psixologiyaya giriş” və E. Rossun “Sosial psixologiya” dərsliklərinin nəşr olunduğunu
nəzərə alaraq birinci mərhələnin başlanma tarixini rəsmən həmin ildən hesablayırlar. Lakin bu
mərhələ əslində birinci dünya müharibəsindən sonrakı illərdən başlayır və 1945-ci ilə dək
davam edir.
II mərhələ - sosial psixologiyanın müasir inkişaf proseslərini əhatə edir. O, II dünya
müharibəsindən sonra başlayır və bir çox yeni xüsusiyyətlərlə xarakterizə olunur. Bu dövürdə
ilk sosial psixoloji tədqiqatlar aparılır və ilk sosial psixoloji nəzəriyyələr məsələn: Latsarus və
Q.Şteyntalın - “Xalqlar psixolgiyası”, Q. Lebon və S. Sigelenin - “Kütlə psixologiyası”, V.
Mak-Dauqqolun “Sosial davranış instinktləri” - nəzəriyyələri yaranır.