Microsoft Word Sosial Psixologiya docx



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə16/283
tarix02.01.2022
ölçüsü1,94 Mb.
#46574
növüMühazirə
1   ...   12   13   14   15   16   17   18   19   ...   283
Sosial Psixologiya - Mühazirələr (az) 100521161548 051021211057-1

Dr.Musa’s Library
Facebook/Psixologiya Kitabları
9
deyilsə, sanki qəlbi daha kövrək olur. Buna görə də onunla daha ehtiyatla, qayğı ilə davrananaq, 
fəaliyyət prosesində, münasibətlər sistemində bu cəhəti nəzərə almaq zərurəti meydana çıxır. 
İnsanların  ünsiyyət  sahəsinin  optimallaşdırılması,  ünsiyyət  mədəniyyətinin  yüksəldilməsi, 
kollektivdə  sağlam  psixoloji  iqlimin  yaradılması  və  s.  aktual  sosial-psixoloji  problemə 
çevrilir.  
Oktyabr inqilabından sonra sosial psixologiya elminə maraq artmağa başladı. Bu dövrdə 
insan  davranışı  haqqında  elmlər  sırasında  refleksologiya  aparıcı  rol  oynamağa  başladı. 
Refleksologiyanın əsasını məşhur rus psixonevroloqu və psixiatrı  V.M.Bexterev qoymuşdur 
ki, bu da əsrin 30-cu illərinə qədər hakim mövqe tutmuşdur. Refleksologiya psixologiyada təbii 
elmi  istiqamətdir.  Refleksologiya  sübut  etməyə  çalışırdı  ki,  elə  bir  istər,  şüurlu,  istərsə  də 
şüursuz fikir prosesi yoxdur ki , o gec-tez xaricən hərəkət və davranışda özünü büruzə verməsin. 
Refleksologiya insan davranışının keçici xüsusiyyətləri sırasında onun mimikasını, jestlərini, 
səsini,  nitqini  öyrənirdi.  Bexterev  insanı  fizioloji  fərd  kimi  başa  düşür  və  eyni  zamanda 
cəmiyyəti də fizioloji maşın kimi nəzərdən keçirirdi. O,1920-ci ildə yazmış olduğu “Kollektiv 
refleksologiya” əsərində kütlə psixologiyası qanunları ilə əsas təbii qanunları (ətalət qanununu,  
əks  təsir  qanununu,  bərabər  təsir  qanununu  və  s.)  eyniləşdirməyə  çalışır.  O  canlı  və  cansız 
təbiət  arasındakı  fərqi  şəxsiyyətin  strukturundakı bioloji  və  sosial  olanın  arasındakı  fərqləri 
silir. 
Bexterevin şəxsiyyətin və cəmiyətin inkişafının universal qanunlarını kəşf etmə cəhdləri 
boşa  çıxır  və  o  real  mövcud  olan    heç  bir    sosial  psixoloji  qanunauyğunluq  yarada  bilmir. 
Beləliklə 20-ci illərdə marksist sosial psixologiyanı yaratmaq refleksoloqlara nəsib olmadı. 
XX  əsrin məşhur pedaqoqlarından Vaxterev, Kapterev, Vansel və başqaları uşaqların 
qrup daxilindəki qarşılıqlı münasibətləri problemini öyrənib şərh etməyə çalışırdılar.  Əsrin 
20-30’cu  illərində  sosial  psixologiya  əsasən  uşaq,    məktəbli  kolektivlərində,  şəxsiyyətlə 
kollektiv arasındakı qarşılıqlı təsir problemini öyrənirdilər.  Bu dövrdə sosial psixologiyanın  
2 istiqaməti: biologizator və sosiologizator  
 
 
 
 
 
 
 
 



Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin