Tədqiqat işinin praktik əhəmiyyəti. əsas müddəalar və tövsiyələr daxili
audit xidmətinin düzgün və səmərəli təşkil edilməsinə, daxili audit kadrlarının elmi
7
və praktik biliklərini zənginləşdirməyə, daxili audit standartlarına tam riayət
etməyə istiqamətlənmişdir.
İş
in həcmi və strukturu. Ümumi həcmi 73 səhifə olan dissertasiya işi giriş,
üç fəsil, nəticə, ədəbiyyat siyahısından ibarətdir. istifadə edilmiş ədəbiyyat
göstərilmişdir.
1.1
Müəssisənin fəaliyyətində auditin rolu və vəzifələri
Müəssisə və təşkilatın uğurla fəaliyyət gösətrməsi, rentabellik səviyyəsinin
yüksəldilməsi, aktivlərin qorunub saxlanılması və artırılması üçün qurulmuş
idarəetmə mexanizmi lazımdır ki, onun da acib ünsürü qismində daxili audit çıxış
edir.
Geniş mənada daxili audit-qəbul edilmiş idarəetmə qərarlarının əsaslılığını və
səmərəliliyini qiymətləndirmək, kənarlaşmaları və əlverişli olmayan vəziyyətləri
aşkara çıxarmaq, müəssisə və təşkilatın fəaliyyətində risklərin aradan qaldırılması,
azaldılması və idarə olunması üzrə qərarların qəbul edilməsi üçün rəhbərliyi
vaxtında məlumatlandırmaq məqsədilə müəssisə və təşkilatın işinin müntəzəm
müşahidəsi və yoxlanılması sistemidir. Başqa sözlə desək, daxili audit elə bir əks-
əlaqə formasıdır mi, müəssisə və təşkilatın idarəetmə oraqanı idarə edilən obyektin
həqiqi vəziyyəti və idarəetmə qərarlarının həyata keçirilməsi barədə lazımi
8
məlumatları onun vasitəsilə əldə edir. Bu mənada daxili auditi əmlakın
mühafizəsinin, mühasibat yazılışlarının düzgünlüyünün və etibarlılığının,
əməliyyatların razılaşdırılmış qaydada və səmərəli həyata keçirilməsinin, qəbul
edilmiş qərarların rəhbərliyin siyasətinəuyğunluğunun təmin edilməsi məqsədilə
rəhbərlik tərəfindən müəyyən edilmi təhlükəsizlik tədbirlərinin kompleksi kimi
qiymətləndirmək olar.
Eyni zamanda, daxili audit tədricən yalnız nəzarət funksiyalarını yerinə
yetirməkdən əl çəkib getdikcə daha çox dərəcədə müəssisə və təşkilatın işinin
səmərəliliyini qiymətləndirmək üzrə qərarların qəbul edilməsi üçün informasiyanın
əldə edilməsinə istiqamətlənir. Başqa sözlə, daxili audit müasir anlamda nəzarət
xarakterli
vəzifələrdən
əlavə, iqtisadi təhlil, maliyyə strategiyasının
müəyyənləşdirilməsi, idarəetmə üzrə məsləhətlərin verilməsi məsələlərini də əhatə
edir. Yəni daxili audit maliyyə-mühasibat hesabatlarının təhlili və müəssisənin
idarə olunması üçün qərarlar qəbul etmək məqsədilə rəhbərliyə informasiyanın
təqdim olunması, təsərrüfat əməliyyatlarına dair uçotun düzgün aparılmasının və
hesabatların düzgün tərtib olunmasının yoxlanılması, kənar auditorlarla səmərəli
qarşılıqlı fəaliyyət, vergi və maliyyə məsələləri üzrə tövsiyyələrin verilməsi və
digər məsələləri əhatə edir. Heç də təsadüfi deyildir ki, “daxili audit haqqında”
Azərbaycan Respublikası Qanununun 4-cü maddəsində daxili auditin vəzifələrinə
aşağıdakılar aid edilmişdir:
-
Təsərrüfat subyektində müntəzəm və səmərəli fəaliyyətin təmin edilməsi,
məqsədlərə nail olmaq üçün risklərin idarə edilməsi, istənilən dəyişikliyə qısa
müddət ərzində münasibət bildirilməsi məqsədilə yaradılan daxili nəzarət
sisteminin səmərəliliyini və adekvatlığını müəyyən etmək
-
Mühasibat uçotu və maliyyə hesabatlarının düzgünlüyünü və etibarlığını
yoxlamaq
-
Təsərrüfat subyektinin xərclərinin səmərəliliyini qiymətləndirmək
-
Təsərrüfat subyektinin, ona tabe olan müəssisə və təşkilaların struktur
bölmələrinin fəaliyyətinin normativ hüquqi aktlara və təsdiq edilmiş fəaliyyət
planına uyğunluğunu yoxlamaq
9
-
Ehtiyatlardan istifadənin normativ hüquqi aktlara və təsdiq edilmiş fəaliyyət
planına uyğunluğunu yoxlamaq
-
Ehtiyatlardan istifadənin səmərəliliyi, düzgünlüyü, onlardan istifadəyə
nəzarəti və zərərdən mühafizə olunmanın yetərliliyini qiymətləndirmək
Göründüyü kimi, daxili audit müəssisə və təşkilatda şəffaf informasiya mühiti
yaratmaqla, onun fəaliyyətinin daha dərindən və əsaslı təhlilinə, beləliklə də daha
səmərəli fəaliyyət göstərməsinə zəmin yaradır.
Daxili auditə belə bir tərif vermək olar: daxili audit- bu, iqtisadi subyektdə,
daxili nəzarət sisteminin ayrı-ayrı tərkib hissələrinin fəaliyyətinin etibarlılığını və
səmərliliyini müəyyən etmək məqsədilə bu subyektin işinin yoxlanılması və
qiymətləndirilməsi üzrə onun idarəetmə orqanlarının mənafeyi naminə təşkil edilən
və daxili sənədlərlə tənzimlənən fəaliyyətidir. Daxili nəzarət sisteminin tərkib
hissələri dedikdə.adətən, təsərrüfat fəaliyyətinin nizamlı və səmərəli aparılması
üçün iqtisadi subyektin rəhbərliyi tərəfindən tətbiq edilən təşkilati tədbirlər,
metodika və proseduralar başa düşülür.
Daxili auditə artmaqda olan maraq bir sıra amillərlə şərtlənir. əvvəla, bu elə
əvəzsiz resurslardandır ki, ondan düzgün istifadə olunması təsərrüfat subyektinin
fəaliyyətinn səmərəliliyini yüksəldə bilər. Ikincisi, təsərrüfat subyektində
vəsilələrindən biri daxili auditin olduğu mükəmməl korporativ idarəetmənin
mövcudluğu müəssisə və təşkilatın investisiya cəlbediciliyini artırır. Üçüncüsü,
daxili audit təsərrüfat subyektinin mülkiyyətçilərinə imkan verir ki, müəssisə və
təşkilatda işlərin vəziyyəti barədə obyektiv informasiya əldə etmək imkanına malik
olsunlar. Digər tərəfdən, müəssisə və təşkilatda daxili auditin yaradılması zərurəti
həm də ondan irəli gəlir ki, ərazicə və ya təşkilati baxımından bir-birindən ayrı
fəaliyyət göstərən icraçılara nəzarət etmək üçün, istisnasız olaraq, nəzarət
funksiyalarının həvalə edildiyi xüsusi vəsilə tələb olunur.
Daxili auditin mahiyyətini başa düşmək üçün onun məqsəd və vəzifələrinin
müəyyən edilməsi mühüm əhəmiyyətə malikdir.
Daxili auditin məqsədi öz funskiyalarını daha səmərəli yerinə yetirməkdə
müəssisə və təşkilatın üzvlərinə kömək etmək, onun işində zəif olan həlqələri üzə
10
çıxarmaqdır. Daxili auditorlar təmsil etdikləri müəssisə və təşkilatda apardıqları
yoxlamaların nəticəsi olan təhlil məlumatları, qiymətləndirmələr, tövsiyələr və
digər zəruri məlumatlarla bu məqsədə xidmət edirlər.
Iqtisadi subyektin rəhbərliyi və mülkiyyətçiləri üçün daxili audit informasiya
və tövsiyə-məsləhət əhəmiyyəti kəsb edir, çünki o, iqtisadi subyektin fəaliyyətinin
optimallaşdırılmasına, onun menecmenti və rəhbərliyinin öz vəzifələrini yerinə
yetirməsinə kömək etməlidir. Daxili audit bu fəaliyyət barədə məlumat verir və
menecerlərin hesabatının düzgünlüyünü və etibarlılığını təsdiq edir. Daxili auditin
məlumatlarından istifadə edərək, rəhbərli operativ surətdə və vaxtlı vaxtında
müəssisə və təşkilatın daxilində zəruri dəyişikliklər həyata keçirə bilər.
Aşağıdakı sadalananlar daxili audit sisteminin məqsədlərinin tam siyahısı
hesab oluna bilər: (V.T.Novruzov Daxili audit 12-ci səh)
1.
Müəssisə və təşkilatın fəaliyyətinin qəbul edilmiş fəaliyyət xəttinə və
strategiyasına uyğunluğu
2.
Maliyyə-iqtisadi, bazar və hüquq nöqteyi nəzərindən müəssisə və
təşkilatın dayanıqlılığı
3.
Cari maliyyə-təsərrüfat fəaliyyətinin nizamlılığı və səmərəliliyi
4.
Müəssisə və təşkilatın əmlakının (dövriyyədənkənar aktivlərin və
dövriyyə vəsaitlərinin), o cümlədən idarəetmədə istifadə edilməsi üçün
sistemləşdirilmiş və ümumiləşdirilmiş məlumatların qorunub saxlanması
5.
Uğurlu rəhbərlik və səmərəli idarəetmə qərarlarının qəbul edilməsi
üçün ilkin sənədlərin tamlığının və dəqiqliyinin, ilkin informasiyanın keyfiyyətinin
lazımi səviyyəsinin təmin edilməsi
6.
Mühasibat uçotu sisteminin mövcudluq, tamlıq, riyazi dəqiqlik,
hesablar üzrə yazılışlar, formal həll, məlumatların hesabatda təqdim edilməsi və
açıqlanması kimi səmərəlilik göstəricilərinə nail olunması
7.
əmək məhsuldarlığının artırılması, istehsal və dövriyyə xərclərinin
aşağı salınması, fəaliyyətin maliyyə-iqtisadi nəticələrinin yaxşılaşdırılması
8.
resursların bütün növlərindən rasionallıqla və qənaətlə istifadə
olunması
11
9.
müdriyyət tərəfindən müəyyən edilmiş tələblərə, qayda və
prosedurlara-struktur bölmələri barədə əsasnamələrə, vəzifə təlimatlarına, davranış
qaydalarına, sənədləşdirmə və sənəd dövriyyəsi planlarına, əməyin təşkili
planlarına, uçot siyasəti barədə əmrə, digər əmr və sərəncamlara müəssisə və
təşkilatın vəzifəli şəxsləri və digər işçiləri tərəfindən riayət edilməsi.
10.
Qanunların və digər hüquqi-normativ aktların tələblərinə riayət
edilməsi
Daxili audit müəssisə və təşkilatda ən rəngarəng uzlaşdırmada daxili nəzarət
sisteminin ayrı-ayrı tərkib hissələrinə tətbiq oluna bilər. Onun həll etməli olduğu
vəzifələrin dairəsi hər bir müəssisə və təşkilatın ölçüsündən və fəaliyyətinin
xüsusiyyətlərindən aslıdır. Ona görə də konkret təsərrüfat subyekti sərbəst olaraq
daxili audit xidəmətlərinin vəzifələrini formalaşdırır bu xidmətin əməkdaşlarının
səlahiyyət və məhsuliyyət sahələrini tənzimləyir.
Daxili audtin başlıca vəzifəsi idarəetmənin bütün səviyyələrində müəssisə və
təşkilatın təsərrüfat fəaliyyətinin bütün növlərinin işinin səmərəliliyini təmin etmək
habelə müəssisə və təşkilatın onun mülkiyyətçilərinin qanuni əmlak maraqlarını
müdafiə etməkdir.
Daxili audit aşağıdakı vəzifələri həll edir:
-
Aktivlərin vəziyyətinə nəzarət və zərərlərə yol verilməsi
-
Sistemdaxili nəzarət prosedurlarının yerinə yetirilməsinin təsdiqlənməsi
-
Daxili nəzarət sisteminin fəaliyyətinin səmərəliliyinin təhlili və
informasiyanın işlənməsi
-
Idarə olunan informasiya sistemindən alınmış informasiyanın keyfiyyətinin
qiymətləndirilməsi
Daxili auditin vəzifələrini həm də təsərrüfat subyektinin fəaliyyətinin
fasiləsizliyi prinsipinə riayət olunmasının qiymətləndirilməsi baxımından
təsnifləşdirmək olar. Bu vəzifənin yerinə yetirilməsi prosesində daxili auditorlar
-
Müəssisə və təşkilatın maliyyə-təsərrüfat fəaliyyətinin maliyyə-iqtisadi
təhlilini aparırlar
12
-
Meydana çıxan mənfi əlamətləri təhlil edir və müəssisə və təşkilatın gələcək
fəaliyyətinə onların mümkün təsirini qiymətləndirirlər
-
Həmin əlamətləri doğuran səbəblər haqqında informasiya toplayırlar
-
Mənfi əlamətlərin və onların nəticələrinin aradan qaldırılması üzrə tövsiyələr
hazırlayırlar
-
Informasiyanın müəssisə və tşkilatın rəhbərliyinə və mülkiyyətçilərinə
çatdırırlar
-
Tövsiyələrin yerinə yetirilməsinə nəzarət edirlər
Dostları ilə paylaş: |