləri daha aktualdır.Lakin ön planda yaradılan proqram təminatının
qeydiyyatı, onun sertifikasiyası, "ikinci müəllif" tərəfindən dəyişdirilə bilmə imkanı,
müəllif hüququ və digər hüquqlarla əlaqədar məsələlər hələ durur.Bundan başqa
TMPT-nin istifadə üsul və formalarını, həmçinin telekommunikasiyada yayılması
qaydalarını təyin etmək və reallaşdırmaq lazımdır.
Günümüzdə təlim prosesinin təkmilləşdirilməsi və inkişaf etdirilməsi üçün hazırlanmış
bir çox kompüter proqramları mövcuddur.Psixoloqların ayırdıqları iki əsas idrak
fəaliyyətlərinə (təlim və tədris) uyğun olaraq təlim vasitələrini iki böyük sinifə
33
bölürlər: təlim mühitləri və təlim proqramları.Təlim mühitlərinin qlobal pedaqoji
məqsədi müvəffəqiyyətli mühitin yaradılması yolu ilə oyrənənin yaradıcılıq
qabiliyyətinin inkişaf etdirilməsidir. Bu mühitdə öyrənən lazımı biliklər əldə
edir.Təlim proqramları isə növbəti pedaqoji məqsədlərin reallaşdırılmasını təmin
etməlidir: təlim materialının nümayiş etdirilməsi,müəyyən sahədə təlim, təlim prosesi
gedişinin idarə edilməsi üçün testləşdirmə və diaqnostika, xüsusi təlim və s. Yerinə
yetirilən metodik funksiya nöqteyi-nəzərdən təlim mühiti və təlim proqramları
arasında dəqiq sərhədlər yoxdur.Bu sinifdən olan təlim vasitələri arasındakı yeganə
fərq nəzarətin olmaması, təlim proqramlarında isə bu nəzarətin olmasıdır.
Tədrisdə qlobal internet şəbəkəsinin imkanlarından istifadə olunmalı, vahid təhsil
informasiya mühiti formalaşdırılmalı, təhsil yönümlü vahid informasiya məlumat
bazası yaradılmalı, açıq təhsil sisteminin imkanlarından geniş istifadə
olunmalıdır.İnternet şəbəkəsinin əsas didaktik xüsusiyyətləri və funksiyalarına
məlumatların yüksək sürətlə ötürülməsi və interaktivliyi təmin edən telekomunikasiya
sistemlərinin çoxtərəfli mübadilə imkanları, multimedia proqramları, hipermətnlərlə
işləmə imkanlarının və mürəkkəb strukturlu informasiya mənbələrindən istifadə etmək
imkanlarının geniş olması aiddir.İnternetdə bu və digər didaktik imkanların
reallaşdırılması məqsədilə elektron poçt (E-mail ünvan), elektron kitabxanalar,
Dostları ilə paylaş: |