Microsoft Word Sosial Psixologiya docx



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə30/283
tarix02.01.2022
ölçüsü1,94 Mb.
#46574
növüMühazirə
1   ...   26   27   28   29   30   31   32   33   ...   283
Sosial Psixologiya - Mühazirələr (az) 100521161548 051021211057-1

böhranın  tarixi  mənası”  əsərində  göstərirdi  ki,  yeni  cəmiyyət  yeni  insan  yaradacaqdır
Gələcək cəmiyyətdə psixologiya həqiqətən yeni insan haqqında elm olacaqdır. Yeni insanın 
psixologiyasının tədqiqi böyük tarixi vəzifədir.  
Biheviorizmin  -  tarixi  XIX  əsrin  sonu  -  XX  əsrin  əvvəllərində  Edvard  Tomdaykın 
(1874-1949) heyvanlar üzərində apardığı tədqiqatlarla başlayır. Lakin buna baxmayaraq həmin 
cərəyanın nəzəri lideri Con Uotson (1878-1958) hesab olunur.  
Con Uotsonun 1913-cü ildə «Psixoloji xəbərlər» jurnalında «Psixologiya: biheviorist 
onu necə görür» adlı məqaləsi nəşr edildi. Məqalədə «Stimul - reaksiya» - biheviorizmin 
əsas devizi kimi elan olundu və həmin cərəyanın başlıca ideyaları şərh edildi. Buna görə də 


Dr.Musa’s Library
Facebook/Psixologiya Kitabları
17
sonralar həmin məqaləni «biheviorizmin manifesti» adlandırdılar.  
Biheviorizmin  əsas  müddəaları  aşağıdakılardan  ibarətdir:  (1)  psixologiya  guya  şüuru 
deyil, davranışı öyrənməlidir (cərəyanın adı da buradan əmələ gəlmişdir, ingiliscə: behavior 
davranış  deməkdir).  (2)  Psixologiyanın  əsas  vəzifəsi  yalnız  müxtəlif  şəraitdə  davranışın 
qanunauyğunluqlarını, qıcıqla orqanizmin cavab hərəkətləri arasındakı asılılığı öyrənməkdən 
ibarətdir. Bihevioristlərə görə davranış ancaq xarici stimullarla (S) şərtlənən sekretor və əzələ 
reaksiyalarından (R) təşkil olunmuşdur. (3) Davranışın təhlili ciddi surətdə obyektiv xarakter 
daşımalı  və  bütün  təbii  elmlərdə  olduğu  kimi,  zahirən  müşahidə  olunan  fenomenlərlə 
məhdudlaşmalıdır.  
Beləliklə, (4) biheviorizm stimul (S) və reaksiya (R) arasındakı əlaqəni davranışın vahidi 
kimi qəbul edir, sosial-psixoloji məsələləri də bu kontekstdə araşdırırdı. Onun əsas konseptual 
paradiqmaları  belədir:  davranış,  stimul,  reaksiya,  möhkəmləndirmə  (rəğbətləndirmə, 
cəzalandırma),  öyrənmə.  Bihevioral  sosial  psixologiyada  özünəməxsus  aktiv  təlim  və  qrup 
psixoterapiyası (ilk növbədə, vərdişlər və bacarıqlar qrupu) təcrübəsi əmələ gəlmişdir.  
Biheviorizmdə aşağıdakı sosial-psixoloji problemlər tədqiq olunmuşdur:  
1.  sosial aqressiya və onun determinantlan (N.Miller, D.Dollard, A.Bandura).  
2.  sosial öyrənmənin yollan və metodları (E.Tolmen, B. Skinner, A.Bandura).  
3.  şəxsiyyətlərarası qarşılıqlı təsirin texnologiyası və onu şərtləndirən amillər (Q.Kelli, 
C.Tiibo, X.Domans).  
Koqnitivizm.  Koqnitiv  (latınca  koqnition  -  bilik,  idrak  deməkdir)  psixologiya  50-ci 
illərin sonu və 60-cı illərin əvvəllərində əmələ gəlmişdir. Onun əsasını belə bir müddəa təşkil 
edir  ki,  psixoloji  proseslərin  cərəyanında  və  insan  davranışında  -  biliklər,  koqnitiv 

Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin