Tədqiqatın nəzəri-metodoloji əsasları. Tədqiqat işinin yerinə yetirilməsinin
nəzəri-metodoloji əsasları kimi iqtisad və audit üzrə elmi-praktik sahədə geniş
yayılmış üsul və yanaşmalar, beynəlxalq təcrübənin nəticələri, xarici və yerli alim,
mütəxəssislərin nəzəri və təcrübi araşdırmaları, həmçinin bu istiqamətdə
qanunvericilik və normativ hüquqi baza istifadə olunmuşdur.
Tədqiqatın elmi yeniliyi müasir daxili nəzarət forması olan daxili auditin
təşkili və aparılması ilə bağlı praktiki məsələlərin qoyuluşu, nəzəri cəhətdən
əsaslandırılması və həll edilməsindən ibarətdir. Tədqiqat prosesində elmi yenilik
sayıla biləcək aşağıdakı nəticələr əldə edilmişdir:
- daxili auditin mahiyyəti, məzmunu dəqiqləşdirilmiş və onun məqsədi
müəyyən olunmuşdur;
- təsərrüfat subyektlərdə daxili audit xidmətinin yaradılması prosesi sərh
edilmişdir;
- daxili auditin aparılması metodikası təklif edilmiş və tətbiqi mexanizmi
müəyyənləşdirilmişdir;
- daxili auditin təsərrüfat subyektlərinin daxili nəzarət sistemindəki yeri
müəyyən edilərək, onun keyfiyyətinin qiymətləndirilməsi sistemi araşıdırılmışdır;
- daxili audit üzrə planların hazırlanması və bu prosesdə riskin
qiymətləndirilməsinin əsasları müəyyən edilmişdir;
- daxili auditorların funksiya və vəzifələri müəyyənləşdirilmişdir;
Dostları ilə paylaş: |