Təhlükəsizliyin pozulmasının mümkün nəticələri aşağdakılar ola bilər:
- məxvi məlumatın ələ keçirilməsi;
- sistemin məhsuldarlığının azalması və ya sistemin bütövlükdə dayanması;
- əməliyyat sisteminin yüklənə bilməməsi;
- maddi ziyan;
- faciəli nəticələr.
Mühafızənin məqsədi hesablama sistemində informasiyanın təhlükəsizliyinin təmini
olduğundan, əsas problem təhlükələrin qarşısını əvvəlcədən almaqdan ibarətdir.
Mümkün təhlükələrdən asılı olaraq mühafızənin 3 əsas məsələsini ayırmaq olar:
-informasiyanı oğurlanmaqdan mühafizə etmək;
-informasiyanı itkilərdən mühafızə etmək;
-hesablama sistemini nasazlıqlardan və dayanmalardan mühafizə etmək.
Informasiyanın oğurlanmaqdan mühafizə edilməsi informasiyanı saxlayan
qurğuların və daşıyıcıların fıziki oğurlanmasının, informasiyanın icazəsiz alınmasının
(surətinin çıxarılması, baxış, ələ keçirilməsi və s.) və proqramların icazəsiz yayılmasının
qarşısının alınmasını nəzərdə tutur.İnformasiyanın itkilərdən mühafızə edilməsi
informasiyanın düzgünlüyünün və tamlığının (fıziki, məntigi və semantik baxımdan)
qorunmasını nəzərdə tutur. Sistemdə informasiya istifadəçilərin və proqramların (o
cümlədən virusların) icazəsiz müraciətləri, istifadəçilərin, proqramlarm və xidmətçi
heyətin səhv əmə-liyyatları səbəbindən və həmçinin hesablama sistemindəki
nasazlıqlardan və dayanmalardan informasiya itirilə bilər.Aparat və proqram vasitələrinin
nasazlıqlardan və dayanmalardan mühafizə edilməsi sistemin normal fəaliyyətinin vacib
şərtlərindən biridir. Sistemin nasazlıqlardan və dayanmalardan mühafizəsinin əsas yükü
aparat-proqram komponentlərinin- prosessorun, əsas və xarici yaddaş qurgularının,
daxiletmə-xaricetmə qurğularının və həmcinin əməliyyat sisteminin proqramlarının
üzərinə düşür. Sistem vasitələrinin etibarlığı kifayət qədər olmadıqda, nasazlıqlardan və
dayanmalardan mühafızəni tətbiqi proqramlarda nəzərə almaq lazım qəlir.Etibarhq
dedikdə hesablama sisteminin öz funksiyalarını dəqiq və vaxtında yerinə yetirməsi
qabiliyyəti başa düşülür. Proqram təminatının etibarlıq dərəcəsi yaradılma prosesinin
avtomatlaşdırılmasının keyfıyyəti və səviyyəsi ilə və həmçinin onun müşayiətinin təşkili
ilə təyin olunur..
Dostları ilə paylaş: |