Microsoft Word Sosial Psixologiya docx



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə24/283
tarix02.01.2022
ölçüsü1,94 Mb.
#46574
növüMühazirə
1   ...   20   21   22   23   24   25   26   27   ...   283
Sosial Psixologiya - Mühazirələr (az) 100521161548 051021211057-1

Dr.Musa’s Library
Facebook/Psixologiya Kitabları
14
digər  dərəcədə  sosial-psixoloji  istiqamət  yaranır  və  tədricən  həmin  istiqamətlərin  bir-birinə 
yaxınlaşması meyli müşahidə olunurdu. Bununla yanaşı, dilçilik, antropologiya, etnoqrafiya, 
arxeologiya kimi elmlərin inkişafı müəyyən sosial-psixoloji problemlərin həllini tələb edirdi. 
Ən  başlıcası  isə  sosial-psixologiyanın  müstəqil  bir  elm  sahəsi  kimi  formalaşması  dövrün 
özünün sosial tələblərindən nəşət edirdi.  
4. Sosial psixologiyanın eksperimental elm kimi inkişafı (üçüncü dövr)  
 XX  əsrin  əvvəllərində  psixologiya  artıq  eksperimental  elm  kimi  inkişaf  edirdi.  Onun 
eksperimental  elm  kimi  bərqərar  olması  psixologiya  tarixinin  önəmli  hadisəsi  idi. 
Eksperimental  istiqamət  o  qədər  vüsət  kəsb  etmişdi  ki,  artıq  psixologiyanın  başqa-başqa 
sahələrinə, hər şeydən öncə sosial psixologiyaya da nüfuz etmişdir. Əsrin əvvəllərində sosial-
psixologiyada müxtəlif yönümlərdə eksperimental tədqiqatlar aparılırdı. Sosial-psixologiyanın 
eksperimental elm kimi inkişaf etməsinin elmi-nəzəri qaynaqları da vardı.  
Bəzi  müəlliflər  (S.Serjante,  M.Bityanova,  B.Parıgin)  sosial-psixologiyanın 
formalaşmasının 5 elmi mənbəni ayırd edirlər. Bunlar aşağıdakılardan ibarətdir:  
1. Platon, Aristotel, Ş.Monteske, T.Qobbs, C.Lokk, J.J.Russonun sosial-fəlsəfi təlimi;  
2. M.Latsarus, Q.Şteyntal, V.Vundtun antropoloji araşdınnaları;
 
3. Ç.Darvin və Q.Spenserin təkamül təlimi;  
4. O. Kont və E.Dürqeymin sosioloji baxışları;  
5. L.Feyerbax və Hegelin fəlsəfi görüşləri.  
Bu  mənbələr  sosial-psixologiyanın  metodoloji  paradiqmalarnın  formalaşmasında 
mühüm rol oynasa da, onun görünür, eksperimental elm kimi inkişafı bilavasitə psixologiya 
elminin iliyinə və qanına qədər eksperimental elmə çevrilməsi ilə bağlı olmuşdur.  
Sosial-psixologiyanın eksperimental elmə çevrilməsi prosesi iki əsaslı tarixi hadisə ilə 
əlamətdardır.  
1. XX əsrin 30-cu illərinə qədər sosial-psixoloji fikrin mərkəzi Avropa sayılırdı. Sosial 
psixologiyada bu illərdə ən önəmli tədqiqatlar Avropada, ilk növbədə, Almaniyada, Fransada 
və  b.  ölkələrdə  aparılırdı.  Lakin  30-cu  illərdən  başlayaraq  sosial-psixoloji  fikrin  episentri 
dəyişir:  Amerika  sosial-psixologiyanın  mərkəzinə  çevrilir.  Bəzi  müəlliflərin  fikrincə,  bu 
dövrdə Amerika ən populyar və mütərəqqi elmi-psixoloji paradiqmalarm vətəni idi.  
Amerikada  aparılan  sosial-psixoloji  tədqiqatlar,  ilk  növbədə,  Xotom  eksperimentləri 
praktik effektləri ilə seçilirdi və dünya psixologiyasında böyük əks-səda doğurmuşdu.  
Dünya  sosial-psixologiyasında  Amerika  sosial-psixologiyasının  rolu  günü-gündən 
artırdı. Beləliklə, sosial psixologiya Amerika tədqiqatları standartlarına, tədqiqat nəticələrinin 



Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin