ümumi psixologiya adlandırırlar. Psixologiyanın metodoloji problemlərinin, nəzəri-tarixi
məsələlərinin, tədqiqat metodlarının və s. işlənilməsi onun vəzifələrinə daxildir. Ümumi psixologiya - psixi proseslərin (duyğu, qavrayış, hafizə, təfəkkür, iradə, hisslər və s.) psixi
halətlərin (dalğınlıq, inamsızlıq, şübhə və s.) və şəxsiyyətin psixi xassələrinin (temperament,
xarakter, qabiliyyətlər və s.) ən ümumi qanunauyğunluqlarını öyrənir.
Ümumi psixologiya obyektiv aləmlə, predmetlərlə insan arasındakı münasibətə daha
çox diqqət yetirir, insanın aləmi necə dərk etməsi və dəyişdirməsi, informasiyanı qəbul edib
yenidən işləməsi prosesinin daxili mexanizmini öyrənir. Başqa sözlə, ümumi psixologiyada ön
plana subyekt-obyekt münasibəti keçir. Sosial psixologiyada isə daha çox subyekt-subyekt
münasibəti tədqiq edilir. Əlbəttə, subyekt-subyekt münasibəti subyekt-obyekt münasibətinə də
ciddi təsir edir və bu halda subyekt-obyekt münasibəti də sosial-psixoloji məna kəsb edə bilir.
Amma bu məna yenə də vasitəli səciyyə daşıyır. Məhz buna görə də subyekt-subyekt
münasibəti sosial psixologiya üçün əsas məsələdir. Sosial-psixoloji baxımdan bu münasibətin
bütün tərəfləri deyil, daha çox fəaliyyət və ünsiyyət zəminində baş verən qarşılıqlı təsir cəhəti
həlledici əhəmiyyət kəsb edir.
Subyekt-subyekt - münasibətləri dinamik sistemdir. Subyekt-obyekt münasibət-lərinə
nisbətən onun parametrlərini müəyyənləşdirmək daha çətindir. Buna görə də həmin hadisələri
bir-biri ilə eyniləşdinnək olmaz. Onlardan hər birinin özünəməxsus xüsusiyyətləri vardır. Hər
bir elm isə öz predmetini məhz spesifik cəhətlərini aşkar etməyə, bununla da özünün elmi-
nəzəri və praktik əhəmiyyətini sübut etməyə çalışır.