Menecer üçün ən başlıca keyfiyyət – müxtəlif metodlar və üslublardan istifadə etməklə müsbət son nəticə əldə etməyi bacarmaqdır. Menecer müntəzəm olaqar öz elmi və iqtisadi biliyini artırmalı,
yeniliyi və hər cür mütərəqqi texnika və texnologiyanı başa düşməli
və müdafiə etməlidir.
Bütün səviyyələrdə çalışan menecerlər üçün xarakterik olan ümumi keyfiyyətlər və tələblər demək olar ki, eynidir və hər bir
menecer yuxarıda qeyd olunanlarla yanaşı, aşağıdakıları da
bacarmalıdır: -adamlarla ünsiyyət qurmaq, yaradıcı işi, səmərələşdiriciliyi,
ixtiraçılığı həvəsləndirmək və dəstəkləmək;
- işçiləri seçmək və onları işə hazırlamaq (oxutmaq);
-yuxarı rəhbərliyin sərəncamlarını icra etmək və
subordinasiyaya əməl etmək;
- şikayətçiləri dinləmək və şikayətləri araşdırmaq;
- təsərrüfatçılığın və idarəçiliyin hüquqi cəhətlərini bilmək;
- xarici mühitin təsirlərini qabaqcadan görmək; - iqtisadi qanunları bilmək və onlara əməl etmək;
- öz elmi biliyini və səriştəsini artırmaq;
- öz imkanlarını məhsuldarlığın və keyfiyyətin yüksəldilməsinə
yönəltmək;
- rəqabətə dözümlülüyü təmin etmək;
- xarici bazara çıxmağı bacarmaq və s. Menecer - mülkiyyətçiyə görə muzdlu işçidir və ondan əmək haqqı alır, işçilərə görə isə, mülkiyyətçinin səlahiyyətli nümayəndəsidir və rəhbər işçi kimi onun maraqlarının ifadəçisidir.