Microsoft Word Sosial Psixologiya docx



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə23/283
tarix02.01.2022
ölçüsü1,94 Mb.
#46574
növüMühazirə
1   ...   19   20   21   22   23   24   25   26   ...   283
Sosial Psixologiya - Mühazirələr (az) 100521161548 051021211057-1

Dr.Musa’s Library
Facebook/Psixologiya Kitabları
13
“başsızdır”, “intizamsızdır”. Özün müstəqil olaraq müəyyən qanun-qayda yaratmaq iqtidarında 
deyildir. Ona görə də kütləyə mütləq rəhbər lazımdır. Həmin rəhbər kənardan gələrək kütlə 
içərisində qanun-qayda yaratmalıdır. 
Sosial psixologiyanın müstəqil elm sahəsi kimi təşəkkül tapmağa başladığı dövrdə sosial-
psixoloji hadisələrə yanaşmaqda iki təmayül diqqəti cəlb edir. Birincisi, Psixologiyadan sosial 
psixologiyaya  gedən  alimlər  (V.Vundt,  T.  Ribo) çalışmışlar  ki,  fərdi  empirik  psixologiyanı 
xalqın fövqəlfərdi, ruhun təzahürü olan ali psixi hadisələr (nitq, təfəkkür, şüur, özünüdərketmə) 
haqqında  məlumatlarla  zənginləşdirsinlər.  İkincisi,  Q.  Kont  və  Spenserin  sosiologiyasına 
istinad  edən  tədqiqatçılar  (  Lebon,  Q.  Tard,  N.  K.  Mixaylovski)  isə  çalışmışlar  ki,  ictimai 
hadisələri psixi hadisələrə müncər etsinlər  və həmin zəmində başa düşsünlər. Sonralar bu iki 
təmayül yaxınlaşmağa və qovüşmağa başlamışdı.  Sosial psixologiyanı ikinci dövrdə süürətlə 
inkişaf  etməyə  başlaması  elmi  və  ictimai  tərəqqi  ilə  bağlı  idi  və  dövrün  özünün  sosial 
tələblərindən nəşət edirdi. 
Bir  tərəfdən  sosiologiya  və  psixologiya  müstəqil  elm  kimi  formalaşır,  o  biri  tərəfdən 
sosologiyada  psixoloji  istiqamət,    psixologiyada  isə  sosoloji  istiqamət  yaranır  və  tədricən 
həmin istiqamətlərin bir-birinə yaxınlaşması meyli müşahidə olunur. Bununla yanaşı dilçilik, 
antropologiya,  etnoqrafiya,  arxeologiya  kimi  elmlərin  inkişafı  müəyyən  sosial-psixoloji 
problemlərin  həllini  tələb  edirdi.  Sosial  psixologiyanın  müstəqil  bir  elm  sahəsi  kimi 
formalaşması  dövrün  özünün  sosial  tələblərindən  nəşət  edirdi.  Kapitalizm  cəmiyyətində 
ictimai  münasibətlər  kəskin  antoqonist  xarakter  almışdı.  K.  Marks  və  F.  Engels  tərəfindən 
dialektik və tarixi materializmin yaradılması ilə ictimai fikir tarixində yeni mərhələ başlamışdı.  
Sosial-psixologiyanın birinci inkişaf mərhələsində olduğu kimi ikinci mərhələsində də 
onun paradiqmaları müxtəlif sosial-mədəni hadisələrdə və proseslərdə əks olunurdu. 
Azərbaycanda  sosial  psixologiyanın  ikinci  mərhələsi  bilavasitə  maarifçiliklə  bağlı 
olmuşdur. Azərbaycanda maarifçilik ictimai fikrin inkişafında önəmli rol oynamış, Azərbaycan 
fəlsəfəsi,  pedaqogikası,  ədəbiyyatı  kimi  sosial-psixologiyasının  inkişafına  da  özünəməxsus 
təsir göstərmişdir. Bu dövrdə müxtəlif bədii əsərlərdə, ilk növbədə, Cəlil Məmmədquluzadənin 
«Dəli yığıncağı» əsərində təsviri sosial psixologiya üçün səciyyəvi olan xüsusiyyətlər bütün 
aydınlığı  ilə  özünü  göstərir.  Cəlil  Məmmədquluzadə  maarifçi  idi  və  öz  yaradıcılığında 
maarifçilik ideyalarından bəhrələnirdi. O, Qori müəllimlər seminariyasında psixologiya elmini 
bilavasitə öyrənmişdi. Psixoloji təhlil onun əsərləri üçün səciyyəvi xüsusiyətdir.  
Sosial psixologiyanın ikinci dövrdə sürətlə inkişaf etməyə başlaması müxtəlif amillərlə 
elmi və ictimai tərəqqi ilə bağlı idi. Bir tərəfdən, sosiologiya və psixologiya müstəqil elm 
kimi fonnalaşır, o biri tərəfdən, sosiologiyada psixoloji istiqamət, psixologiyada isə bu və ya 



Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin