68
Nə ticə və Tə kliflə r
1. Maliyyə nəzarəti orqanlarının strukturlarında bilavasitə analitik xarakterli
tədqiqatlar və təhlillər gücləndirilməli, maliyyə pozuntularının və yayınmaların
səbəbləri, onların aradan qaldırılması yolları göstərilməlidir. Maliyyə nəzarəti
praktikasında onun səmərililik və keyfiyyət göstəricilərinə daha çox fikir
verilməlidir. Müxtəlif idarə tabeçiliyinə malik dövlət maliyyə nəzarəti orqanlarının
isində paralelçiliyi, təkrarçılığı aradan qaldırmaq məqsədilə Maliyyə Nazirliyi və
Hesablama Palatasının həmsədrliyi ilə Maliyyə nəzarəti orqanlarının
rəhbərlərindən ibarət idarələrarası şura yaradılması məqsədəuyğundur. Maliyyə
nəzarəti orqanlarının qarşılıqlı əlaqələrinin gücləndirilməsi məqsədilə regionlar
səviyyəsində bu qurumların bölmələri yaradılmalıdır.
2. Nəzarət orqanları özlərinin funksiyalarını həyata keçirmə prosesində və
onun nəticəsində vəzifəli şəxslərə qarşı təsir tədbirləri görmək imkanına malik
olmadıqda, yoxlama materiallarını digər instansiyalara verib nəticəsini gözləmək
məcburiyyətində qaldıqda, nəzarət fəaliyyətinin səmərəliliyi nəzərə çarpacaq qədər
azalır. Fikrimizcə, süründürməçiliklə üzləşməmək, aşkara çıxarılmış pozuntu və
çatısmazlıqların aradan qaldırılmasında operativliyi yüksəltmək üçün maliyyə
nəzarəti orqanlarının ən zəruri inzibati təsir və maddi sankisayalar tətbiq etmək
imkanları təmin olunmalıdır. Bu məqsədlə, istənilən dövlət idarəetmə orqanları
üçün ən başlıca funksiyası olan – səmərəlilik funksiyasını daha dolğun həyata
keçirmək üçün maliyyə nəzarəti sistemində ixtisaslaşmış xüsusi məhkəmə
qurumunun fəaliyyət göstərməsi məqsədəuyğun olardı. Bir sıra ölkələrin , o
cümlədən Çexiya, Cənubi Koreya, Çin, Malayziya və s. kimi ölkələrin təcrübəsi
belə yanaşmanın kifayət qədər rasional olduğunu göstərir.
3. Azərbaycanda auditin təskili sahəsində yerinə yetirilməsi vacib olan
tədbirlərdən biri də, respublikada fəaliyyət göstərən auditorlar arasında sağlam
rəqabət mühitinin yaradılmasıdır. Təcrübə göstərir ki, sifarisçilər auditor seçərkən
onun pesə səriştəliliyini, iş təcrübəsini və digər lazımi keyfiyyətlərini nəzərə almaq
əvəzinə auditorlardan hansının daha ucuz məbləğə audit aparacağını nəzərə alırlar
69
və onlarla müqavilə bağlayırlar. Auditorlar isə respublikada audit fəaliyyət
dairəsinin dar olduğunu, həm də qanunvericilikdə məcburi audit aparılması
nəzərdə tutulan təsərrüfat subyektlərinin sayı az olduğuna görə audit dəyəri barədə
sifarişçilərin təklifi ilə razılaşmaq məcburiyyətində qalırlar. Buna görə də
qanunvericilikdə audit aparılmasının minimum məbləği müəyyən olanmılıdır. Eyni
zamanda, sifarisçi auditora lazım olan şəraitin yaradılmasına məsuliyyət daşımalı,
yəni lazım olan sənədləri, registrləri və hesabatları auditora təqdim etməlidir və
həmin sənədlərin düzgünlüyünə məsuliyyət daşımalıdır.
4. Ölkəmizdə təşəkkül tapmış iqtisadi münasibətlərin xüsusiyyətləri və digər
amillər nəzərə alınmaqla, beynəlxalq aləmdə qəbul edilmiş ümumi prinsiplərə
əsaslanan, iqtisadiyyatımızın bütün sahələrini əhatə edən, sahibkarlığın inkişafına
mane olan əsassız müdaxilələrə yol verməmək şərti ilə dəqiq və müasir şəraitə
uyğun maliyyə nəzarəti sistemi yaradılmalıdır.Dünya təcrübəsi göstərir ki, dövlətin
maliyyə nəzarətinin səmərəliliyi nəzarət orqanlarının sayı ilə deyil, onların
koordinasiya olunmuş fəaliyyətinin düzgün təskil edilməsi ilə təmin edilə bilər.
Hazırda fəaliyyət göstərən nəzarət orqanlarının koordinasiya edilmiş fəaliyyətini
təmin etməklə, respublikada maliyyə nəzarətini tələb olunan səviyyədə həyata
keçirmək mümkündür. Bu məqsədlə hal-hazırda dövlət maliyyə nəzarətini
tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsi və sistemləşdirilməsini, nəzarət
sisteminin fəaliyyət dairələrinin dəqiqləşdirilməsi, onların səlahiyyətlərinin
bölüşdürülməsini özündə əks etdirən və beynəlxalq təcrübədə qəbul edilmiş ümumi
prinsiplərə əsaslanan - “Dövlət maliyyə nəzarəti haqqında” Azərbaycan
Resublikasının Qanunu qəbul edilməsi zəruridir.
5. Ölkə üzrə audit nəzarəti standartları hazırlanmalıdır. Audit nəzarəti
standartlarında nəzarətinin aparılmasının vahid norma və qaydaları müəyyən
edilməli, hesabat sənədlərinin dəqiq və aydın təsviri verilməli, bütün məlum
pozuntuların və normativ aktlardan kənarlasmaların formaları sadalanmalıdır. Bu
standartlarda həm hər bir nəzarət orqanın görməli oldugu işlər, həm də mütləq
yoxlanılmalı və aydınlaşdırılmalı olan məsələlər və ya suallar əks olunmalıdır.
6. Hesablama Palatasının fəaliyyətinin təhlili göstərir ki, bu qurumun
70
bütövlükdə dövlət maliyyə nəzarəti sistemində ali orqan kimi yer və mövqeyində
istər hüquqi müstəvidə, istərsə də metodiki təminat baxımından bəzi məsələlərin
həll olunmasına ehtiyac vardır. Məsələn, xarici və daxili nəzarət orqanlarının
səlahiyyətləri kifayət qədər ayrılmamısdır; bütövlükdə ölkə miqyasında vahid
maliyyə nəzarəti standartları formalaşmamışdır; dövlət maliyyə orqanlarının
təqdimat və göstəricilərinin baxılması və icra edilməsinin, həmçinin maliyyə
pzuntularına görə inzibati məsuliyyət sanksiyalarının reqlamentləşdirilmiş
qaydaları yoxdur. Bunun üçün ilk növbədə Hesablama Palatasının inzibati
pozuntulara qarşı konkret cəza qərarı çıxarmaq səlahiyyəti verilməlidir.
7. Maliyyə nəzarətinin səmərəliliyini və təsirliliyini artırmaq üçün mövcud
qanunvericiliyin, xüsusən xarici ölkələrin təcrübəsində öz səmərəliliyini sübut
etmiş aşağıdakı istiqamətlərdə hüquqi normaların təkmilləşdirilməsinə və
uyğunlaşdırılmasına ehtiyac vardır:
-
qeyri-qanuni əldə edilmis gəlirlərin üzə çıxarılmasını, dondurulmasını və
müsadirəsini asanlaşdıra biləcək bütün hüquqi vasitələrin möhkəmləndirilməsi;
-
mütəşəkkil cinayətkarlığa qarsı mübarizənin səmərəliliyini təmin etmək
üçün vergilər, əmanətlərin sirri barədə qanunlara yenidən baxılması, yaxud yeni
qanunlar qəbul edilməsi;
-
iqtisadi cinayətlərin istintaqına mane olmaması üçün bank sirri hesab edilən
hüquqi prinsiplərin dəqiqləşdirilməsi;
-
bəzi hərəkət növlərini, məsələn, cinayətkar təskilatlara maliyyə yardımı
göstərilməsini cinayətkar hərəkətlər hesab edən qanunvericilik müddəalarının
hazırlanması və qəbul edilməsi;
-
vəsaitlərin yerdəyisməsinə nəzarət üçün müvafiq səxslərə zəruri olan
sənədlərlə tanıs olmaq hüququ verilməsi;
- uydurma və saxta adlar altında hesablar açılmasını və istifadə olunmasını
hüquq pozuntusu hesab edən qanunvericilik müddəasının qəbul edilməsi.
8. Auditor şirkətlərinin və sərbəst auditorların mənafelərinin müdafiəsini
təmin etmək, auditor xidməti bazarında haqsız rəqabətin qarşısını almaq və
auditorların işinə sivil qaydada nəzarəti gücləndirmək məqsədilə respublika
71
ərazisində fəaliyyət göstərən bütün təsərrüfat subyektlərində auditor
yoxlamalarının optimal nisbətdə yerli və xarici auditor təşkilatları tərəfindən
aparılması prosesi qanunvericilik xarakteri normativ sənədlə tənzimlənməlidir.
Auditor təşkilatlarına və konkret auditorlara dövlət himayəsi gücləndirilməlidir. Bu
gün dünyada çox yayılan-müstəqil xarici auditlərin verdiyi rəylərin hər hansı
maliyyə nəzarəti orqanı tərəfindən təkrar yoxlanması və ya ekspertizası qanunla
məhdudlaşdırılmalı və müstəqil auditorların nüfuzunun artırılmasına yardım
edilməlidir.
9. Aparılan araşdırmalar nəticəsində Qanunvericiliyə uygun olaraq məcburi
auditin obyekti olan təsərrüfat subyektlərinin auditdən yayınması kütləvi xarakter
daşıdığı müəyyən edilmişdir. Aparılan təhlillərdən məlum olmuşdur ki,auditdən
yayınmanın əsas səbəbi bu növ qanun pozuntularına görə məsuliyyətin müəyyən
edilməsinə baxmayaraq cərimənin tətbiq edilməsi mexanizmi müəyyən
edilməməsidir. Göstərilənləri nəzərə alaraq bir sıra normativ hüquqi aktlara əlavə
və dəyişikliklərin olunması məqsədəuyğun olardı.
10. E-auditin tətbiqi sahəsində “Mühasibat uçotu haqqında” Azərbaycan
Respublikası Qanununa əlavə və dəyişikliklər edilməklə mühasibatlığın kağız
daşıyıcıları ilə yanaşı elektron formadada aparılması, eyni zamanda təqvim illəri
üzrə elektron faylların arxivləşdirilməsi qaydasının müəyyən edilməsi zəruridir.
İ Dostları ilə paylaş: |