standartlarında isə daxili auditin mahiyyəti təsvir olunur və daxili audit
fəaliyyətinin qiymətləndirilməsinin keyfiyyət meyarları verilir. Burada daxili
auditin planlaşdırılması, rəhbərliyə hesabatın təqdim edilməsi, risklərin idarə
edilməsi, nəzarət, korporativ idarəetmə, auditor tapşırığının planlaşdırılması, icras
və icrasına nəzarət nəticələrə dair hesabatın verilməsi və s məsələlər əksini
tapmışdır.
Bir qayda olaraq, daxili audit bölməsinin müvafiq səlahiyyət və vəzifələri
müəyyən edildikdən və strateji planın hazırlanmasından sonra növbəti mərhələ
auditin ilkin planının tərtib edilmisidir. Belə ki, bu plan ildə ən azı bir dəfə
keçirilən risklərin qiymətləndirilməsinə əsaslanmaqla tərtib edilməlidir. Auditin
aparılmasına dair fəaliyət sahələrini, habelə hər bir sahə üçün iş həcmini müəyyən
etmək məqsədilə risklərin qiymətləndirilməsi modelindən və zərərlərin ehtimalının
təhlili metodlarında istifadə olunur. Daxili Auditin Peşə Təcrübəsi üzrə Beynəlxalq
Standartlara uyğun olaraq, risklər maliyyə-təsərrüfat fəaliyyətinə dair məlumatların
dürüstlüyü və tamlığı, təsərrüfat fəaliyyətinin səmərəliliyi və məhsuldarlığı,
aktivlərin qorunub saxlanması və qanunlara, normativ aktlara və müqavilə
öhdəliklərinə riayət edilməsinə əsasən qiymətləndirilməlidir.
Daxili audit fəaliyyəti, həmçinin, müəssisə və təşkilat daxilində müvafiq etik
standartları və dəyərləri inkişaf etdirmək, fəaliyyətin səmərəli istifadə edilməsi və
qiymətləndirilməsi prossesini təmin etmək, müəssisə və təşkilatın müvafiq
xidmətlərini risklər və nəzarətlə bağlı məsələlər üzrə məlumatla səmərəli şəkildə
təmin etmək, fəaliyyəti səmərəli şəkildə əlaqələndirmək, daxili və kənar
auditorlarla rəhbərlik arasında məlumat mübadiləsi etmək məqsədilə korporativ
idarəetmə prosesinin qiymətləndirilməsini təmin edir.
Daxili auditorlar hər bir auditor tapşırığı üçün həmin tapşırığın məqsədlərini,
həcmini, müddətlərini və resursların bölüşdürülməsini əks etdirən iş planı tərtib
edirlər. Tapşırığın planlaşdırılması zamanı nəzərə alınmalı olan məqamlar,
27
tapşırığın məqsədləri, həcmi, proqramı və icrası kimi məsələlər məhz Daxili
Auditin Peşə Təcrübəsi üzrə Beynəlxalq Standartların Fəaliyyət Standartları
bölməsində geniş şərh olunmuşdur.
Daxili auditor yoxlamasının nəticələrinə dair hesabat xarakterli sənəd tərtib
olunur ki, bu da müxtəlif formalarda auditor arayışı, auditor rəyi, ekspertizaya dair
arayış,yoxlamaya dair hesabat və s ola bilər. Yekun hesabat sənədi daxili auditorun
fikir və rəyini əks etdirməklə yanaşı, müvafiq tövsiyyələr və fəaliyyət planlarını,
nəticələrin kənar tərəflərə təqdim edilməsi hallarında isə onların yayılması və
istifadəsi ilə bağlı məhdudiyyətləri də əhatə edir. əgər ayrıca bir auditor tapşırığı
çərçivəsində Daxili Auditin Peşə Təcrübəsi üzrə Beynəlxalq Standartların
müddəalarına riayət edilməməsi halı olmuşdursa, onda hesabatda bu barədə izahat
verilməlidir.
Keyfiyyət xarakteristikası və Fəaliyyət standartları bütövlükdə daxili audit
xidmətlərinə aid olduğu halda, Tətbiq standartları auditor tapşırıqlarının ayrı-ayrı
növlərinə aiddir. Üstəlik də Keyfiyyət xarakteristikası və Fəaliyyət standartları
vahid bir variantda mövcuddur. Tətbiq standartlarının isə müxtəlif variantları-
auditor fəaliyyətinin hər bir növü üzrə ayrıca variantı vardır. Tətbiq standartları
Keyfiyyət xarakteristikası və Fəaliyyət standartlarının tərkinbində, müvafiq
standartın törəməsi kimi, auditor auditor təminatının verilməsi üzrə fəaliyyət və və
məsləhət verilməsi üzrə fəaliyyət üçün işlənib hazırlanmışdır.
Daxili Auditin Peşə Təcrübəsi üzrə Beynəlxalq Standartlara riayət olunması
daxili auditorların öz vəzifələrini yerinə yetirmək üçün zəruri sərtdir. Daxili auditin
keyfiyyət xarakteristikası standartlarında təsərrüfat subyektlərinin və daxili auditlə
məşğul olan tərəflərin səciyyəvi xüsusiyyətləri nəzərdə tutulur. Daxili auditin
fəaliyyət standartlarında daxili auditin mahiyyəti açıqlanır və daxili auditor
fəaliyyətinin qiymətləndirilməsinin keyfiyyət meyarları verilir. Keyfiyyət
xarakteristikası və fəaliyyət standartları vahid bir variantda mövcuddur.
|