digər cavabdehlik mərkəzinə (digər istehsal vahidinə) verilən məhsulların (işlərin,
edilməsini təmin edən istehsal məsrəflərinin əks etdirilməsi, eyni zamanda
xərclərin məhsul vahidinə aid edilməsi üsuludur. Kalkulyasiya edilmənin müxtəlif
Bununla yanaşı onlara aşağıdakı metodları daxil etmək olar: sadə, əlavə məhsula
düşən xərclərin çıxılması metodu, əmsal metodu, proporsional, birləşdirilmiş
metod. Onları tətbiq etməklə istehsal prosesinin xüsusiyyətləri, məhsul istehsalının
etmək mühümdür, ona görə ki, faktiki maya dəyəri məbləği bundan asılıdır.
56
Təşkil etmə işlərinin səmərəliliyi tətbiq edilən məsrəflərin uçotu və
məhsulların maya dəyərinin kalkulyasiya edilmə metodlarının əhəmiyyətli
dərəcədə öz vaxtında formalaşmasına səbəb olmuş maya dəyəri haqqında
informasiyalardan daha çox asılıdır.
İstehsalın texnoloji və təşkil etmə xüsusiyyətləri, istehsal dövrünün
uzunmüddətli olması, məhsulların miqdar və keyfiyyət xarakteristikası,
idarəetmənin məqsədləri mənfəət, qiymət, maya dəyəri kimi belə bir iqtisadi
vasitələrdən düzgün istifadə edilməsinə imkan yaradan istehsal məsrəflərinin uçotu
və məhsulların maya dəyərinin kalkulyasiya edilməsinin müxtəlif qəbulu
üsullarının əlaqələndirilməsini tələb edir. Bununla əlaqədar məhsulların maya
dəyəri haqqında dürüst məlumatlar almaq məqsədi ilə məsrəflərin uçotu və
məhsulların maya dəyərinin kalkulyasiya edilməsinin düzgün metodunu seçmək
lazımdır. Bu məsələlər elmi mübahisə doğurur.
Bir çox müəlliflər iqtisadi ədəbiyyatda məsrəflərin uçotu metodunu
məhsulların maya dəyərinin kalkulyasiya edilmə metodları ilə eyniləşdirirlər,
onların ümumqəbul olunmuş təsnifatı isə hələ işlənib hazırlanmamışdır.
İstehsalın müstəsnalığı və spesifikliyini, həmçinin məsrəflərin uçotu və
məhsulların maya dəyərinin kalkulyasiya edilməsi sahəsində toplanılmış təcrübəni
nəzərə alaraq məsrəflərin uçotu metodu və maya dəyərinin kalkulyasiya edilmə
metodu anlayışlarını məhdudlaşdırmaq lazımdır. Məsrəflərin uçotu metodu
dedikdə istehsala məsrəflərin analitik uçotu vasitələri məcmu, kalkulyasiya edilmə
dedikdə - kalkulyasiya edilmə obyektlərinin maya dəyərinin hesablanması qaydası
və üsulların məcmu başa düşülür.
Bununla əlaqədar müəssisələrdə məsrəflərin uçotu və məhsulların maya
dəyərinin kalkulyasiya edilməsi metodunun aşağıdakı təsnifatı təklif olunur.
Əvvəlki sualımızda bu metodlardan bəziləri ( Sadə, Normativ və Sifariş metodu)
tanış olduq. Kalkulyasiya metodlarının təkmilləşmiş istiqamətlərindən isə
aşağıdakıları nəzərdən keçirək.
Ə
Dostları ilə paylaş: