Təhsil müəssisəsinin İKT avadanlığı ilə təminatı və onların tədris prosesinə
inteqrasiyası vahid təhsil-informasiya sisteminin yaradılmasına xidmət edir.Təhsil
23
müəssisələrinin İKT avadanlığı və internet resursları ilə təminolunma prosesi aşağı-
dakıları nəzərdə tutur:
kompüter sinifləri,İKT avadanlığı (printer, skaner, rəqəmsal kamera, proyektor və
s.),internet və effektivliyin artırılmasına xidmət edən digər vasitələrlə təminat;
təhsilin idarə edilməsi prosesinin avtomatlaşdırılması üçün avadanlıq,proqram
təminatı və təhsil sahəsinin bütün istiqamətləri üzrə proqram-metodiki təminat;
təhsil müəssisəsindəki bütün kompüterlərin şəbəkəyə qoşulması və mövcud
avadanlığın proqram-texniki xidmət infrastrukturunun yaradılması;
təhsil portalının hazırlanması,məktəblərin və təhsil şöbələrinin internet resurslarının
yaradılması,elektron tədris vəsaitlərinin şəbəkə variantlarının işlənməsi və istifadə
üçün yerləşdirilməsi,İnternet/İntranet bağlantısının təşkili və s.
Müxtəlif fənlərin tədrisinin gerçəkləşməsi üçün nəzərdə tutulan kompüter sinifləri
məktəbin özəyinə çevrilməlidir. Odur ki, müxtəlif fənlərin tədrisində İKT-dən daimi
olaraq və səmərəli istifadə üçün məktəblər lazımi sayda kompüter sinifləri ilə təchiz
olunmalıdır.Kompüter siniflərindən maksimum istifadə üçün şərait yaradılmalı,
dərsdənkənar vaxtlarda onların imkanlarından səmərəli istifadə mexanizmi hazırlan-
malıdır.
Məktəblərə İKT avadanlığının kütləvi şəkildə verilməsi və təhsil müəssisələrinin
infrastrukturu servis xidmətinin qurulmasını zəruri edir.Texniki xidmət işi
avadanlığın əsaslı təmirini və informasiya-metodiki köməyin göstərilməsini əhatə
etməlidir.Bunun üçün isə bütün ölkədə servis xidmətinin təşkilati strukturu
formalaşmalı, texniki dəstək üzrə texniki-normativ və metodiki təminat yaradılmalı,
bütün səviyyələrdə servis xidmətinin təşkili üçün kadrlar hazırlanmalı, maddi-texniki
baza və “qaynar xətt” sistemi yaradılmalıdır.
4.
Təhsilin informasiyalaşdırılmasında təhlükəsizliyin təmin olunması və hüquqi
Dostları ilə paylaş: