təhlükələrin üç əsas növü var:
İnformasiyanın konfidensiallığının pozulmasına yönələn təhlükələr;
İnformasiyanın bütövlüyünün pozulmasına yönələn təhlükələr;
Əlyetənliyin pozulmasına yönələn təhlükələr (DoS hücumlar, Denial of Service -
xidmətdən imtina).
Konfidensiallıq informasiyanın subyektiv müəyyən olunan xassəsidir. Verilən
informasiyaya müraciət icazəsi olan subyektlərin siyahısına məhdudiyyət qoyulmasının
zəruriliyini göstərir. Konfidensiallığın pozulmasına yönələn təhlükələr məxfi və ya gizli
informasiyanın üstünün açılmasına yönəlib. Belə təhlükələrin reallaşması halında
informasiya ona müraciət icazəsi olmayan şəxslərə məlum olur.
Bütövlük - informasiyanın təhrifsiz şəkildə mövcudolma xassəsidir. İnformasiyanın
bütövlüyünün pozulmasına yönələn təhlükələr onun dəyişdirilməsinə və ya təhrifinə
yönəlib ki, bunlar da onun keyfiyyətinin pozulmasına və tam məhvinə səbəb ola bilər.
İnformasiyanın bütövlüyü bədniyyətli tərəfindən qəsdən və ya sistemi əhatə edən mühit
tərəfindən obyektiv təsirlər nəticəsində pozula bilər.
Əlyetənlik – yolverilən vaxt ərzində tələb olunan informasiya xidmətini almaq imkanıdır.
Həmçinin əlyetənlik – daxil olan sorğulara xidmət üçün onlara müraciət zəruri olduqda
uyğun xidmətlərin həmişə hazır olmasıdır. Əlyetənliyin pozulmasına yönələn təhlükələr
elə şəraitin yaradılmasına yönəlib ki, bu zaman müəyyən qəsdli hərəkətlər ya sistemin iş
qabiliyyətini aşağı salır, ya da sistemin müəyyən resurslarına girişi bağlayır.
Dostları ilə paylaş: |