msal metodu məhsulların maya dəyərinin hesablanması üçün kənd
təsərrüfatı müəssisələrində tətbiq edilir. Bu metod o zaman tətbiq edilir ki,
məsrəflər bir obyekt üzrə uçota alınmış olsun və xərcləri bir neçə məhsul növləri
arasında bölüşdürmək lazım gəlsin . Bu o halda olur ki, məsrəflərin uçot obyektləri
kalkulyasiya obyektləri ilə uyğun gəlmir. Buna görə məsrəflərin bölüşdürülməsi
üçün əmsallar müəyyənləşdirilir və onun köməyi ilə alınan məhsullar şərti məhsula
çevrilir. Nəticədə şərti məhsulun, sonra isə natura şəklində olan məhsulların maya
dəyəri hesablanır.
Məhsulların maya dəyərinin kalkulyasiya edilməsinin proporsional metodu
o halda tətbiq edilir ki, nə zaman istehsaldan bir neçə növ məhsul alınır və həmin
məhsullar üçün əmsallar müəyyən edilmişdir. Bu halda məhsul növləri
arasında faktiki məsrəfləri bölüşdürmək üçün baza satış qiymətləri, tutduqları
sahə və s. ola bilər. Məsrəflər kalkulyasiya obyektləri arasında seçilmiş bazaya
proporsional olaraq bölüşdürülür.
Məhsulların maya dəyərinin kalkulyasiya edilməsinin yenidən bölüşdürmə
metodu kənd təsərrüfatı müəssisələrinin sənaye istehsalında tətbiq edilir. Burada
emal olunan xammal və materiallar ardıcıl olaraq bir neçə emal fazasından keçir.
Bu, süd emalında, şərab istehsalında, kərpic istehsalında və s.də müşahidə edilir.
İstehsala məsrəflərin uçotu üzrə analitik hesab yenidən hazırlanma üzrə açılır.
Xammal və materialların emalında texnologiyanın xüsusiyyətləri ilə əlaqədar
kalkulyasiyasının yenidən bölüşdürmə metodunun yarımfabrikat və yarımfabrikatı
olmayan variantları tətbiq edilir.
58
Yenidən bölüşdürmə metodunun yarımfabrikat variantı sonuncu istisna
olmaqla hər bir yenidən hazırlanmada tətbiq edilir. Yarımfabrikat variantı özündə
xammal emalının qurtarmış mərhələsini göstərir, nəticədə gələcəkdə istehsalda
istifadə etmək üçün və ya satış üçün hazırlanmış öz istehsalının yarımfabrikatları
alınır. Bu halda hər bir yenidən hazırlanmadan sonra yarımfabrikatların maya
dəyəri kalkulyasiya edilir ki, bu da müxtəlif mərhələlərdə onların emalı
yarımfabrikatların maya dəyərini aşkar etməyə imkan verir və bununla da
məhsulun maya dəyərinə daha aktiv nəzarəti təmin edilir.
Məhsulların maya dəyərinin kalkulyasiya edilməsinin yenidən bölüşdürmə
metodunun yarımfabrikatı olmayan variantda yalnız yenidən hazırlanma üzrə
məsrəflərin uçotu nəzərdə tutulur, hər bir yenidən hazırlamadan sonra
yarımfabrikatın maya dəyəri hesablanmır, ancaq hazır məhsulun maya dəyəri
hesablanır.
Dostları ilə paylaş: |