6. Kompüter sistemlərində təhlükələrin əsas növləri və əlamətləri
Təhlükə dedikdə sistemə dağılma, verilənlərin üstünün açılması və ya
dəyişdirilməsi, xidmətdən imtina formasında ziyan vurulmasına səbəb ola bilən istənilən
hal, şərait, proses və hadisələr nəzərdə tutulur
Təhlükələrin əsas növləri aşağıdakılardır:
1. HS-in resurslarından icazəsiz istifadə edilmə:
- verilənlərdən istifadə edilmə (surət çıxarma, dəyişdirmə, silmə, çap etmə və s.);
- proqramların surətlərinin çıxarılması və dəyişdirilməsi;
- sistemə həmlə etmə məqsədilə proqramların araşdırılması.
2. HS-in rezuslarından düzgün istifadə edilməməsi:
- tətbiqi proqramların əsas yaddaşın onlara aid olmayan bölmələrinə təsadüfən
müraciət etmələri;
- disk yaddaşının sistem bölmələrinə təsadüfi müraciətlər;
- verilənlər bazasmda səhvən dəyişiliklər edilməsi (səhv verilənlərin daxil edilməsi,
verilənlərin istinad tamlığının pozulması);
- istifadəçilərin və xidmətçi heyətin səhv hərəkətləri.
3. Proqram və aparat vasitələrində səhvlərin aşkar edilməsi.
4. Rabitə xətlərində və ötürmə sistemlərində verilənlərin ələ keçirilməsi.
5. Elektromaqnit şüalanmaların icazəsiz qeydə alınması.
6. Hesablama sisteminin qurğularının, informasiya daşıyıcılarının və sənədlərin
oğurlanması.
7. Hesablama sisteminin komponentlərinin, informasiyanın ötürülmə vasitələrinin
tərkiblərinin icazəsiz dəyişdirilməsi və ya sıradan çıxarılması.
Dostları ilə paylaş: