10. Kompüter sistemlərində təhlükəsizliyin təmin olunmasının texnoloji aspektləri
İnformasiya təhlükəsizliyinin təmin olunması problemi kompleks yanaşma tələb edir.
Onun həlli üçün tədbirləri aşağıdakı səviyyələrə bölmək olar:
qanunvericilik tədbirləri;
inzibati tədbirlər;
təşkilati tədbirlər;
proqram-texniki tədbirlər.
Qanunvericilik tədbirləri müvafiq qanunları, normativ aktları, stanhərtları və s. əhatə
edir. Təəssüflə qeyd etmək lazımdır ki, qanunvericilik bazası bütün ölkələrdə praktikanın
tələblərindən geri qalır. Qanunvericilik səviyyəsinin funksiyalarına aid etmək olar:
İnformasiya təhlükəsizliyinin pozucularına qarşı neqativ münasibət
yaratmaq və onu dəstəkləmək;
İnformasiya təhlükəsizliyi probleminin vacibliyini Hər zaman qeyd etmək;
resursları tədqiqatların ən mühüm istiqamətlərində cəmləşdirmək;
təhsil fəaliyyətini koordinasiya etmək.
Qanunvericilik səviyyəsində hüquqi aktlar və stanhərtlar xüsusi diqqətə layiqdir.
Stanhərtların arasında «Narıncı kitab», X.800 tövsiyələri, ISO 15408 («Ümumi
meyarlar»), ISO 17799 stanhərtları daha geniş yayılıb.
İnzibati tədbirlərin əsas məqsədi təşkilatda informasiya təhlükəsizliyi sahəsində
tədbirlər proqramını formalaşdırmaq və onun yerinə yetirilməsini zəruri resurslar
ayırmaqla və işlərin vəziyyətinə nəzarət etməklə yerinə yetirilməsini təmin etməkdir.
Tədbirlər proqramının əsasını təşkilatın öz informasiya aktivlərinin mühafizəsinə
yanaşmasını əks etdirən informasiya təhlükəsizliyi siyasəti təşkil edir.
Təşkilati tədbirlər informasiya mühafizəsinin səmərəli vasitələrindən biri olmaqla
yanaşı, qurulan bütün mühafizə sistemlərinin əsasını təşkil edir. Təşkilati tədbirlər
aşağıdakı mövzuları əhatə edir:
şəxsi heyətin idərəolunması;
fiziki mühafizə;
sistemin iş qabiliyyətinin saxlanması;
təhlükəsizlik rejiminin pozulmasına reaksiya;
bərpa işlərinin planlaşdırılması.
Biz aşağıdakı proqram–texniki tədbirləri nəzərdən keçirəcəyik: identifikasiya və
autentikasiya, icazələrin ihərəolunması, protokollaşdırma və audit, kriptoqrafiya,
ekranlaşdırma. İdentifikasiya və autentikasiya. İdentifikasiya (ingilis dilində identification)
istifadəçiyə (və ya müəyyən istifadəçinin adından fəaliyyət göstərən prosesə) özünü
adlandırmağa (öz adını bildirməyə) imkan verir.
Autentikasiya (ingilis dilində authentication) vasitəsi ilə ikinci tərəf əmin olur ki,
subyekt doğrudan da özünü qələmə verdiyi şəxsdir. Autentikasiya sözünün sinonimi kimi
çox vaxt ―Daqiqiliyin yoxlanması‖ işlədilir. Subyekt aşağıdakı mənbələrdən ən azı birini
təqdim etməklə özünün Daqiqiliyini təsdiq edə bilər:
bildiyi nəyi isə (parolu, şəxsi identifikasiya nömrəsi, kriptoqrafik açar);
sahib olduğu nəyi isə (şəxsi kart və ya digər təyinatlı analoji qurğu);
özünün tərkib hissəsi olan nəyi isə (səs, barmaq izləri və s., yəni özünün
biometrik xarakteristikalarını).
Autentikasiyanın ən geniş yayılmış növü paroldur. Daxil edilmiş parol və istifadəçi
üçün əvvəlcədən verilmiş parol müqayisə edilir. Onlar üst-üstə düşdükdə istifadəçinin
həqiqiliyi təsdiqlənmiş sayılır.
Parolların ən başlıca nöqsanı onların elektron ələ keçirilməsidir. Praktik olaraq yeganə
çıxış yolu rabitə xətləri ilə ötürülməzdən əvvəl parolların kriptoqrafik şifrələnməsidir.
Aşağıdakı tədbirlər parol mühafizəsinin etibarını artırmağa xeyli imkan verir:
texniki məhdudiyyətlər qoyulması (parol çox qısa olmamalıdır, parolda
Hərf, rəqəm, durğu işarələri olmalıdır və s.)
parolun
fəaliyyət
müddətinin
ihərə
olunması,
onların
vaxtaşırı
dəyişdirilməsi;
parollar faylına icazənin məhdudlaşdırılması;
sistemə uğursuz daxilolma cəhdlərinin məhdudlaşdırılması;
istifadəçilərin təlimatlandırılması;
parol generasiya edən proqramların istifadəsi.
Sadalanan tədbirləri həmişə, hətta parolla yanaşı digər autentikasiya metodları istifadə
olunduğu halda da tətbiq etmək məqsədə uyğundur. Biometrik xarakteristikalara nəzarət
qurğuları mürəkkəb və bahadırlar, buna görə də yalnız təhlükəsizliyə yüksək tələblər olan
təşkilatlarda istifadə olunurlar.
Dostları ilə paylaş: |