11
59. Azərbaycan Respublikasında iqtisadiyyatın inkişafı
nəyə xidmət edir?
- Müxtəlif mülkiyyət növlərinə əsaslanaraq xalqın rifahının
yüksəldilməsinə xidmət edir.
60. Azərbaycan Respublikası Konstitusiyasının 16-cı
maddəsinin I hissəsinə görə Azərbaycan dövləti nəyin
qayğısına qalır?
- Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının
yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi
qayğısına qalır.
61. Azərbaycan Respublikası Konstitusiyasının 16-cı
maddəsinin II hissəsinə görə Azərbaycan dövləti nəyin
inkişafına yardım göstərir və nəyi qoruyur?
- Azərbaycan dövləti mədəniyyətin, təhsilin, səhiyyənin,
elmin, incəsənətin inkişafına yardım göstərir, ölkənin təbiətini,
xalqın tarixi, maddi və mənəvi irsini qoruyur.
Dostları ilə paylaş: