42
2.3 Maliyyə nə ticə lə rinin və mə nfəə tin istifadə sinin auditinin tə hlili
və qiymə tlə ndirilmə si
Sərbəst bazar iqtisadiyyatına keçidlə əlaqqədar olaraq mənfəətin rolu daha da
artırmaqla, müəssisələrin və dövlətin iqtisadi marağının əsas hərəkətverici vasiləsi
kimi özünü göstərir. Müəssisələrin iqtisadi maraqı bilavasitə mənfəət əsasında
qurulmaqla onun iqtisadi və sosial inkişafının əsasını təşkil edir.
Bütün göstəricilərlə əlaqədar olaraq müəssisənin təsərrüfat-maliyyə
əməliyyatlarının maliyyə nəticəiərinin formalaşması və onun istifadə olunması ilə
əlaqədar olan məsələlərin yoxlamasında əsas vəzifə onun düzgün müəyyən
olunması və hesablanıb dövlət büdcəsinə ödəmələrin mövcud olan qanunvericiliyə
uyğun icra olunmasını müəyyən etməkdən ibarətdir. Bununla yanaşı mənfəətin
düzgün bölüşdürülməsi, fondların yaradılması, dividendlərin ödənilməsi və sair
göstəricilərin müəyyənləşdirilməsinə diqqət verilməlidir.
Hər bir müəssisənin hesabat dövrünün son maliyyə nəticələri (mənfəət və
zərər) onun məhsul (iş xidməti) satış və digər əmtəə material dəyərinin (əsəs
vəsaitlər, qeyri-maddi aktivlər və s.) mövcud olan qiymətlərlə daxli olan pul vəsaiti
43
məbləğindən, əlavə dəyər vergisi daxil olmaqla, müəyyən olunmuş vergilər,
aksizlər, onların isıehsalı və satışa sərf olunmuş məsrəflərin çıxılması nəticəsində
müəyyənləşdirilir.
İxrac əməliyyatları ilə məşğul olan müəssisələrin mənfəəti hesablanarkən
məhsul satışından (İş xidməti) daxil olan pul vəsaiti məbləğindən ixrac üçün
müəyyən olunmuş tariflər çıxılmalıdır.
Yekun maliyyə nəticələri hesablanarkən qeyri satış əməliyyatlarından daxil
olan vəsaitlər də nəzərə alınmalıdır. Məhsul satışından (iş, xidmət) daxil olan pul
vəsaitinin uçotda əks olunması vaxtı müəssisənin uçot siyasətində müəyyən
olunmuş qayda üzrə icra olunmalıdır. Belə ki, məhsul satışından daxil olan pul
vəsaiti, alıcıya məhsulun yükləndiyi tarixdən hesablaşma sənədlərinin alıcıya
təqdim olunması vaxtı və ya yüklənmiş məhsulun (iş, xidmət) dəyərinin müəssisə
hesablaşma hesabına daxil olması ilə müəyyən olunur. Onu da nəzərə almaq
lazımdır ki, göstərilən formaların hansı istifadə olunarsa həmin forma daimi
xarakterdə bir neçə il ərzində tətbiq olunmalıdır.
Onu da xalırladıram ki, birinci hesablaşma forması beynalxalq mühasibat
uçotu standartlarda qəbul olunmuş və hazırda dünyanın əsas inkişaf etmiş
ölkələrində həmin forma geniş şəkildə istifadə olunur.
Mənfəətin formalaşmasının audit yoxlamasında auditor üçün əhəmiyyətsiz
məsələlər olmamalıdır, bu məsələ ilə əlaqədar olan hər bir nöqsan və çatışma-
mazlığın müəyyən olunmasının ciddi əhəmiyyəti vardır. Sifarişçi müəssisə üçün
buraxılan səhvlərin müəyyən olunub, aradan qaldırılması, onların düzəldilməsi çox
vacibdir. Nəzərə almaq lazımdır ki, audit dövründə buraxılmış nöqsanlar
düzəlmədikdə, müəssisə mənfəətinin azaldılması və sair hallar vergi orqanları
yoxlayıcıları tərəfindən müəyyən edilir və bu isə böyük məbləğdə cərimələrin
tutulmasına və digər qanunvericiliyin pozulması hallarına səbəb olur.
44
Yuxarıda göstərilənlərlə əlaqədar olaraq yoxlama dövründə auditor
aşağdakılara xüsusi diqqət verməlidır:
– büdcəyə avans ödəmələrin hesablanması üçün müəssisə üzrə nəzərdə tutul-
muş mənfəətin və məhsul, xidmət) satışından daxil olacaq pul vəsaitinin müəyyən
olunmasına;
– müəssisə üzrə uçot siyasətində məhsul (iş, xidmət) satışından daxil olan
vəsaitin müəyyən olunması formasına dair əmr və ya sərəncamın olması;
– məhsul satışından daxil olan faktiki mənfəətin mühasibat uçot hesablarında
düzgün əks olunmasını;
– ümüdsüz debitor borcları üzrə ehtiyat fondunun yaradılmasının düzgünlüyü
və əsaslı olması. Belə borclar hesabat ilinin sonunda aparılan investorlaşma
nəticəsində müəyyənləşdirilir. Bu kimi borclara o debitor borcları daxildir ki,
müəyyən olunmuş dövr ərzində ödənilməmiş və onun ödənilməsi ümüdsüzdür,
– əsas fondların və müəssisənin digər əmlakının satışından daxil olan
mənfəətin düzgüh hesablanması;
– xarici iqtisadi fəaliyyətlə əlaqədar olaraq məhsul satışından daxil olan
vəsaitin uçotda düzgün əks olunması. Bununla əlaqədar olaraq xatırlamaq lazımdır
ki, müəssisə tərəfindən satılan xarici valyuta “Sair akttvlərin satışı” hesabında əks
olunmalıdır,
– kommersiya xərclərinin mühasibat uçotunda düzgün əks olunması. Eyni
zamanda “Kommersiya xərcləri” hesabında əks olunmuş məsrəflərin yüktənmiş
lakin alıcılar tərəfindən ödənilməmiş və qalığı olan məhsullar üzrə
bölüşdürülməsinin müəyyən olunması;
45
– əvəsiz olaraq başqa müəssisəyə əsas vəsaitlərin və digər aktivlərin verilməsi
nəticəsinin uçotda düzgün əks olunması. Mövcud olan qaydalara görə əsas
vəsaitlərin və digər aktivlərin başqa müəssisəyə verilməsi ilə əlaqədar zərərlər
müəssisə sərəncamında qalan mənfəət hesabına silinməlidir.
– mühasibat uçotu hesabları üzrə “Mənfəət və zərərlər”, “Qiymətləndiriləcək
ehtiyatlar”, “Mənfəətin istifadəsi”, “Bölüşdürülməmiş mənfəət” (ödənilməmiş
zərər) analitik və sintetik hesablarda əməliyyatların düzgün əks olunması;
– tərəflərlə bağlanmış müqavilə şəraitlərinin yerinə yetrilməməsi və müəyyən
hallarda müəssisəyə dəyən itkilər, cərimələr ödəmələrlə əlaqədar mənfəətin
(zərərlər) uçotda düzgün əks olunması və sairə.
Auditor yoxlama apardığı dövürdə maliyyə nəticələri ilə əlaqədar olan
aşağdakı əsas göstərici və mənbələri yoxlamalıdır:
– məhsul (iş xidmət) satışından;
– əsas vəsaitlərin və digər əmlakın satışından;
– qeyri satış əməliyyatlardan.
Məhsul (iş xidməti) satışı üzrə hesablaşma sənədləri ödənilməsi üçün alıcıya
təqdim oiduqca, orada əks olunmuş məbləğlər “Məhsul (iş, xidmət) satışı”
hesabının kreditində və “Alıcılar və sifarişçilərlə hesablaşmalar” hesabının debitinə
əks etdirilir. Eyni zamanda alıcıya yüklənmiş məhsulun maya dəyəri “Hazır
məhsul” “Yüklənmiş mallar”, “Əsas isıehsalat”, “Məhsul (iş, xidmət) buraxılış” və
başqa hesabların kreditindən “Məhsul (iş, xidmət) satışı” hesabının debetinə silinir.
Məhsul satışından əldə edilən nəticəiər hər ay “Məhsul (iş, xidmət) satışı”
hesabından “Mənfəət və zərər” hesabına silinir.
46
Müəssisəyə məxsus olan əsas vəsaitlərin satışı və sairə xaric olmaları (mənvi,
silinməsi, əvəsiz olaraq verilməsi və s.) əməliyyatları haqqında məlumatlar və.
onların satışından maliyyə nəticələrini müəyyənləşdirmək üçün “Əsas vəsaitlərin
satışi və sair ;xaric olmaları” hesabı müəyyən olunmuşdur.
“Əsas vəsaitlərin satışı və sair xaricolmaları” hesabının debetində xaric
olmuş əsas vəsaitlərin ilk dəyəri, həmçinin əsas vəsaitlərin xaricolunması
(binaların, qurğuların və avadanlıqların sökülməsi və s.) ilə əlaqədar xərclər də əks
etdirilir. “Əsas vəsaitləin satışı və sair xaricolmaları” hesabının kreditində xaric
olunmuş əsas vəsait obyektlərinə xaricolma vaxtınadək hesablanmış köhnəlmə
məbləği, əmlakın satışından əldə edilən pul məbləği və onun silinməsi İlə əlaqədar
mümkün istifadə yaxud satış qiymətləri ilə daxil olmuş material qiymətlilərin
dəyəri əks etdirilir. Əmlakın satılmasından əldə edilən pul məbləği yeni satılan
əsas vəsaitlər üçün müəssisəyə çatası məbləğ “Əsas vəsaitlərin satışı və sair
xaricolmalar” hesabının kreditində “Müxtəlif debitor və kreditorlarla
hesablaşmalar” hesabının debetində əks etdirilir.
“Əsas vəsaitlərin satışı və sair xaricolmalar” hesabı üzrə debet (zərər), yaxud
kredit (gəlir) qalığı cari hesabat dövründə “Mənfəət və zərər” hesabına, əvəzsiz
olaraq verilməsi hallarında isə müəssisənin xüsusi vəsaitlərini uçota alan hesablara
silinir.
Qeyri-satış əməliyyatlarından daxil olan vəsaitlərin mühasibat uçotunda
düzgün əks olunmasını müəyyən etmək üçün “Mənfəət və zərər” hesabının
dövriyyə məbləqləri yoxlamalıdır.
Auditor xatırlamalıdır ki, qeyri-satış əməliyyatları üzrə mənfəət birgə
fəaliyyətdə əldə olunan mənfəət, valyuta əməliyyatları üzrə məzənnə fərqindən
gəlir, əmlakın kirayəyə verilməsindən, cərimələr və digər iddialar daxil olan
mənfəətlər, tələb olunmayan kreditor borcları vaxtı keçmiş depozitlərdən daxil
olan vəsaitlər və sair daxildir.
47
Auditor mənfəətin formalaşması əməliyyatlarının yoxlamasının sonunda
hesablar üzrə müxabirləşmələrin düzgün sxema üzrə aparılmasını müəyyənləşdir-
məlidir. Müəssisənin son maliyyə nəticəsinin formalaşmasına dair informasiyalar
“Mənfəət və zərər” hesabında əks olunur. Bu hesabın debetində müəssisənin
zərərləri, kreditində isə mənfəəti əks etdirilir. Hesabın debet və kredit
dövriyyələrinin müqayisəsi hesabat dövrünün son maliyyə nəticəsini göstərir.
Dostları ilə paylaş: |