62. Azərbaycan Respublikası Konstitusiyasına əsasən nə
dövlətin xüsusi himayəsindədir?
- Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsin-
dədir.
63. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci
maddəsinin II hissəsinə görə valideynlərin borcu necə
müəyyən olunub?
- Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək vali-
deynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət
nəzarət edir.
64. Hansı dinlərin yayılması və təbliği qadağandır?
- İnsan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə
zidd olan dinlərin yayılması və təbliği qadağandır.
65. Azərbaycan Respublikası Konstitusiyasının 18-ci
maddəsinin I hissəsinə görə din və dövlətin statusu necə
müəyyən olunub?
- Azərbaycan Respublikasında din dövlətdən ayrıdır. Bütün
dini etiqadlar qanun qarşısında bərabərdir.
|