Sosial Psixologiya - Mühazirələr (az) 100521161548 051021211057-1
Sosiologiya və psixologiya sosial psixologiyanın «ana fənnləri» kimi. Sosial psixologiyanm başqa elmlərlə qarşılıqlı əlaqəsindən danışarkən onun inkişafında
sosiologiya və psixologiyanm əhəmiyyətini xüsusi qeyd etmək lazımdır.
Sosial psixologiya iki elmin - psixologiya və sosiologiya elmlərinin qovşağında
formalaşmışdır. Elmi biliklərin inkişaf məntiqi baxımından bu, tamamilə qanunauyğun
hadisədir. Elmlərin differensiasiyası və inteqrasiyası üçün səciyəvi xüsusiyyətlərdən biri
ondan ibarətdir ki, iki, hətta üç elmin özünəməxsus sintezi zəminində yeni elm sahələri,
məsələn, biofızika, biokimya, biogeokimya və s. kimi elmlər yaranıb sürətlə inkişaf etməyə
başlayıb.
Sosial psixologiya da elmi biliklərin inkişafı üçün səciyyəvi olan həmin qanunauyğunluq
əsasında formalaşmışdır. Onun yaranmasında sosiologiya və psixologiya, necə deyərlər, ana
fənlər rolunu oynamışlar. Sosial psixologiyanın əsas nəzəri-metodoloji problemlərinin həlli
sosiologiya və psixologiya ilə bilavasitə əlaqədardır. Sosiologiya və psixologiya onun ideya
qaynaqlarını təşkil edir.
Sosial psixologiya nisbətən müstəqil və yeni bilik (elm) sahəsidir. Onun öz predmeti,
anlayış və kateqoriyaları, tədqiqat üsulları, aktual problemləri vardır. Bu mənada da o, istər
sosiologiyadan, istərsə də ümumi psixologiyadan və psixologiyanın ayrı-ayrı sahələrindən
fərqlənir. Lakin bununla belə, ana fənlərin - sosiologiya və psixologiya elmlərinin
xüsusiyyətlərini nəzərə almadan sosial psixologiyanın predmetini düzgün başa düşmək olmaz.
Sosiologiya – (1) ictimai münasibətlər sistemi kimi insan cəmiyyətinin, (2) ictimai-
iqtisadi formasiyaların strukmrunu və inkişafını tədqiq edir. O, (3) müxtəlif sosial sistemləri
kompleks şəkildə öyrənərək onların inkişaf və fəaliyyətinin qanunauyğunluqlarını müəyyən
edir.
Sosiologiya (4) hər hansı bir fərd deyil, müəyyən bir əlamət və xassəyə görə
qruplaşdırılmış fərdlər məcmusu (məsələn, 18-25 yaşlı gənclər, frezerçi fəhlələr, alim-
filoloqlar və .) maraqlandırır. Sosiologiya nəzəri sosiologiya və tətbiqi sosiologiya kimi iki