Microsoft Word Dissertasiya M?h?mm?dli Nicat docx



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə22/29
tarix02.01.2022
ölçüsü0,5 Mb.
#46508
1   ...   18   19   20   21   22   23   24   25   ...   29
mahammadi nicat

 

 

 

 

 

 

 

 

 

 

3.1  müəssisənin  mühasibat  uçotunun  və  uçot  siyasətinin  auditinin 

təkmilləşdirilməsi istiqamətləri 

Müəssisənin mühasibat uçotunun və uçot siyasətinin auditor yoxlamasının 

məqsədi  uçot  siyasəti  barədə  məlumatların  öyrənilməsi,  təhlili  və 

qiymətləndirilməsini  və  mühasibat  uçotunun  aparılması  və  təşkilinin  əsas 

prinsiplərini etiva edən mühasibat uçotu sistemilə tanış olmaqdır. 

Mühasibat uçotunun və uçot siyasətinin auditini apararkən ilk növbədə 




 

50 


 

“Mühasibat uçotu haqqında” qanunla və “Müəssisənin mühasibat uçotunun 

hesablar planı və onun tətbiqinə dair təlimat”la tanış olmaq lazımdır. 

Qarşıya qoyulan məqsədə uyğun olaraq müəssisənin təsərrüfat fəaliyyətinin 

aşağıdakı tərəflərinin öyrənilməsi, təhlili və qiymətləndirilməsi üzrə vəzifələr 

müəyyən edilir: 

-

  mühasibat vergi idarəetmə uçotu üçün uçot siyasəti və mühasibat 



uçotunun aparılmasının əsas prinsipləri; 

-

   mühasibat uçotunun aparılmasına və mühasibat hesabatının 



hazırlanmasına məsul olan bölmələrin təşkili strukturu; 

-

  uçotun aparılmasında və hesabatın hazırlanmasında iştirak edən işçilər 



arasında vəzifə və səlahiyyətlərin bölgüsü; 

-

  təsərrüfat əməliyyatlarını əks etdirən sənədlərin hazırlanması, dövriyyəsi 



və saxlanılmasının təşkili; 

-

  mühasibat uçotunun reqistrlərində təsərrüfat əməliyyatlarının əks 



etdirilməsi qaydası, belə reqistlərin məlumatlarının ümumiləşdirilməsinin forma və 

metodları; 

-

   mühasibat uçotunun məlumatları əsasında dövrü mühasibat hesabatının 



hazırlanması qaydası; 

-

  uçotun aparılmasında və hesabatın hazırlanmasında hesablama texnikası 



vasitələrinin rolu və yeri 

-

  səhvin baş verməsi, yaxud mühasibat uçotunun yüksək səviyyədə təhrif 



olunması riskində uçotun tənqidi sahəsi; 

-

  uçot sisteminin ayrı-ayrı sahələrində nəzərdə tutulan nəzarət sistemi. 



Auditor yoxlamasının planlaşdırılması və bilavasitə aparılması gedişində 

auditor yoxladığı iqtisadi subyektin mühasibat uçotu sistemini mütləq başa 

düşməlidir. Auditor yoxlamasının gedişində auditor təşkilati-iqtisadi subyektin 

mühasibat uçotu sisteminin təşkilinin mövcud normativ sənədlərə uyğunluğunu 

yoxlamalı, aşkar edilən nöqsan halları auditorun isçi sənədində əks etdirməlidir. 

Nəzərə almaq lazımdır ki, əgər təsərrüfat əməliyyatlarının qeydə alınması 




 

51 


 

gedişində asağıdakı tələblər yerinə yetirilərsə, onda iqtisadi subyektin mühasibat 

uçotu sistemini effektiv hesab etmək olar: 

-

  uçotda əməliyyatlar onların həyata keçirilməsi müddətini düzgün əks 



etdirirlər; 

-

  uçotda əməliyyatlar düzgün məbləğdə qeyd olunur; 



-

  əməliyyatlar mövcud normativlərə və uçot siyasətinə uygun olaraq 

mühasibat uçotu hesablarında düzgün əks etdirilir; 

-

 uçot və hesabat üçün mühüm əhəmiyyət kəsb edən əməliyyatların detalları 



qeyd edilir; 

-

  sui-istifadə hallarının baş verməsi imkanları məhduddur. 



Auditor yoxlaması gedişində təsərrüfat subyektinin mühasibat uçotunun 

təşkili və aparılmasına aid daxili sənədlərlə tanış olmaq lazımdır. Yoxlamanın 

nəticəsinə görə auditor daxili reqlamentlər haqqında nəticə çıxarır və onların 

təkmilləşdirilməsinə dair əsaslandırılmış təkliflər verir. 

Mühasibat uçotunun normativ tənzimlənməsi sisteminin dörd səviyyəsi 

vardır. Bunlardan iqtisadi subyekt üçün ən əhəmiyyətlisi dördüncü (aşağı) 

səviyyədir, hansıki özünə metodiki, texniki və təşkilati aspektlərdə uçot siyasətini 

daxil  edir.  Uçot  siyasəti  mühasibat  uçotunun  aparılması  üsullarının:  ilkin 

müsahidə,  dəyər  ölçülməsi  təsərrüfat  fəaliyyəti  faktlarının  cari  qruplaşdırma  və 

yekun  ümumiləşdirilməsi  məcmusunu  müəyyənləşdirir.  Uçot  siyasətinə  riayət 

olunmasının  yoxlanılması  auditor  yoxlamasının  bütün  qalan  mərhələlərini 

qabaqlamalıdır. 

Uçot siyasətinin əsas vəziyyəti müxtəlif auditor sənədlərinə, hər şeydən əvvəl, 

auditor  fəaliyyətinin  qaydasına  (standartına)  toxunur,  hansındakı  uçot  siyasətinə 

birbaşa istinad olur. Belə istinadlar, məsələn “Auditin planlaşdırılması”, “Analitik 

prosedurlar”,  “Auditin  gedişində  mühasibat  uçotu  sisteminin  və  daxili  nəzarətin 

öyrənilməsi  və  qiymətləndirilməsi”  kimi  qaydalarda  (standartlarda)  olur. 

Auditorun vəzifəsi uçot siyasətinin elementlərini təhlil etmək və qiymətləndirmək 




 

52 


 

və  onu  rəyin  analitik  hissəsində  əks  etdirməkdən  ibarətdir.  Uçot  siyasətinin  əsas 

elementlərinə metodiki, texniki və təşkilati elementləri aid etmək olar. 

Metodiki elementlərə aiddir: 

-

   əsas fondların, qeyri-material aktivlərin, xüsusi geyimlərin və xüsusi 



inventarın amortizasiyası qaydası; 

-

  əvvəllər azqiymətli və tez aşınan əşyaların tərkibində hesablanan 



obyektlərin əsas vəsaitlərin və materialların tərkibinə daxil edilməsi qaydası; 

-

  istehsal ehtiyatlarının qiymətləndirilməsi; 



-

  hazır məhsulun qiymətləndirilməsi; 

-

  gələcək dövr məsrəflərinin silinməsi; 



-

  gələcək məsrəflərin və ödənişlərin ehtiyatının yaradılması; 

-

  istehsal xərclərinin qruplaşdırılması və silinməsi; 



-

  satışdan mənfəətin tanınması; 

-

  sübhəli borclar üzrə ehtiyatların və xüsusi təyinatlı fondların yaradılması. 



Texniki elementlərə aiddir: 

-

  işçi hesablar planı; 



-

  mühasibat uçotu forması; 

-

  əsas vəsaitlərin təmirinin uçotu; 



-

  əmtəə-material dəyərlərinin hərəkətinin analitik uçotu; 

-

  materialların silinməsi; 



-

  hazır məhsul buraxılışının uçotu; 

-

  istehsal xərclərinin və maya dəyərinin kalkulyasiyasının uçotu; 



-

  dolayısı məsrəflərin bölgüsü; 

-

  istehsal xərclərinin toplu uçotu; 



-

  inventarizasiyanın aparılması qaydası. 

Təskilati elementlərə aiddir: 

-

  mühasibat xidmətinin təşkilati forması; 



-

  bölmələrin ayrıca balansa ayrılması; 

-

  istehsaldaxili nəzarət. 




 

53 


 

Müəssisənin uçot siyasətində vergiqoyma məqsədi üçün vergi uçotunun 

aparılması qaydası müəyyən edilir. Vergiqoyma məqsədi üçün uçot siyasətinin 

auditi auditor təşkilatının ən önəmli vəzifəsi sayılır. Vergiqoymanın optimal 

sisteminin  yaradılması  üçün  uçot  siyasətinin  əsaslandırılmış  şəkildə  hazırlanması 

təklif edilir. 

Auditor uçot siyasətinin təsdiqlənməsi haqqında müəssisə rəhbərinin əmrinin 

(sərəncamının) olmasını yoxlayır. Müəssisənin təsdiq olunmuş uçot siyasəti onun 

yaradılması  günündən  ləğv  edildiyi  tarixədək  ardıcıllıq  prinsipinə  əsasən  tətbiq 

olunur. 


Bir qayda olaraq uçot siyasəti iki bölmədən ibarətdir: ümumi və xüsusi. 

Ümumi bölmədə təşkilati-texniki məsələlər, yəni vergi uçotunun aparılması 

qaydası, vergi uçotunun aparılması zamanı sənəd dövriyyəsinin qaydası, struktur 

bölmələrdə vergi uçotunun aparılması qaydası və məlumatların baş ofisə təqdim 

edilməsi  ilə  bağlı  məsələlər  əks  etdirilir.  Xüsusi  bölmədə  vergi  bazasının 

formalaşması qaydası göstərilir. 

Uçot siyasətinin auditində vergi uçotunun məlumatlarının formalaşmasının 

əsaslandırılması səviyyəsini yoxlamaq lazımdır. Vergi uçotunun məlumatlarının 

analitik uçotu vergi bazasının formalasması qaydasını açıqlamalıdır. Auditor üçün 

vergi uçotunun təsdiq olunmuş məlumatları aşağıdakılardır: 

-

  ilkin uçot sənədləri; 



-

   vergi uçotunun analitik reqistri; 

-

   vergi bazasının hesablanması 



Azərbaycan Respublikasının “Mühasibat uçotu haqqında” Qanununa uyğun 

olaraq təskilat tərəfindən aparılan bütün təsərrüfat əməliyyatları təsdiqləndirici 

sənədlərlə  tərtib  edilməlidir.  Bu  sənəd  mühasibat  uçotunun  aparılması  üçün  ilkin 

uçot sənədləri hesab edilir. 

Vergiqoyma məqsədi üçün qəbul olunmuş məsrəflərin əsaslandırılmasını 

yoxlayarkən auditor mühasibat uçotu məqsədi üçün istifadə olunan ilkin uçot 

sənədlərini qəbul edə bilər. Vergi uçotunu qurmaq üçün təşkilat vergi uçotunun 

analitik reqistrlər sistemindən istifadə etməlidir. 




 

54 


 

Müəssisənin mühasibat uçotunun və uçot siyasətinin təşkilinin auditor 

yoxlamasının nəticələrinə görə auditor rəyinin bölməsi kimi auditor şəhadətnaməsi 

tərtib  edilir.  Onda  mühasibat  uçotu  sistemilə  tanışlıq,  uçot  siyasətinin 

qiymətləndirilməsi,  mühasibat  uçotunun  və  sənəd  dövriyyəsinin  aparılması  və 

təşkili prinsipləri şərh edilir. 

Auditor mühasibat uçotunun aparılmasına və mühasibat hesabatının 

hazırlanmasına, uçotun aparılmasında və hesabatın hazırlanmasında iştirak edən 

işçilər arasında vəzifə və səlahiyyətlərin bölünməsinə görə məsuliyyət daşıyan 

bölmələrin təşkilati strukturunu təqdim edir. 

Auditor mühasibat uçotu reqistrlərində təsərrüfat əməliyyatlarının, mühasibat 

uçotunun  məlumatları  əsasında  dövrü  mühasibat  hesabatının  hazırlanması 

qaydasının,  məlumatların  ümumiləşdirilməsinin  forma  və  metodlarının  əks 

etdirilməsi qaydasını şərh etməlidir. 

 


Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin