7. İnkar etmə ( Denial) – Mənlikdə həyacan yaradan situasiyanın, reallığın yox
sayılması və qavranılmaması. Basdırmada impulslar İd’dən gəlir, İnkar etmədə xarici
mühitdən gələn təhdidlərdir. Məsələn: İşdən azad edilən işçi bunu qəbul etmir, yanlışlığın
olduğuna inanır.
8. Yüksəltmə (Sublimation) və ya sublimasiya – Freydə görə sublimasiya dedikdə,
insanın adaptasiya məqsədilə öz impulslarını sosial mühitə uyğun olaraq əks etdirməyi
nəzərdə tutur. Sublimasiya istənilməyən ibtidai impulsları əsas məqsəd və obyektlərdən
ayraraq, istənilən istiqamətə yönəltməyi bacaran yeganə konstruktiv strategiya hesab
olunur. Instinktlərin enerjisi cəmiyyətin müvafiq hesab etdiyi istiqamətə sərf olunur.
Ən sağlam müdafiə mexanizmidir. Çünki impuls əngəllənmir, sadəcə gönünü dəyişir
və nəticədə libido enerjisi qismən boşalır, həm də eyni zamanda şəxs cəmiyyət üçün
faydalı işlə məşğul olaraq həm özünə, həm də cəmiyyətə xeyir vermiş olur. Məsələn:
Yüksək cinsi istəkləri olan birinin şair vəya heykəltəraş olması