Yeniyetmədə mənlik şüurunun formalaşması onun öz davranışını, özünün mənəvi
keyfiyyətlərini, xarakter və qabiliyyətlərini dərk etməsi ilə başlayır. İlk dövrlərdə
yeniytmənin mənlik şüurunun əsasını başqa adamların – yaşlıların (müəllim, valideyn və
qonşuların), kollektiv üzvlərinin, yoldaşlarının onun haqqındakı mülahizələri təşkil edir.
İlk gənclik yaşı– mənlik şüurunun yaranmasının tamamilə yeni mərhələsini təşkil
edir.
Müasir psixologiyada mənlik şüurunun formalaşması proseslərinin köklərini
araşdırarkən, birinci növbədə, körpə uşaqların özlərini güzgüdə tanıması məsələsinə
xüsusi diqqət yetirirlər. Körpə uşaq, doğurdan da güzgüdə və ya fotoşəkildə nə vaxt
tanımağa çalışır. Əgər 1 – 2 yaşlı uşağın güzgü qarşısında oturdub ondan: “Bu kimdir?”, -
deyə soruşsaq o, düzgün cavab verməyə də bilər. Adın mən şəxs əvəzliyi ilə
substantivləşməsi uşaqlarda mənlik şüurunun formalaşması, xüsusilə, onların şüurunda
əmələ gələn keyfiyyət dəyişikliklərinin tədricən öz əksini nitqində tapması baxımından
son dərəcə maraqlıdır. Bu yaş dövründə “Mən özüm” uşağın ən mühüm və başlıca
tələbinə çevrilir. Lakin yaşlılar uşağın bu tələbinə əhəmiyyət vermədikdə, o, şıltaqlıq və
tərslik etməyə başlayır ki, bu da “3 yaş krizi” və ya böhranın psixoloji mənzərəsində əsas
yer tutur.
Mənlik şüuru sözün əsl mənasında yeniyetməlik yaş dövründə formalaşır. Lakin o,
birədn – birə əmələ gəlmir. Əvvəlki yaş dövrlərində körpə uşağın özünü güzgüdə
tanıması, “bədəninin sxeminin” təşəkkülü, refleksiyanın əmələ gəlməsi – bunların hamısı