2. Vilhelm Dilteyin nəzəriyyəsi XIX əsrin sonu XX əsrin əvvəllərində alman psixologiyasında əmələ gələn şəxsiyyət
nəzəriyyələrindən biri də alman filosofu Vilhelm Dilteyin nəzəriyyəsidir. Nəzəriyyənin
əsas müddəası biz təbiəti izah edirik, həyatı başa düşürük, anlayırıq. Diltey və Şprangerin
fikrincə insanı, psixikanı izah etmək yox, anlamaq, başa düşmək lazımdır. Söhbət
dərketmədən, anlamadan gedir. Diltey Vundtun eksperimental metodlarına qarşı
çıxaraq, qeyd edirdi ki, insan psixikasının təbii elmi metodlarla tədqiq etmək olmaz. Onu
yalnız anlamaq olar. Şprangerin nəzəri fikirləri Binhaus tərəfindən tənqid olunmuşdur.
Dilteyin fikrincə, psixologiyanın əsas vəzifəsi insanın sərvət meyillərini,
şəxsiyyətin həyatının ruhi və mənəvi dəyərlərinin mənasını izah etməkdən ibarət
olmalıdır. Buna isə anlamaq və başa düşmək yolu ilə nail olmaq olar. Onun fikrincə,