Microsoft Word Dissertasiya M?h?mm?dli Nicat docx



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə27/29
tarix02.01.2022
ölçüsü0,5 Mb.
#46508
1   ...   21   22   23   24   25   26   27   28   29
mahammadi nicat

Məhsulların  maya  dəyərinin  kalkulyasiyasının  birləşdirmə  metodunda 

bir neçə metodun istifadəsi nəzərdə tutulur. 

İstehsala  məsrəflərin  uçotunun  və  məhsulların  maya  dəyərinin  kalkulyasiya 

edilməsinin bu və ya digər metodunun düzgün tətbiq edilməsi idarəetmə heyətinə 

məhsulların  (işlərin,  xidmətlərin)  maya  dəyəri  haqqında  öz  vaxtında  obyektiv 

informasiya almağa imkan verir. 

 

 

 



3.3 Müəssisənin maliyyə nəticələrinin auditinin təkmilləşdirilməsi 

Müəsisədə maliyyə təsərrüfat fəaliyyətinə nəzarət hazırda mövcud olan 

bazar iqtisadiyyatının tələblərinə cavab vermir. Belə ki nəzarət orqanları inzibati 

amillərin idarə sistemində yaradılmışdır və onun strukturu və funksiyaları bu 

sistemin tələblərinə maksimum surətdə uyğunlaşdırılmışdır. Nəzarət təftiş işinin 

müasir vəziyyəti bir çox çatışmayan cəhətlərə malikdir ki, bunlar da maliyyə 

nəzarətinin  vahid  sisteminin  olmaması  və  nəzarət  orqanlarının  təşkilati 

strukturunun metodik təhcizatın qeyri mükəmməlliyi ilə bağlıdır. Məlumdur ki, 




 

59 


 

ölkəmizdə mərkəzləşdirilmiş planlaşdırma sistemindən irəli gələn maliyyə 

nəzarətinin strukturu son vaxtlara qədər dövlət idarə əlaməti üzrə təşkil olunurdu. 

İdarə  nəzarət  sistemində  qadağan  təşəbbüsün,  işgüzarlığın  qarşısının  alınması  öz 

fəaliyyətinin  yalnız  alınmış  göstərişlərin  yerinə  yetrilməsinin  yoxlanılmasından 

qapanması kimi istiqamətlər üstünlük təşkil edir.Buna görə də dövlət idarə nəzarəti 

qeyri  qənaətbəxş  işləyirdi  və  bugün  də  artmağa  meyli  olan  ağırlıq,  israfçılıq  və 

müəsisələrdəki digər sui istifadə hallarını doğuran amillərin aradan qaldırılmasına 

zəif  təsir  göstərirdi.  Müəsisələrin  daimi  fəhlə  və  xalq  nəzarəti  altında  olmalarına 

baxmayaraq ilkin həlqələrdə itkilər, zərərlər, qeyri məhsuldar xərclər sürətlə artdı. 

Bazar  iqtisadiyyatı  şəraitində  sayı  xeyli  artan  konsernlər,  assosasiyalar,  birlikər, 

səhmdar,  icarə  birgə  müəsisələr  üçün  də  dövlət  idarə  maliyyə  nəzarəti 

yolverilməzdir.  Ölkəmizdə  məhz  dövlət  idarə  strukturlarına  daxil  olmayan  və 

müxtəlif  mülkiyyət  formalarına  əsaslanan,  iqtisadi  cəhətdən  müstəqil  olan 

müəsisələrin  yaradılması  beynəlxalq  təcrübədə  çoxdan  və  geniş  şəkildə  istifadə 

olunan  sərbəst  xarici  maliyyə  nəzarətinin  auditin  təşkili  üçün  obyektiv  sərait 

yaradır. 

Bazar iqtisadiyyatı şəraitində idarə (metodunun) nəzarəti daxilində yalnız 

dövlət mülkiyyətində olan müəsisələr və büdcə təşkilatları qalacaqdır və yeni 

mülkiyyət formaları inkişaf etdikcə, müəsisələrin müstəqilliyi genişləndikcə onun 

fəaliyyəti azalacaq və sərbəst xarici maliyyə nəzarəti ilə əvəz olunacaqdır. 

Auditor nəzarətinin mahiyyətini aydınlaşdırmazdan əvvəl bazar 

iqtisadiyyatı  əməllərinin  təsəkkül  tapdığı  xarici  ölkələrin  təcrübəsinə  müraciət 

edək. Belə ki, bu ölkələrdə strateji və cari nəzarət bu maliyyənin strateji idarə 

edilməsinin  əsası  kimi  nəzərdən  keçrilir.  Bu  əsasda  bazar  iqtisadiyyatı  şəraitində 

planlaşdırma və nəzarət arasındakı nisbətə baxaq. 

ABŞ aparıcı mütəxəsislərinin fikrincə strateji idarəetmə sahəsində nəzarət 

elə bir prosesdir ki, onun köməyi ilə kooperasiya rəhbərliyi bütün resursların 

səmərəli, qənaətlə və təşkilatın ümumi məqsədlərinə uyğun şəkildə əldə edilməsi 

və istifadəsinə əmin olmalıdır. 

Öz növbəsində maliyyə nəzarəti, onun (nəzarətin) maliyyə resurslarının 



 

60 


 

yaradılması, bölüşdürülməsi və istifadəsi ilə əlaqədar, maliyyə sahəsindəki strateji 

və  cari  məsələlərin  həlli  ilə  bağlı  olan  tərəflərdən  birinin  özündə  əks  etdirir. 

Maliyyənin  strateji  idarə  olunmasının  altsistemi  daxilində  maliyyə  nəzarətinin 

həyata  keçrilməsi  imkanı  müəsisələrin  funksional  büdcələri  və  maliyyə  ilə  təmin 

olunur.Burada  əks  olunan  göstəricilər  və  nisbətlər  maliyyə  sahəsində  strateji  və 

cari məsələlələrin, eləcə də onların səmərəli şəkildə həlli üçün zəruri olan sərtlərin 

spesifik  xarasteristikası  kimi  çıxış  edir.  Maliyyə  nəzarətinin  həyata  keçrilməsi, 

funksional  büdcələrin  və  maliyyə  planlarının  icrasının  nəticələrinin  həmin 

sənədlərdə  qeyd  olunan  tələblərlə  müqayisə  edilməsi  yolu  ilə  tənqidi  şəkildə 

qiymətləndirilməsini  və  əsassız  kənarlaşmalar  aşkar  edildikdə  təshihedici 

tədbirlərin yerinə yetrilməsini nəzərdə tutur. 

Strateji və cari maliyyə nəzarəti arasındakı nisbət onların maliyyənin strateji 

idarəedilməsinin altsistemindəki rolu ilə müəyyən olunur. Belə ki, strateji maliyyə 

nəzarəti  bütövlükdə  müəssisə  tərəfindən  maliyyə  strategiyasının  gözlənilməsinə 

yönəlmişdir  və  onun  obyektlərinə  strateji  büdcələrin  və  prespektiv  maliyyə 

planlarının yerinə yetrilməsinin nəticələri aiddir. 

Cari maliyyə nəzarəti isə bir qayda olaraq aralıq nəticələrin və müəsisələrin 

maliyyə fəaliyyətinin proqram istiqamətlərinin uzlaşdırılmasının təmin edilməsi 

lokal məsələlərini həll edir.  

Deməli maliyyə sahəsində strateji məsələlərin uğurla həll edilməsi bir çox 

cəhətlərdən cari maliyyə nəzarətinin səmərəli nəticələri ilə müəyyən olunur. 

Bununla əlaqədar olaraq onun həyata keçrilməsində adekvat şərtlərin təmin 

olunması və cari büdcələrdə müəyyən olunan nəzarət maliyyə göstəricilərinin 

seçilməsi mühüm əhəmiyyət kəsb edir. 

Amerika kooperasiyalarının təcrübəsində ayrı-ayrı bölmələrin büdcələri 

üzrə bu məsələ həmin bölmələrin fəaliyyətinin xarakteri və onlar arasında 

məsuliyyətin bölüşdürülməsinin müəyyənedici təsiri altında həll olunur.Bölmələrin 

(məsuliyyət  mərkəzlərinin)  beş  funksional  növü  və  buna  müvafiq  olaraq  onların 

fəaliyyətinə  nəzarət  etmək  üçün  istifadə  olunan  beş  qrup  maliyyə  göstəricisi  bir-

birindən fərqləndirilir.Birinci növə istehsal bölmələri aid edilir. Bunlara bəzən xərc 



 

61 


 

mərkəzləri  (standart  cost  centres)  də  adlandırırlar.Onlar  üçün  istehsal  olunan 

məhsulun bütün nomenklaturası üzrə material və əmək məsrəflərinin normativləri 

və  eləcə  də  əlavə  xərc  büdcəsi  müəyyən  olunur.  Əkinci  satış  bölmələri-  satış 

mərkəzləri (revenue centres) aid edilir. Onlar üçün əsas nəzarət göstəricisi satışın 

həcmidir.Onların maksimumlaşdırılması əvvəlcədən təsbit olunmuş qiymətlərin və 

satışın  ən  aşağı  həddi  ilə  və  resursların  həcmi  ilə  təyin  olunmalıdır  ki,  bunlar  da 

müvafiq bölmələrə verilir. 

Üçüncü növ- inzibati xidmətlər(dispresion mərkəzlər) (dispresion centres) 

aiddir.Onların  fəaliyyətinin  spesifikasıpraktik  olaraq,  xərclər  və  nəticələr 

arasındakı  nisbəti  müəyyən  etməyə  imkan  verir.Onların  büdcəsi  öz  çevikliyi  ilə 

fərqlənir,  bir  qayda  olaraq,  idarələrin  özləri  tərəfindən  müəyyən  olunur,  xidmət 

etmənin keyfiyyəti isə ekspert yolu ilə yoxlanır. 

Dördüncü növ-mənfəət mərkəzləri (profit centres) ən müxtəlif bölmələrin, 

məhsul istehsalı ilə məsğul olan müəssisələrdə isə praktiki olaraq hər seyi əhatə 

edir.Onlar üçün nəzarət göstəricisi hesablanma mənfəətindən ibarətdir.Bu göstərici 

mənfəətin  həddən  artıq  çevikliyini  kənar  edir  və  özündə  yalnız  müvafiq  bölmə 

tərəfindən nəzarət edilə bilən bölmələri cəmləyir. 

Bölmələrin  besinci  növü-investisiya  mərkəzlərindən  (invesment  centres) 

ibarətdir.  Onlar  maliyyə  fəaliyyəti  istifadə  olunan  resursların  həcmi  ilə 

əlaqələndirilmiş mənfəətin maksimumlaşdırılmasını nəzərdə tutur. Onların maliyyə 

fəaliyyətinin  əsas  göstəricisinə  (kapitala  qayıtma)  (return  on  investment)  və  ya 

istifadə olunmus kapitala vergini çıxmaqla düsən mənfəət aid edilir. 

Cari və strateji nəzarətin konkret vəzifələrinin həlli eləcə də müxtəlif 

səviyyəli funksional büdcələrin növ və formalarının səmərəliliyi ilə də təmin 

olunur.Bölmələrin büdcələri üçün onların üç əsas növü xarakterikdir. 

1. Xərclər üzərində ümumi nəzarət 

2. Xərclər üzərində çevik nəzarət 

3. Büdcə formaları və büdcələrin müəyyən modifikasiyasının nəzərə 

almaqla mənfəət satışın həcmi və kapitala qayıtma 




 

62 


 

1.Xərclərə  nəzarət  tipli  büdcələr  adətən  “xərc  mərkəzlərinə”  aid  edilir.Onlar 

bölmələrin maliyyə resurslarının sərt limitləsdirilməsini nəzərdə tutur. 

2.Xərclər üzərində çevik nəzarət tipli büdcələr diskrision xərc mərkəzlərinə 

aid edilir.əvvəlkindən fərqli olaraq bu tip büdcələr resursların əsaslandırılmış 

şəkildə artıq xərclənməsinə yol verir. Ən nəhayət “satış mərkəzləri”, ”mənfəət 

mərkəzləri” və “investisiya mərkəzləri” üçün elə büdcələr xarakterikdir ki, onlarda 

əsas  nəzarət  və  stimullaşdırıcı  göstərici  mənfəətdən  ibarət  olsun.  Funksional 

proqramların  cari  və  strateji  büdcələri  adətən  mənfəət  və  zərərlərin  maliyyə 

resursların mənbələri və istifadə istiqamətləri balans şəklində islənib hazırlanır. Bu 

zaman strateji büdcələr funksional büdcələri, ardıcıl qarşılıqlı təsirini onlar isə öz 

növbəsində bölmələrin büdcələrinin qarşılıqlı təsirini əks etdirir. 

Artıq qeyd olundugu kimi bazar iqtisadiyyatı getdikcə genişlənir, ölkələr 

balansı artır, nəzarətin obyektləri çoxalır və ölkədə maliyyə göstəricilərinin əsası 

nəzarətdən başlayırdı.Bu məqsədlə də ölkələr artıq mülkiyyət formalarının 

yaradılması ilə əlaqədar yeni siyasət isləyib hazırlamağa məcbur olurdu ki, maliyyə 

nəzarətində  yaradılan  bu  yeni  istiqamət  müəsisələr,  büdcə  idarə  və  təşkilatları, 

səhmdar cəmiyyətləri və s. üçün əlverişli oldu. 

Qeyd etdiyimiz kimi, bazar münasibətlərinin inkişafı və mülkiyyətin 

səhmdar formasının yaradılması xarici maliyyə nəzarəti institutunun auditin 

yaradılmasını tələb edir ki, bu da yoxlanılan müəssisələrlə pullu müqavilə partnyor 

münasibətlərinə  əsaslanır.  Səhmdar  cəmiyyətlərin  inkişafı  ilə  auditor  nəzarətin 

yaradılması arasında birbaşa əlaqə vardır. Səhmdarların, dövlət vergi 

müfəttişliyinin, bankların və başqa təşkilatların səhmdar cəmiyyətinə etibarla 

yanaşması onun işində askarlığın olması ilə təmin olunur ki, buna da onların 

maliyyə fəaliyyətinin nəticələrini əks etdirən və nəsr olunan hesabat balanslarının 

reallığı  ilə  nail  olmaq  olar.Səhmdar  cəmiyyətlər  bu  sənədləri  nəsr  etdirməkdən, 

sadəcə  olaraq  mövcud  ola  bilməzlər  çünki  bazar  şəraitində  heç  kim  belə 

kampaniyanı  ciddi  qəbul  etməz.  Buna  görə  də  partnyorların,  isgüzar  əlaqələrin 

qurulmasında  böyük  rol  oynayan  etibarını  qazanmaq  üçün  səhmdar  cəmiyyət 

auditor  firmanın  xidmətlərinə  müraciət  edir.  Auditor  firma  keçrilmiş  ilkin  təftiş 



 

63 


 

əsasında  dərc  edilmiş  balansın  maddələrinin  doğruluğuna  zəmanət  verir  və 

səhmdar  cəmiyyətin  bazar  mövqelərinin  etibarlılığı  barədə  rəsmi  rəy  verir. 

Sahibkarlıq  fəaliyyətinin  bir  növü  kimi,  audit  özündə  müəssisələrin  maliyyə 

hesabatlarının yoxlanılması və bunlarda mühasibat uçotu, maliyyə vergi 

qanunvericiliyi, bank və sığorta işi sahəsindəki maliyyə təsərrüfat fəaliyyətinin 

nəticələrinin  düzgün  əks  etdirilməsi  üzrə  xidmətlər  sistemini  cəmləşdirir  və  

sahibkarlığın və dövlətin əmlak maraqlarının aktiv müdafiə olunmasına sərait 

yaradır. 

Auditor nəzarətinin əsas məqsədi təkcə müəssisələrin maliyyə  hesabatlarının 

vəziyyətinin  keyfiyyətcə  qiymətləndirilməsi  barədə  məlumatların  bütün  maraqlı 

olan  müəssisələr  sifarişçilərə,  sahibkarlara  təqdim  edilməsindən  deyil  həm  də 

düzgün  və  səmərəli  təşkilinə  praktiki  yardım  göstərilməsində  uçot  və  maliyyə 

müəssisələri üzrə məsləhət və tövsiyyələrin verilməsindən ibarətdir. 

Audit üç növə ayrılır. 

1. Təsərrüfat fəaliyyətinin auditi 

2. Qəbul olunmus tələblərə uygunlugun auditi 

3. Maliyyə hesabatlarının auditi 

1.Təsərrüfat  fəaliyyətinin  auditi  zamanı  bütün  müəssisələrin  iqtisadiyyatı  və 

ya  onun  hər  hansı  xüsusi  qeyd  olunmuş  bölməsi  müntəzəm  olaraq  təhlil  edilir. 

Onda auditin bu növü zamanı müəssisənin fəaliyyətinin səmərəliliyi 

qiymətləndirilir, onun yaxşılaşdırılması üçün təkliflər hazırlanır həmçinin xərclərin 

azaldılması, əmək məhsuldarlığının artması həyata keçrilən əməliyyatların iqtisadi 

səmərəliliyi hesabına əldə olunan ehtiyatlar askar olunur. 

2.Qəbul olunmuş tələblərə uyğun auditin auditi zamanı müəssisələrin 

maliyyə təsərrüfat fəaliyyəti, onun müəyyən olunması və qəbul olunmuş tələblərə, 

şərtlərə  və  qanunlara  uyğun  olması  məqsədilə  təhlil  olunur.  Auditin  aparılması 

üçün  təlabat  meyarı  kimi  müəssisənin  rəhbərliyi  tərəfindən  təyin  olunmuş  daxili 

nəzarət  qaydaları,  kreditorlar  tərəfindən  müəyyən  olunmuş  kreditləşdirmə 

qaydaları, dövlət normativ aktları və s. götürülə bilər. Belə auditin nəticələri barədə 

meyarı etmiş verə bilər. 



 

64 


 

3.Maliyyə hesabatlarının hesabdarlığının ümumi qaydalarına uyğun olaraq 

sənədlərin düzgünlüyünün yoxlanılması məqsədilə hesabatlarda əks olunmuş 

maliyyə göstəricilərinin dərin və ətraflı təhlili özündə birləşdirir. Maliyyə 

hesabdarlığı müəssisənin maliyyə vəziyyətini əks etdirdiyi üçün yoxlamanın 

nəticələri xarici auditorlar tərəfindən müəssisənin maliyyə imkanları mənfəətliliyin 

və inkişaf perspektivləri barədə məlumat məqsədilə maraqlı şəxslər və təşkilatlara 

təqdim olunur. Maliyyə hesabatlarına aşağıdakılar aiddir. 

1. Mühasibat balansı 

2. Mənfəət və zərərlər hesabı 

Səhmdar cəmiyyətin maliyyə hesabatlarının yoxlanılması zamanı onların 

ayrı-ayrı  maddələrinin müqayisəsi yolu ilə alınmış müxtəlif növ nisbi göstəricilər 

təhlil  olunur  belə  ki,  mütləq  göstəricilər  heç  də  həmisə  müəssisənin  maliyyə 

vəziyyəti  haqqında  əyani  təsəvvür  yaratmır.Bunlardan  qərb  müəssisələrinin 

təcrübəsində daha çox yayılmışlarını göstərək. 

Ax.c =Adöv-Öc 

Xali cari aktivlər dövriyyə aktivlərindən cari öhdəliklər çıxmaqla alınır. 

Məs: əgər 11 ildə Adöv=47.000 min man ,2012-ci ildə Adöv=52.000 min 

man  və  həmin  illərdə  uyğun  olaraq  22.100  min  man  və  21.100  min  man  olarsa 

onda  2011-cı  ildə  Ax.c(47.000-22.100=24900)  24.900  min  man  2012-ci  ildə 

Ax.c(52.000-21.100=30.900) 30.900 min man olar.Cari ildən keçən ilə nisbətən bu 

aktivlərin  6.000  min  man  (30.900-24.9000)  artması  şirkətin  gələcəkdə  inkişafı 

üçün zəmin yaradır. 

Balans təhlili zamanı auditor ödəmə əmsalını tapır. 

əö= Adöv/Öc 

Bu əmsal dövriyyə aktivlərinin cari borclara bölünməsi yolu ilə 

hesablanır.Cari aktivlərin və öhdəliklərin həddindən artıq aşağı olması onun 

göstərir ki, səhmdar cəmiyyət öz hesablarını ödəyərkən bir sıra çətinliklərlə üzləşə 

bilərlər,  həddindən  artıq  yüksək  nisbət  isə  şirkət  daxilində  cari  aktivlərin  qeyri 

qənaətcil istifadə olunmasını nəzərdə tutur. Sənaye müəssisələrində ödəmə əmsalı 

2:1 nisbəti daxilində normal hesab olunur.Bizim misalımızda bu əmsal 2008-2012-



 

65 


 

ci  illərdə  müvafiq  olaraq  2,1  və  2,4  təşkil  edir  ki,  bu  da  sirkətin  yüksək  tədiyyə 

qabiliyyətinin  olduğunu  göstərir.  Ona  görə  də  hər  bir  cari  aktivin  növünün  cari 

aktivlərin  ümumi  həcminin  hansı  hissəsini  təşkil  etdiyini  göstərən  cari  aktivlərin 

faizlə  tərkibini  müəyyən  etmək  lazımdır.Bütün  bu  qısamüddətli  öhdəliklər  il 

ərzində ödənirlər.Lakin bütün cari aktivləri nağd pula çevirmək olmur.  

 

Cari aktivlərin faizlə tərkibi 



Göstəricilər 

2008-ci il 

2012-ci il 

Nağd pul 

7.7 

2.4 


Ödənməli hesablar 

47.4 


48.7 

Əmtəə 


material 

ehtiyatları 

44.5 

48.9 


Yeku  

100 


100 

 

2012-ci ildən 2008-cı ilə nisbətən əmtəə-material ehtiyyatlarının 4,4% (48,9-



44,5) artması və nağd pulun 5,3%( 7,7-2,4) azalması onu göstərir ki, cari aktivlərin 

faizlə tərkibi verilmis müəssisənin xeyrinə dəyisməmisdir. Müəssisənin rəhbərliyi 

2012-ci ildə nagd pulun azaldılmasının səbəblərini diqqətlə təhlil etməli və düzgün 

nəticələr çıxartmalıdır. 

Bizim misalda 2008-2012-ci illərdə uyğun olaraq 24,500 min manat və 

30,000 min manat təşkil edir ki, bu da normal hal hesab edilir. Lakin bu göstərici 

sirkətin  kredit qabiliyyətini açmır,  ona görə  də  auditorların növbəti  addımı  likvid 

aktivlər ilə cari öhdəliklərin məbləğinin fərqi kimi hesablanan, xalis tez dövr edən 

aktivlərin (net quick assets) aşkarından ibarətdir. Səhmdar cəmiyyətinin dövriyyə 

aktivlərinin yoxlanılması zamanı audit əmtəə-material ehtiyyatlarına xüsusi diqqət 

ayırmalıdır.Onların  həcmi  müəssisənin  fəaliyyət  sahəsi  və  ilin  fəslindən  aslı  olan 

bir sıra amillərlə müəyyənləsir. 

Auditor  nəzarətin  həyata  keçrilməsi  zamanı  kapital  bazarında  səhmdar 

cəmiyyətin mövqeyini qiymətləndirmək üçün qiymətli kağızların uçot və təftişi 

mühüm əhəmiyyət kəsb edir. Öz xüsusi istiqrazlarını buraxan müəssisələr üçün 



 

66 


 

xüsusi auditor bu növ qiymətli kağızları maddi cəhətdən təmin edən aktivlərin 

ölçüsünü müəyyən edir, istiqrazların ödənilmə əmsalını yoxlayır. Bu əmsal 

istiqrazları ödəyən aktivlərin bu növ qiymətli kağızların məcmu nominal dəyərinə 

olan nisbət təyin olunur. 

ə i.ə=Ai.ə/Di 

İstiqrazların ödənilmə əmsalı, istiqrazları ödəyən aktivləri istiqrazların 

nominal dəyərinə nisbəti kimi hesablanır. 

Müəssisədə istiqrazların ödənilmə əmsalının hesablanması: 

Maddələrin adı 

2008 

2012 


Cəmi aktivlər 

55.300 


65.400 

Amortizasiya çıxmaqla qeyri maddi aktivlər 

300 

400 


Cəmi cari ehtiyatlar 

11.000 


9.000 

Istiqrazları ödəyən xalis maddi aktivlər 

44.000 

56.000 


Buraxılmış istiqrazların cəmi nominal dəyəri 

13.000 


13.000 

Istiqrazların ödəmə sayı 

3.385 

4.308 


 

Hesablamamız  göstərdi  ki,  müəssisənin  2008-cı  ildə  buraxılmış  nominal 

dəyəri 1manat olan hər bir istiqrazın dəyəri 3.385 manatdan aktivlərlə 2012-ci ildə 

isə dəyəri 4308 manatdan aktivlərlə təmin olunmusdur. Bu onu göstərir ki, 

istiqrazların alınmasının riski aşağıdır və bu qiymətli kağızlara vəsait qoyuluşunun 

etibarlılıq dərəcəsi yüksəkdir.  

Mənim bu misalım əsasən qərb ölkələrində ən çox yayılmış auditor yoxlaması 

işlərinə  uyğun  olaraq  ölkəmizdəki  müəssisə  timsalında  idi.  Qeyd  edim  ki,  həmin 

göstəricilərin dairəsi müəssisələrin xüsusiyyətləri yoxlamanın məqsədləri və s. aslı 

olaraq genişlənə bilər. 

Azərbaycan Respublikasında “Auditor Xidməti haqqında” qanun 1994-cü 

ildə təsdiq edildi.1995-ci ildə Auditorlar  Palatası yaradıldı. Bu illərdən etibarən 

təsərrüfat-maliyyə 

(müəssisələrin) 

fəaliyyətinin 

yoxlanılmasında 

auditor 

xidmətlərini  auditor  təşkilatları  və  sərbəst  auditorlar  yoxlamağa  basladı.  Bu  son 




 

67 


 

dövrlər  daxili  audit  haqqında  qanunun  çıxarılması  ölkəmizdə  nəzarət  sahəsində 

aparılan operativ tədbirlərin nə qədər irəlilədiyini göstərdi. 

Daxili audit dedikdə-firma daxilində və eyni zamanda filiallarda audit 

xidmətlərini  həyata  keçirərkən  firmanın  firmanın  mərkəzi  rəhbəri  kimi  fəaliyyət 

göstərir və firma rəhbərliyi səviyyəsində, filialın səviyyəsində fəaliyyət göstərən 

firmadaxili auditor tərəfindən aparılır. Onun vəzifələri aşağıdakı kimi qəbul 

olunub: 


-əllik hesabatların tərtibi zamanı mühasibat uçotu prinsip və qaydalarına 

riayət olunması 

-Kənar auditorların zəmanətlərini təsdiq etmək 

-Rəhbərlik  üçün  hazırlanan  məlumatların  dəqiqliyi,  etibarlıgı  və  s. 

yoxlanılması 

-Ləğv olunmuş vəsaitlərdən qənaət ehtiyyatının aşkarlanması 

-Firmanın təsərrüfat fəaliyyətinin səmərəliliyinin təyin edilməsi. 

Son dövrlərdə qeyr-dövlət maliyyəsində əsas prinsip kimi səmərəlilik ön 

planda durur ki, bu da audit yoxlaması zamanı əsas məsələdir. 

 Məs:  Ölkəmizdə  xarici  audit  haqda  qanunda  var  ki,  onun  özəlliyi 

aşağıdakılardan ibarətdir.O, xüsusi audit firması, vergi idarəsi idarə və müəssisələr 

ilə və s. banklar xarici  tərəfdaslarla səhmdar və sığorta  cəmiyyətləri ilə  bağlanan 

müqavilələr əsasında həyata keçrilir. 

Xarici auditorların əsas vəzifələri yoxlanılan obyektlərdə maliyyə 

hesabatlarının düzgünlüyünün təmini həmçinin təsərrüfat fəaliyyəti və kommersiya 

nəticələrinin yaxşılaşdırılması üçün tövsiyyələr işləyib hazırlamaqdan ibarətdir. 

Ümumiyyətlə  auditin  xidmət  sahəsi  olduqca  əhəmiyyətlidir  və  bu  sahədəki 

işçilər hər sahədə səmərəliliyin və düzgünlüyün olmasına fikir verməlidir. 




Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin