Dr.Musa’s Library Facebook/Psixologiya Kitabları 12
İlk sosial-psixoloji nəzəriyyələrin Avropa ölkələrində yaranması da maraqlı idi. Xalq
psixologiyası alman, kütlə psixologiyası isə fransız və italyan alimləri tərəfindən
işlənilmişdir. Sosial davranış instinktləri nəzəriyyəsi isə sonralar Amerikada geniş yayılsa da,
o, ingilis alimi V.Mak-Dauqoll tərəfindən yaradılmışdır.
Beləliklə, ikinci dövrdə sosial psixologiya Avropa psixoloji fikir ənənələri çərçivəsində
inkişaf edirdi və onun coğrafiyası da bu xüsusiyyəti əks etdirirdi. Bu baxımdan, birincisi,
Almaniyada əmələ gəlib intişar tapan xalq psixologiyası; ikincisi, əsasən roman ölkələrində
(İtaliya və Fransada) inkişaf etmiş olan kütlə (xalq kütləsi) psixologiyası və üçüncüsü,
İngiltərədə meydana gələn davranış instinktləri haqqındakı nəzəriyyələr həmin dövrdə sosial
psixologiyanın əsas mənbələri hesab olunur.
V.Vundutun «Xalqların psixologiyası», Q.Tardın «Təqlidin qanunları», Q.Lebonun
«Xalq kütləsinin psixologiyası» əsərləri ikinci dövrün səlnaməsində önəmli yer tuturdu. Lakin
onların hamısı üçün bir cəhət səciyyəvi idi: bu əsərlərdə müəyyən sosial-psixoloji hadisələr
ayırd edilsə də onlar əslində ancaq təsvir edilirdi. Bu, hər şeydən əvvəl, onunla bağlı idi ki,
XIX əsrin ikinci yarısında xalqın yaxud irqin, kütlələrin, qrupun, qəhrəmanların psixologiyası
və sosial davranış instinktlərinin öyrənilməsinin başlıca yolu tarixi, etnoqrafik və antropoloji
materialları (adət-ənənələri, dil və ədəbiyyat materiallarını) təsvir etmək, abstrakt
mühakimələrlə təhlil etmək, ictimai həyat hadisələri barədə şəxsi təəssüratları ümumiləşdirmək
olmuşdur.
Sosial-psixoloji nəzəriyyələr içərisində diqqəti cəlb edən “Xalq psixologiyası” haqqında
mülahizələrdir. 1860’cı illərdə Latsarus və Şteyntal “Xalqların psixologiyası haqqında ilkin
mülahizələr” - adlı məqalələrində fərdlə cəmiyyət arasındakı münasibət məsələsinə toxunmuş
və bu münasibətin sosial-psixoloji məzmununu açmağa cəhd göstərmişlər. Müəlliflər görə
insan yalnız özünə bənzər varlıqlarla qarşılıqlı münasibətdə arzu etdiyiy kimi ola bilər, istədiyi
şəkildə davrana bilər. Yəni insan başqa insanlar içərisində onlarla qarşılıqlı əlaqə və
münasibətdə öz insani mahiyyətinə uyğun olaraq hərəkət edə bilər. Bu ideya sonralar
psixologiyanın atası hesab edilən V. Vundt tərəfindən “Xalqların psixologiyasına” aid geniş
material yığılmasına və şərh edilməsinə bir təkan olmuşdur.
Sosial psixologiyanın müstəqil bir bilik sahəsi kimi ayrılmasına bilavasitə təsir edən
başlıca amil sosioloqların XIX əsrin ortalarında eləcə də, əsrin sonunda meydana gələn əsərləri
olmuşdur. Bu cəhətdən Q.Tardın “Təqlidin qanunları” , Q. Lebonun “Xalq kütləsinin psixologiyası” kitablarını qeyd etmək olar. Həmin sosioloqlar cəmiyyətin həyatında iqtisadi
qanunların təsirini ya tam, ya da qismən inkar edərək bütün ictimai hadisələri psixoloji
hadisələr kimi izah etməyə çalışmışlar. Onların mülahizəsinə görə kütlə prinsip etbibarilə