Microsoft Word Sosial Psixologiya docx


insanların  psixi  yükü  nəinki  artır



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə15/283
tarix02.01.2022
ölçüsü1,94 Mb.
#46574
növüMühazirə
1   ...   11   12   13   14   15   16   17   18   ...   283
Sosial Psixologiya - Mühazirələr (az) 100521161548 051021211057-1

insanların  psixi  yükü  nəinki  artır,  həm  də  onlar  arasındakı  münasibətlər  sürətlə  dəyişilir, 
yeni xüsusiyyətlər kəsb edir. Odur ki, müasir dövrdə ümumən insanın psixologiyasına deyil, 
ancaq onun münasibətlərinin xarakterinə nəzər salmaqla görmək olar ki, bu sahədəki meyl və 
istiqamətlər müxtəlifdir. İlk növbədə diqqəti cəlb edən cəhət odur ki, insanın bütün fəaliyyəti 
və həyat tərzi, onun insanlarla münasibətinin intensivliyi ciddi surətdə dəyişdiyi üçün onun 
psixi  fəaliyyətinin  sürəti,  ritmi  və  buna  müvafiq  olaraq  gərginliyi  artır.  Bu  şəraitdə  vaxt 
çatışmazlığı (qıtlığı) daha mühüm psixoloji məna kəsb edir. İnsanlar gərginliyi bu və ya digər 
dərəcədə azaltmaq məqsədilə davranış stereotiplərindən daha geniş istifadə etməyə başlayırlar. 
Ünsiyyət üçün texniki vasitələrdən istifadə etmək imkanları genişlənir, başqa sözlə, ünsiyyət 
daha artıq dərəcədə vasitəli əciyyə daşımağa başlayır. Adi telefonlar və mobil telefonlar, radio 
və televizor vasitəsilə ünsiyyət saxlamaq imkanlarının artması isə şəxsi görüşlərin, təmasların 
kəmiyyətini nisbətən azaldır. Bu da son nəticədə insanların bilavasitə ünsiyyət saxlamasını 
məhdudlaşdırır,  qohumlar,  dostlar,  hətta  qonşular  arasındakı  rabitələrin  də  zəifləməsi  ilə 
nəticələnir. Ölkənin necə deyərlər sosial-psixoloji xəritəsində bu kökdə ağrılı-acılı «ahıllar evi» 
əmələ gəlir.  
Müasir dövrdə insanların bir-biri haqqında məlumat almaq, ona bələd olmaq imkanları 
həddən ziyadə genişlənmişdir. Əgər bir zamanlar bu və ya digər adam barədə yalnız bilavasitə 
müşahidə yolu ilə məlumat alınırdısa, müasir insanlar tanıdıqları və bilavasitə tanımadıqları 
adamlar, insan qrupları haqqında belə müxtəlif kanallarla zəngin məlumat ala bilirlər; hətta 
bəzən həmin məlumatlar o qədər çox olur ki, onları seçmək, ümumiləşdirmək çətinlik törədir.  
Bundan başqa, şəxsiyyətin bilik dairəsi genişlənir, zehni kəskinləşir, mənəvi potensialı 
artır, tələbatı fərdiləşir, iddia səviyyəsi yüksəlir, özünüifadə meylləri həyati məna kəsb edir. 
Bu əsasda da onun idrakı və duyğusu həssaslaşır, necə deyərlər, ünsiyyət məkanda daha zəif 
dalğaları tutmağa, əks etdirməyə qabil olur, daha incə təsirlərdən ehtizaza gəlir. Xalq dili ilə 



Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin