Auditor mənfəətinin təyinatı üzrə istifadə olunmasını Azərbaycan Respublikasının
istifadəsi balansda ayrıca əks etdirilir. Balansın pasivində alınmış mənfəət və onun
avans olaraq istifadəsi, bölüşdürülməmiş mənfəət, balansın aktivində isə faktiki
alınmış zərər göstərilir. Balansın yekununa ancaq hesabat ilinin və keçmiş illərin
ödənilməmiş zərəri və bölüşdürülməmiş mənfəəti daxil edilir. Bütün bu prosseslər
nömrəli əmri ilə təsdiq edilmiş milli hesablar planına əsasən həyata keçirilir. Bu
maliyyə hesabatının səkkizinci - Mənfəətlər zərərlər bölməsində göstərilir. Həmin
48
mənfəətlərində
(zərərlərində) pay
Hesabat ilinin mənfəətinın həmin il ərzində istifadə olunması haqqında
məlumatları ümumiləşdirmək üçün mühasibat uçotu hesablar planında “Mənfəətin
istifadəsi” hesabı nəzərdə tutulmuşdur. Hesabat ilinin sonunda illik mühasibat
hesabının tərtib edilən dövrdə bu hesab bağlanır. Yəni “Mənfəətin istifadəsi”
hesabında toplanmış məbləğlər dekabr ayının sonunda həmin hesabın krediti üzrə
yekun yazılışları aparılmaqla “Mənfəət və zərər” hesabının debetinə silinir.
Auditor yoxlama apararkən əldə olunmuş mənfəətin istifadəsi ilə əlaqədar
olaraq Baş Kitabda, jurnal-orderlərdə, digər mühasibat uçotu yazılışlarında olan
informasiyaları araşdırıb, təhlil etməklə yanaşı “Maliyyə nəticələri və onların
istifadəsi haqqında hesabat” göstəricilərindən istifadə etməlidir. Xüsusilə mənfə-
ətdən büdcəyə ayırmalardan sonra ehtiyat kapital və fondlarına, yığının fonduna,
isıehlak fonduna xeyriyyə məqsədlərinə və digər məqsədlərə ayırmaların mövcud
qanunvericiliyə uyğun müəyyən olunmasına diqqət verilməlidir.
Nəzərə alınmalıdır ki, büdcəyə vergilərlə əlaqədar olan ödəmələrin tə’min
etdikdən sonra qalan mənfəət məbləğinin, əgər təsisedici sənədlərdə digər
ayırmalar nəzərdə tutulmamışsa, müəssisələr mənfəətin istifadə olunması təyinatını
özləri müəyyən ediriər.
Hesabat ilinin bölüşdürülməmiş mənfəətinin məbləği “Mənfəət və zərər”
hesabı ilə müxbirləşdirilməklə, dekabrın yekun dövrüyyələri ilə “Bölüşdürülməmiş
mənfəət (ödənilməmiş zərər)” hesabının kreditinə sliinir. Hesabat ilinin zərər
məbləği “Mənfəət və zərər” hesabı ilə müxbirləşdirilməklə, dekabrın yekun
dövrüyyələri ilə “Böiüşdürülmüş mənfəət (ödənilməmiş zərər)” hesabının debetinə
silinir.
49
Auditor mənfəətin təyinatı üzrə istifadə olunmasının yoxlayarkən müəssisənin
mənfəətinin istifadə olunması, onun zərələrinin bərpa olunması mənbələri,
mənfəətin istifadəsində mülkiyyət sahiblərinin qərarlarının olması və həmin
göstəricilərin mühasibat uçotu yazılışlarda düzgün əks olunmasına da diqqət
verilməlidir.
Dostları ilə paylaş: