1. İnformasiya təhlükəsizliyi anlayışı və əsasları



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə17/63
tarix29.12.2021
ölçüsü0,89 Mb.
#48602
1   ...   13   14   15   16   17   18   19   20   ...   63
muhazire.-informasiya-tehlukesizliyinin-esaslari

 

 

 

 

 

 

 

 


9.İnformasiya mühafizəsini təmin edən proqram vasitələri 

Aparat  vasitələri  -  müəyyən  nəticəni  almaq  üçün  kompyuterlərin  və  kompyuter 

qurğularının normal işini təmin etmək məqsədilə verilənlər və əmrlər yazımının

 

obyektiv 



təsvir  formasıdır.  Eyni  zamanda  buraya  hazırlanmış  və  fiziki  materiallarda  fiksasiya 

edilmiş  materiallar  və  onların  yaratdığı  audiovizual  əksetmələr  aiddirlər.  Bunlara 

aşağıdakılar aiddir: proqram təminatı (idarəedici və emaledici proqramlar yığımı). Tərkibi: 

sistem  proqramları  (əməliyyat  sistemləri,  texniki  xidmət  proqramları);  tətbiqi  proqramlar 

(müəyyən növ məsələləri həll etmək üçün proqramlar); instrumental proqramlar (proqram-

laşdırma dillərindən ibarət olan proqramlaşdırma sistemləri: Turbo C, Microsoft Basic və 

s., translyatorlar avtomatik olaraq alqoritmik və simvollu dillərdən maşın kodlarına tərcü-

mə edən proqramlar kompleksi); mülkiyyətçinin, istifadəçinin maşın məlumatı.  

Belə xırdalıqlara yol verməkdə məqsəd gələcək baxılan məsələnin mənasını daha dəqiq 

başa  düşmək,  kompyuter  cinayətinin  baş  vermə  səbəblərini,  alətlərini  və  cinayətə  təhrik 

edən  alət  və  vasitələrini  daha  aydın  seçməkdən  ibarətdir  və  bununla  yanaşı  kompyuter 

texnikası  vasitələri  terminləri  arasında  olan  qeyri  müəyyənliyi  aradan  qaldırmaqdan 

ibarətdir.  Belə  ki,  kompyuter  cinayətinin  başa  düşülməsini  təsvir  edən  əsas  kompo-

nentlərin  dəqiq  analizindən  sonra  kompyuter  cinayətinin  kriminalstik  xarakteristikasının 

əsas elementlərinə aid olan məsələlərə baxmaq olar. 

Proqram  mühafizə  vasitələrinə  mühafizə  funksiyasını  yerinə  yetirən  və  verilənlərin 

emalı sisteminin  proqram təminatı tərkibinə daxil olan xüsusi proqramlar aiddirlər. Proq-

ram  mühafizəsi  mühafizənin  nisbətən  geniş  yayılmış  növüdür.  Səbəb  kimi  bu  vasitənin 

unversallığı,  elastikliyi,  sadə  reallaşması,  praktiki  olaraq  istənilən  dəyişmə  və  inkişaf 

imkanlarını  və  s.  göstərmək  olar.  Funksiyanın  təyinatına  görə  onları  aşağıdakı  qruplara 

bölmək olar:  

 



texniki  vasitələrin  (terminallar,  giriş-çıxışı,  EHM-i,  informasiya  daşıyıcılarının 

qrup şəklində idarə qurğularını) məsələ və istifadəçilərin identifikasiyası; 

 

texniki  vasitələrin  (tarix  və  iş  vaxtı,  istifadə  üçün  icazə  verilən  məsələlərdən 



istifadə) və istifadəçilərin hüquqlarının təyini; 

 



texniki vasitələrin və istifadəçilərin işlərinə nəzarət; 

 



İstifadəsi  məhdud  informasiyaların  emalı  zamanı  texniki  vasitələrin  işinin 

qeydiyyatı; 

 

istifadədən sonra yaddaş qurğusundan informasiyanın silinməsi;  



 

sanksiya olunmamış hərəkətlər zamanı siqnalın verilməsi; 



 

müxtəlif  təyinatlı  köməkçi  proqramlar:  mühafizə  mexanizminin  işinə  nəzarət, 



veriləcək sənədlərə məxfilik şifrələrinin təqdim olunması. 

 

Proqram  vasitələri  məxfi  informasiyanın  və  proqram  təminatının,  əsasən,  aşağıdakı 

təhlükələrdən qorunması üçün tətbiq edilir: 

informasiyanın, proqramın və sistemin icazəsiz giriş-dən qorunması; 



informasiyanın və proqramın köçürülmədən qorunması; 

informasiyanın, proqramın, sistemin və şəbəkənin viruslardan qorunması; 



rabitə kanallarının qorunması. 

 

 





Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin