1.2
Müəssisənin maliyyə nəzarəti sistemində auditorun fəaliyyətinin
normativ-hüquqi bazası
Rəhbərlik tərəfindən müəssisə və təşkilatın maliyyə təsərrüfat fəaliyyətinə
gündəlik nəzarətin o cümlədən daxili auditin təşkili həm qanunvericilik həm də
digər normativ sənədlər səviyyəsində nizamlanıır.
Azərbaycan Respulikasında daxili audit bir sıra normativ aktlarla tənzimlənir
ki bunlardan da ən mühümü daxili “daxili audit haqqında” Azərbaycan
Respublikasının 2007-ci il 22 may tarixli qanunudu. 5 fəsil və 15 maddədən ibarət
olan bu qanun Azərbaycan Respublikasında təsərrüfat subyektlərinin idarə
edilməsinin səmərəliliyinin artırılması məqsədilə daxili audit xidmətinin təşkilinin
və həyata keçirilməsinin hüquqi əsaslarını daxili auditorların hüquq və vəzifələrini
müəyyən edir.
Qanuna görə, daxili audit dedikdə, təsərrüfat subyektinin fəaliyyətinin
inkişafına və səmərəliliyinin yüksəldilməsinə yönəldilmiş risklərin idarə olunması,
nəzarət və idarəetmənin səmərəliliyinin qiymətləndirilməsi və inkişafına sistemli
yanaşmaqla, təsərrüfat subyektinə öz məqsədlərinə nail olmaqda köməklik edən
obyektiv, təminatverici və məsləhətverici fəaliyyət başa düşülür. Daxili audit
xidməti isə təsərrüfat subyektində daxili audit fəaliyyətini həyata kemirən struktur
bölməsidir (audit komitəsi, departament, şöbə, bölmə, daxili auditor). Audit
Komitəsi, bu qanuna uyğun olaraq, təsərrüfat subyektində yaradılan, daxili audit
13
siyasətinin və strategiyasının hazırlanması, həyata keçirilməsi və auditor
nəzaərtinin təşkilinə məsul olan struktur bölməsidir, daxili audtor isə daxili audit
xidmətinin daxili auditi həyata keçirən əməkdaşı kimi başa düşülür.
Qanunun ikinci maddəsinə görə, “Daxili audit haqqında” qanun mülkiyyət və
təşkilati hüquqi formasından aslı olmayaraq, Azərbaycan Respublikasının
ərazisində fəaliyyət göstərən və məcburi auditin obyekti olan təsərrüfat
subyektlərinə şamil edilir. Digər təsərrüfat subyektləri bu qanunun müddialarına
könüllülük prinsipi əsasında tətbiq edə bilərlər.
Qanuna əsasən, təsərrüfat subyektində daxili audit xidmətinin yaradılmasına
məsul olan müvafiq idarəetmə orqanı:
-
Daxili audit xidmətinin rəhbərini və daxili auditorları (Audit Komitəsinin
üzvlərini) vəzifəyə təyin edir və vəzifədən azad edir
-
Daxili audit xidmətinin əsasnaməsini təsdiq edir.
-
Daxili audit planlarını, habelə daxili auditorların vəzifə bölgüsünü təsdiq
edir
-
Daxili audit siyasətini və strategiyasını müəyyən edir və həyata keçirilməsini
təmin edir.
-
Audit fəaliyyətinin həyata keçirilməsi üçün lazımi şərait yaradır
-
Daxili audit xidmətinin aşkar eetdiyi nöqsan və çatışmazlıqların aradan
qaldırılması üçün müvafiq tədbirlər görür
-
Daxili audit xidmətinin hesabatında verilmiş məqsədə uyğun təkliflərin
həyata keçirilməsilə bağlı qərarlar qəbul edir.
Qanunun dördüncü maddəsinə görə daxili audit xidmətinin vəzifələri
aşağıdakılardır:
-
Təsərrüfat subyektində müntəzəm və səmərəli fəaliyyətin təmin edilməsi,
məqsədlərə nail olmaq üçün risklərin idarə edilməsi, istənilən dəyişikliyə qısa
müddət ərzində münasibət bildirilməsi məqsədilə yaradılan daxili nəzarət
sisteminin səmərəliliyini və adekvatlığını müəyyən etmək
14
-
Mühasibat uçotu və maliyyə hesabatlarının düzgünlüyünü və etbarlılığını
yoxlamaq
-
Təsərrüfat subyektinin xərclərinin səmərəliliyini qiymətləndirmək
-
Təsərrüfat subyektinin ona tabe olan müəssisə və təşkilatıların (onun törəmə
təsərrüfat cəmiyyətlərinin) struktur bölmələrinin fəaliyyətinin normativ hüquqi
aktlara və təsdiq edilmiş fəaliyyət planına uyğunluğunu yoxlamaq
-
Ehtiyatlardan istifadənin səmərliliyi, düzgünlüyü, onlardan istifadəyə
nəzarəti və zərərdən mühafizə olunmanın yetərililiyini qiymətləndirmək
Audit Komitəsi isə bir qayda olaraq, ictimai əhəmiyyətli qurumlarda yaradılır
və aşağıdakı vəzifələri yerinə yetirir:
-
Təsərrüfat subyektində daxili audit siyasətini və strategiyasını müəyyən edir,
daxili audit planlarını təsdiq edir və daxili audit fəaliyyətinə nəzarət edir
-
Daxili audit xidmətinin rəhbəri və əməkdaşlarının vəzifə təlimatlarını,
proqramlarını, daxili audit hesabatlarını nəzarət sisteminin təkmilləşdirilməsinə
dair tövsiyələri təsdiq edir
-
Daxili nəzarət sisteminin yaradəılması və tətbiqinə, daxili nəzarətin və
risklərin idarə edilməsi sisteminin təkmilləşdirilməsinə dair müvafiq diarəetmə
orqanına təkliflər verir.
-
Kənar auditin təyin edilməsi ilə əlaqədar müvafiq idarəetmə orqanına
təkliflər verir
-
Təsərrüfat subyektlərinin icra orqanlarından kənar və daxili auditorlarının
daxili nəzarət sisteminə dair verdikləri tövsiyyələrin yerinə yetirilməsinin vəziyyəti
barədə məlumat əldə edir
-
Maliyyə risklərinin yüksək olduğu sahələri müəyyənləşdirir və təsərrüfat
subyektlərinin icra orqanları tərəfindən onların səmərəli idarə edilməsinə əminlik
əldə edir.
-
Kənar və daili auditin və ya digər yoxlamaların gedişində aşkar olunan
saxtakarlıq hallarını, nöqsan və çatışmazlıqları müzakirə edir və onların ardan
qaldırılması üçün müvafiq idarəetmə orqanına təkliflər verir.
15
-
Maliyyə hesabatlarına əhəmiyyətli dərəcədə təsir edə biləcək hüquqi
məsələləri nəzərdən keçirir və öz tövsiyyələrini verir
-
Müəssisənin illik və cari maliyyə hesabatlarının hazırlanması prossesinə və
nəticələrinə nəzarət edir
-
Daxili auditorların audit nəticəsində təqdim etdiyi tövsiyələrin müzakirəsini
təmin edir.
-
Təsərrüfat subyektinin müvafiq icra orqanlarını daxili auditorlar tərəfindən
təqdim olunmuş tövsiyələrin icrasına cəlb edir
Qanun təsbit edir ki, daxili audit xidməti özünün işinin planlaşdırılmasında,
daxili auditin aparılmasında və auditə bağlı hesabatların hazırlanmasında
müstəqildir. Daxili audit xidməti təsərrüfat subyektinin icra orqanlarının
səlahiyyətinə aid işlərə, habelə öz səlahiyyətlərinə aid olmayan proqram və
lahiyələrin hazırlanmasına və ya icrasına cəlb edilə bilməz. Eyni zamanda daxili
audit xidməti təsərrüfat subyektinin tabeli müəssisə və təşkilatlarında (onun törəmə
təsərrüfat cəmiyyətlərində) daxili nəzarət sisteminin təşkili işində məsləhət
xidmətləri göstərə bilər.
Qanunun altıncı maddəsinə görə daxili auditor aşağıdakı hüquqlara malikdir:
-
Təsərrüfat subyektinin fəaliyyətinin təhlilini aparmaq üçün elektron
məlumatlar da daxil olmaqla, pul vəsaitləri, daşınmaz əmlak, maddi aktivlər və s
barədə sənədləri tələb etmək
-
Maliyyə vəsaitlərindən səmərəli və təyinatı üzrə istifadə edilməsinn
düzgünlüyünü araşdırmaq
-
Auditin nəticəsinə dair rəy bildirmək
-
Zəruri hallarda təsərrüfat subyektinin vəzifəli şəxslərindən əlavə məlumatlar
və izahatlar almaq
-
Qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək
Qanuna əsasən daxili auditor daxili auditi təsərrüfat subyektinin müvafiq
idarəetmə orqanı və ya Audit Komitəsi tərəfindən təsdiq edilmiş iş planına uyğun
olaraq həyata keçirir. Bu zaman o, təsərrüfat subyektinin normal fəaliyyətinə mane
16
olmamalı, daxili audit fəaliyyəti ilə əlaqədar əldə etdiyi kommersiya sirri daşıyan
məlumatlardan sui-istifadə etməməli və məxfilik prnisipinə, habelə Azərbaycan
Respublikasının qanunvericiliyinə, daxili audit xidmətinin əsasnaməsinə,
beynəlxalq Daxili Auditorlar İnstitutu tərəfindən müəyyən edilmiş peşə
standartlarına, prinsiplərə, təlimatlara və qaydalara əməl etməlidir.
Daxili auditor öz vəzifələrinin icrası zamanı fəaliyyətinin qanunvericiliyə
uyğun olması üçün məhsuliyyət daşıyır. Məhz buna görə daxili auditor daxili audit
xidmətinin rəhbərinə və ya təsərrüfat subyektinin müvafiq idarəetmə orqanına
yazılı məlumat verməklə, səlahiyyətinə aid olmayan hər hansı tapşırığın icrasından
imtina etməlidir.
Daxili auditora dair qanunvericiliyin tələblərinə görə daxili auditor aliq
iqtisadi və ya hüquqi təhsilə və ya digər ixtisas üzrə ali təhsilə audit, yaxud
əlaqədar sahələrdə dördillik iş stajına malik olmalıdır. Məhkəmənin qanuni
qüvvəyə minmiş hökmü ilə maliyyə təsərrüfat sahəsində müəyyən vəzifələr tutma
və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilmiş və ya bu növ
cəza ilə bağlı məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər daxili auditor
vəzifəsini tuta bilməzlər. Həmçinin təsərrüfat subyektində şəxsi marağı, onun
təsisçisi və ya səhmdarı müvafiq idarəetmə orqanının üzvü ilə və ya mühasibat
hesabatlarının tərtib edilməsinə məhsuliyyət daşıya hər hansı şəxslə birbaşa
qohumluq əlaqəsi olduqda daxili auditorun həmin təsərrüfat subyektində audit
aparması qadağandır.
Qanunla daxili audit xidməti rəhbərinin vəzifələri və ona verilən tələblər
dəmüəyyən edilmişdir. O cümlədən daxili audit xidmətinin vəzifəsi aşağıdakılardır
-
Daxili auitorların fəaliyyəti ilə bağlı uzunmüddətli və illik inkişaf planlarını
hazılamaq və təsərrüfat subyektinin müvafiq idarəetmə orqanına təqdim etmək
-
Daxili auditlə bağlı hesabatın təsərrüfat subyektinin müvafiq idarəetmə
orqanına təqdim etmək
-
Audit zamanı aşkar edilmiş nöqsan və çatımazlıqların aradan qaldırılmasına
məsul olan şəxslər göstərilməklə, təsərrüfat subyektinin müvafiq idarəetmə
orqanına təkliflər vermək
17
-
Daxili auditorun müstəqilliyinə və ya obyektivliyinə müdaxilələr barədə
təsərrüfat subyektinin müvafiq idarəetmə orqanını məlumatlandırmaq
-
Daxili audit xidmətinin işinin təşkili üçün zəruri olan təşkilati-texniki
tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə müvafiq idarəetmə
orqanına müraciət etmək
-
Daxili auditin metodologiyasına əsasən təsərrüfat subyektlərində daxili audit
prosedurlarını müəyyən etmək
-
Daxili auditorların işinin keyfiyyətini qiymətləndirmək
-
Zəruri hallarda təsərrüfat subyektinin müvafiq idarəetmə orqanının razılığı
ilə təsərrüfat subyektinin digər əməkdaşlarını auditin aparılmasına cəlb etmək
-
Daxili audit xidmətinin fəaliyəti ilə bağlı illik hesabatı təsərrüfat subyektinin
müvafiq idarəetmə orqanına təqdim etmək.
Daxili audit xidmətinin rəhbəri ali iqtisadi və ya hüquqi təhsilə və müvafiq
ixtisas üzrə azı beş illik iş stajına, yüksək peşə hazırlığına və mənəvi-əxlaqi
keyfiyyətlərə malik olmalı, elmi-pedoqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla,
digər ödənişli fəaliyyət növləri ilə məşğul olmalıdır. Eyni zamanda məhkəmənin
qanuni qüvvəyə minmiş hökmü ilə maliyyə təsərrüfat səshəsində müəyyən
vəzifələr tutma və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum
edilmiş və ya bu bə ya digər cəza ilə bağlı məhkumluğu ödənilməmiş və ya
götürülməmiş şəxslər daxili audit xidmətinə rəhbərlik edə bilməzlər.
Qanuna görə daxili audit fəaliyyətinin dövlət tənzimləməsi Azərbaycan
Respublikasının müvafiq normativ hüquqi aktları əsasında həyata keçirilir.
Təsərrüfat subyektlərinin işə götürəni ilə daxili audit xidmətlərinin rəhbəri və
əməkdaşları arasında qarşılıqlı münasibətlər isə “Daxili audit haqqında” qanunla,
Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə və digər normativ hüquqi aktlarla
tənzimlənir.
Qanunun on üçüncü maddəsinə görə, daxili auitin özünütənzimləməsi onların
ictimai birliyi tərəfindən aşağıdakı qaydada həyata keçirilir.
-
Daxili audit xidmətinə fəaliyyəti ilə bağlı əməli köməklik göstərilməsi
18
-
Təsdiq edilmiş daxili audit prosedurlarına əməl edilməsi sahəs daxili audit
xidmətlərinə metodoloji yardım göstərilməsi
-
Daxili auditorlar üçün treninqlər və ixtisasartırma kurslarının təşkili üzrə
tədbirlərin həyata keçirilməsi
-
Daxili audit üzrə məsləhət xidmətinin göstərilməsi
-
Daxili audit xidmətləri üçün daxili audit proseduraları ilə bağlı təkliflərin
hazırlanması
-
Daxili Auditorlar İnstitutu tərəfindən təsdiq edilmiş daxili audit
standartlarının tətbiqinə dair qaydaların və şərhlərin hazırlanması.
“Daxili audit haqqında” Azərbaycan Respublikası qanununun tələblərinin
pozulmasına görə təqsirkar şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada
məsuliyyət daşıyırlar. Həmçinin, Qanunun mərhələlərlə tətbiqi nəzərdə tutulmuş və
tətbiq müddətlərini müəyyənləşdirmək Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə həvalə edilmişdir.
“Daxili audit haqqında” Azərbaycan Respublikası qanunundan əlavə, bir sıra
digər qanunvericilik aktlarında da daxili auditlə bağlı ayrı-ayrı məqamlar hüquqi
həllini tapmışdır. Bu baxımdan “banklar haqqında” Azərbaycan Respublikasının-
cü il yanvar tarixli qanunu xüsusi qeyd edilməlidir.
Qanunun 27-ci maddəsinə görə, hər bir bankda müstəil Audit Komitəsi və
daxili audit bölməsi fəaliyyət göstərməlidir. Audit Komitəsi bankların idarəetmə
strukturunun tərkib hissəsi sayılır və aşağıdakı səlahiyyətlərə malikdir:
-
Bankın audit siyasətini və strategiyasını müəyyən etmək
-
Daxili audit planlarını təsdiq etmək və audit bölməsinin fəaliyyətinə nəzarəti
həyata keçirmək
-
Kənar auditin təyin edilməsi ilə əlaqədar bankın səlahiyyətli idarəetmə
orqanlarına təkliflər vermək
-
Kənar auditlə birgə işi təşkil etmək, auditin nəticə və tövsiyyələrinin həyata
keçirilməsinə yardım etmək
19
-
Bankın idarəetmə orqanları ilə kənar auditorlar habelə nəzarət orqanları
arasında əlaqələr qurmaq
-
Daxili nəzarət sistemlərinin təkmilləşdirilməsinə dair səhmdarların ümumi
yığıncağına və Müşahidə Şurasına təkliflər vermək
-
Mərkəzi Bankın normativ xarakterli aktları ilə nəzərdə tutulmuş digər
səlahiyyətləri həyata keçirmək.
Bankın Audit Kmtiəsi üç nəfərdən az olmamaqla, tək sayda üzvlərdən ibarət
olur və bu üzvlər səhmdarların ümumi yığıncağı tərəfindən 4 ildən çox olmayan
müddətə təyin edilir.
“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2007-ci il 25
dekabr tarixli qanununa əsasən, sığorta fəaliyyətini həyata keçirmək üçün müvafiq
lisenziyaya malik olan hüquqi şəxsin-sığortaçının daxili audit xidməti İdarə Heyəti
ilə birlikdə sığortaçının daxili nəzarət və risklərin idarə edilməsi sistemlərinin
fəaliyyətinə nəzarəti həyata keçirir. Daxili audit xidməti Təftiş komissiyasının
nəzarəti altında fəaliyyət göstərir. Sığortaçının təftiş komissiyası, bir sıra digər
məsələlərlə yanaşı, həm də sığortaçının audit strategiyasını və siyasətini müəyyən
etmək, daxili audit planlarını təsdiq etmək, müstəqil auditorun təyin edilməsi ilə
bağlı sığortamının səlahiyyətli idarəetmə orqanlarına təkliflər vermək, daxili audit
xidmətinin iclasını çağırmaq səlahiyyətlərinə malikdir. Qanunun 37-ci maddəsinə
görə, sığortaçının Direktorlar Şurasının, İdarə Heyətinin və Təftiş Komissiyasının
üzvləri, baş mühasibi və aktuarisi kimi, daxili audit xidmətinin rəhbəri də
sığortaçının rəhbər işçisi hesab olunur. Sığortaçının rəhbər işçisi aşağıdakı
tələblərə cavab verməlidir:
-
Ali təhsilli olmalıdır
-
Direktorlar Şurasının, İdarə Heyətinin və Təftiş Komissiyasının üzvləri,
habelə daxili audit xidmətinin rəhbəri maliyyə sahəsində ən azı 3 il, yaxud sığorta
sektorunda ən azı 2 il iş təcrübəsinə malik olmalıdır.
-
Qanunvericiliklə müəyyən edilmiş qaydada müflis elan olunaraq məcburi
ləğv edilmiş hüquqi şəxsin ləğvi haqqında qərarın qəbul edildiyi tarixdən ən azı 12
20
ay əvvəlki dövrdə həmin hüquqi şəxsin Direktorlar Şurasının, İdarə
Heyətinin,Təftiş Komissiyasının və ya daxili audit xidmətinin üzvü yaxud baş
mühasibi olmamalıdır.
Bu tələb həmin hüquqi şəxsin qanunvericiliklə müəyyən edilmiş qaydada
müflis elan olunaraq məcburi ləğv haqqında qərarın qəbul edildiyi tarixdən
etibarən 5 il müddətinə tətbiq edilir. Sığortaçının daxili audit xidmətinin rəhbəri
Təftiş Komissiyasının təqdimatı ilə Direktorlar Şurası tərəfindən vəzifəyə təyin
olunur və vəzifədən azad edilir.
Dostları ilə paylaş: |