Microsoft Word Dissertasiya M?h?mm?dli Nicat docx


Keyfiyyət  xarakteristikası  standartlarında



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə12/29
tarix02.01.2022
ölçüsü0,5 Mb.
#46508
1   ...   8   9   10   11   12   13   14   15   ...   29
mahammadi nicat

Keyfiyyət  xarakteristikası  standartlarında  müəssisə  və  təşkilatların, 

həmçinin  daxili  auditlə  məşğul  olan  tərəflərin  səciyyəvi  xüsusiyyətləri  nəzərdən 

keçirilir. 

Burada 


daxili 

audit 


fəaliyyətinin 

məqsədi, 

vəzifə 

və 


səlahiyyətlərimüstəqillik və obyektivliyi, daxili auditorların səriştəliliyi və peşəkar 

yanaşması, ixtisasartırması, daxili və kənar qiymətləndirmələr və s.məsələlər əksini 

tapmışdır.  Bu  standartlar  daxili  audit  fəaliyyətinin  müstəqil  və  obyektiv  icra 

olunmasını,  hesabatın  rəhbərliyə  təqdim  edilməsi  zamanı  üçüncü  şəxsin 

müdaxiləsinə  yol  verilməməsini,  həmçinin,  daxili  auditorların  öz  işlərində 

təmənnasız  və  qərəzsiz  olmalarını,  maraqların  toqquşmasına  yol  verilməməsini 

şərtləndirir. 



 

25 


 

Standartlar  müəssisə  və  təşkilatın,  onun  daxili  audit  bölməsinin,  bölmə 

rəhbərinin  və  daxili  auditorların  funskional  vəzifələrini  müəyənləşdirir  və 

aşağıdakıları əhatə edir: 

-

  Daxili audit bölməsinin yoxlanılan fəaliyyət sahələrindən aslı olmaması və 



daxili auditorların obyektivliyi 

-

  Daxili auditorların göstərməli olduqları peşəkarlıq və peşəkar diqqət 



-

  Daxili auditin işinin həcmi 

-

  Daxili audit tapşırıqlarının yerinə yetirilməsi 



-

  Daxili audit bölməsinin rəhbərliyi 

Daxili  auditin  səmərəli  təşkilinin  digər  bir  şərti  daxili  auditorların  öz 

vəzifələrini  yerinə  yetirə  bilməsi  üçün  zəruri  olan  bilik  və  vərdişlərə  malik 

olmasıdır.  Belə  ki,  daxili  auditor  fırıldaqçılıq  əlamətlərini  müəyyənləşdirmək  və 

verilən  tapşırıqları  səmərəli  şəkildə  yerinə  yetirmək  üçün  informasiya 

texnologiyaları  sahəsində  risklər  və  nəzarət  metodları,  həmçinin,  informasiya 

texnologiyalarından  istifadəyə  əsaslanan  mövcud  audit  üsulları  barədə  kifayət 

qədər  biliyə  malik  olmalıdır.  Bununla  yanaşı,  daxili  auditor  işə  peşəkarcasına 

yanaşmaqla, zəruri ehtiyatlılığı və səriştəliliyi gözləməlidir.  

Daxili  auditorların  peşəkar  inkişafına  gəldikdə  isə  onlar  öz  bilik  və 

vərdişlərini  fasiləsiz  ixtisasartırma  prosesində  təkmilləşdirməlidirlər.  Belə  ki, 

iqtisadi  cəhətdən  inkişaf  etmiş  ölkələrdə  daxili  auditor,  bir  qayda  olaraq,  işlədiyi 

müəssisə  və  təşkilatda  böyük  təcrübəyə  ,  ən  azı,  “diplomlu  ictimai  mühasib” 

sertifikatına  malik  olmalıdır.  Bildiyimiz  kimi,  bütün  dünyada  mühasibat  uçotu  iş 

adamlarının işgüzar dili hesab olunur. Ona görə də bu gün əsaslı mühasibat uçotu 

təhsilinə daha çox üstünlük verilir. 

Daxili  auditin  təşkili  zamanı  onun  bütün  aspektlərini  əhatə  edən  keyfiyyətə 

təminat  və  onun  yüksəldilməsi  proqramının  hazırlanması  böyük  əhəmiyyət  kəsb 

edir.  Bu  proqram  daxili  auditin  keyfiyyətinin  vaxtaşırı  daxili  və  kənar 

qiymətləndirilməsi  və  cari  daxili  monitorinq  prossesini  əhatə  edir.  Daxili 

qiymətləndirmələr  daxili  audit  fəaliyyətinin  müəssisə  əməkdaşları  tərəfindən 




 

26 


 

həyata  keçirilən  cari  və  vaxtaşırı  təhlilini  əhatə  edirsə,  kənar  qiymətləndirmələr 

müəssisənin əməkdaşı olmayan müstəqil anlitiklərin təhlili hesab olunur. 

Daxili  Auditin  Peşə  Təcrübəsi  üzrə  Beynəlxalq  Standartların  Fəaliyyə




Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin